“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1.Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011,  ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044; 2013, ¹ 3, maddə 223, ¹ 5, maddə 485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə 676, ¹ 7, maddə 1289, ¹ 10, maddə 1776, ¹ 12 (I kitab), maddə 2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; 2019, ¹ 2, maddə 205,  ¹ 3, maddə 380, ¹ 5, maddələr 805, 808, ¹ 8, maddələr 1374, 1382, ¹ 11, maddə 1691, ¹ 12, maddə 1891; 2020, ¹ 7, maddə 829, ¹ 12 (I kitab), maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 20.11.1-ci maddəyə “15 ilsözlərindən sonra “(bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin;

 

1.2. aşağıdakı məzmunda 20.11-1-ci maddə əlavə edilsin:

 

“20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum  13 il qulluq stajı olduğu halda yaranır.”.

 

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2021-ci il

Azərbaycan.-2021.- 11 avqust.- S.2.