Ölkənin energetika sektorunda uğurlu islahatlar aparılır

 

 

Xəbər verildiyi kimi, bu il avqust ayının birinci ongünlüyündə Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulanAbşeronSuraxanıyarımstansiyalarının açılışında iştirak etmişdir. Dövlət başçısının şəxsən hər iki yarımstansiyanın açılışını etməsi Azərbaycanın energetika sisteminin inkişafının təkmilləşməsinin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.

 

Qeyd etmək yerinə düşər ki, hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən Ulu Öndər Heydər Əliyev respublikanın elektroenergetika sahəsinin sürətli inkişafına şəxsən nəzarət edirdi. Məhz onun birbaşa rəhbərliyi altında Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası - “Azərbaycan” İES inşa olunmuşdur. Bakı şəhəri Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün stansiyada istehsal edilən elektrik enerjisinin bu əraziyə ötürülməsi məqsədilə respublikanın  ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluqAbşeronyarımstansiyası tikilmişdir.

 

Abşeron”un fəaliyyət göstərdiyi 40 ilə yaxın müddət ərzində buradakı  avadanlıqlar köhnəlmiş, istismarda ciddi problemlər yaranmışdır. Yarımstansiyada əsaslı təmirin aparılması, müasir yeni sistemlərin tətbiqi zərurətə çevrilmişdir. Prezident İlham ƏliyevinAbşeronyarımstansiyasının əsaslı şəkildə yenidən qurulması barədə göstəriş verməsində məqsəd bu çatışmazlıqların aradan qaldırılması olmuşdu.

 

Yarımstansiyanın müasir səviyyədə yenidən qurulması ölkənin enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Burada Bakının Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edən elektrik stansiyası köhnə idarəetmə binası  əsaslı surətdə təmir olunmuşdur. Eləcə ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa edilmiş, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılmışdır. Görülən əsaslı təmir işləri yarımstansiyanın səmərəli etibarlı rejiminin, dayanıqlığının artırılmasına, istismar xərclərinin azaldılmasına, əməkdaşlar üçün təhlükəsiz rahat şəraitinin yaradılmasına tam nail olmağa imkan vermişdir.

 

Qeyd edək ki, “Abşeronenerji qovşağı Bakı Abşeron yarımadasından başqa, bütün ölkənin enerji sisteminin əsas bazasıdır. Çünki Mingəçevir, Şirvan digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhzAbşeron”a oradan da sistem əhəmiyyətli digər yarımstansiyalara ötürülür. YarımstansiyaAzərbaycan” İES, “Sumqayıt”, “ŞimalCənubelektrik stansiyaları, həmçinin Mingəçevir SES, “Səngəçal”, “Qobuelektrik stansiyaları, “Xaçmazmodul tipli elektrik stansiyası ilə əlaqələndirilmişdir. Bu günAbşeronbelə böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

 

Prezidentin açılışında iştirak etdiyiSuraxanıyarımstansiyası da istismar müddətini dəfələrlə keçmişdi onun artan tələbləri tam qarşılaması mümkün deyildi. Ona görə bu yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulmuşdur.

 

Müasir avadanlıqlar quraşdırılanSuraxanıyarımstansiyası Suraxanı rayonunu, Sabunçu Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

 

Xüsusi layihə əsasında yarımstansiyanın gücü artırılmış, itkilər istismar xərcləri azaldılmışdır. Avadanlıqların ətraf mühitə zərərli təsiri azaldılmış  enerji obyektinin daha səmərəli fəaliyyət göstərməsi təmin edilmişdir.

 

Həyata keçirilən layihələr əhalinin keyfiyyətli fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlərə yenə xüsusi önəm verildiyini göstərir. Müasir elektrik yarımstansiyalarının inşası, mövcudlarının yenidən qurulması  istehlakçıların etibarlı keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına imkan verir. İndi heç kimin işığı 90-cı illərdəki kimi sönmür, ölkənin paytaxtında ya ən ucqar kəndində yaşamasından asılı olmayaraq, hamı fasiləsiz elektrik enerjisi ilə təmin edilir.

 

Bir sözlə, ölkənin energetika sisteminin inkişafı birbaşa dövlət başçısının nəzarətindədir biz energetika sektorunun inkişafı ilə bağlı qərarların dərəcədə səmərəli olduğunu gündəlik həyatımızda görürük.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.- 12 avqust.- S.1;5.