“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 357-VIQD
nömrəli Qanununun tətbiqi və
“Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 2 iyul tarixli 357-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun
20.11.1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
20.11.1-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il
6 mart tarixli 377 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 3, maddə 228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə
631; 2016, ¹ 9, maddə 1467; 2017, ¹ 5, maddə 756;
2018, ¹ 2, maddə
185, ¹ 12 (I kitab), maddə
2580; 2019, ¹ 2, maddə 231, ¹ 4, maddə 653, ¹ 7, maddə
1220, ¹ 8, maddə 1390) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə “1.0.18-ci” sözlərindən
sonra “, 20.11.1-ci” sözləri
əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 20.11.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;”.
3. Bu Fərman 2020-ci il
yanvarın 1-dən tətbiq
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 avqust
2021-ci il
Azərbaycan.-2021.- 11 avqust.- S.2.