Vaksinasiya ümumxalq hərəkatına çevrilməzsə...

 

Dünyanın COVID-19-dan xilas olması üçün insanların peyvəndlənməsi birincivacib şərtdir

 

 

 

Təbii fəlakətlər Yer üzünü son illər bürüməkdə davam edir. Planetin başı üzərində kabus kimi dolaşmaqda olan koronavirus pandemiyasının qarşısının alınması uğrunda iki ilə yaxındır ki, aparılan mübarizə vaksinlərin əldə edilməsi ilə özünün əsas və həlledici mərhələsinə qədəm qoyanda ilk növbədə sevinən, həyatları təhlükədən sovuşacaq əsas qrup məhz həkimlərimiz oldular.

 

Buna görə də elə ilk vaksinasiya prosesinə də həkimlərimiz, bir sözlə, tibb işçiləri, səhiyyə sahəsində insanların sağlamlığının keşikçiləri iştirak etməklə nümunə göstərdilər. Bu da səbəbsiz deyildi. Əlbəttə, hər biryeniliko qədər də asan qəbul edilmir. Koronavirusa qarşı hazırlanan vaksinlərə də inam insanların müəyyən sosial təbəqəsində yetərincə deyildi. Buna görə də dezinformasiya nəinki bizim ölkəmizdə, əslində, dünyada baş alıb getməkdə idi. Təəssüfləndirici hal da odur ki, COVID-19-dan xilas yolu kimi peyvəndlənmənin vacibliyini bilə-bilə insanlar ondan istifadə olunmasına könüllü qoşulanlara inamsız yanaşırdılar.

 

Məhz bunun nəticəsində virusa yoluxanların, hətta ölənlərin sayının müəyyən vaxtlarda (əsasən də Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın, Səhiyyə Nazirliyi və TƏBİB-in qəbul etdiyi qərarlarda və bəzi qadağalarda yumşaldılmaya gedildikdən sonra) artması müşahidə edildi.

 

COVID-19 peyvəndləri mümkün olan ən yüksək təhlükəsizlik standartını qoruyaraq sürətlə hazırlandı. Peyvəndə ehtiyac təcili idi, bu səbəbdən dövlətlər və şirkətlər onu  hazırlamaq üçün daha çox səy göstərdilər. Ciddi təhlükəsizlik və klinik standartlara riayət etməklə yanaşı, vaksinin tədqiqi və hazırlanması bütün dünyada eyni vaxtda baş verdi.

 

Bəzən insanlarımızı çaşdırmaq  üçün sosial şəbəkələrdə yayılan dezinformasiyaları tirajlamaqdan belə çəkinməyən maraqlı qüvvələr də meydana çıxdı. Onların yaydığı əsassız xəbərlərə görə, peyvəndlər insanları COVID-19-a yoluxdurur və beləliklə də, ona qarşı müqaviməti artırır. Mütəxəssislər isə bunun absurd olduğunu dəfələrlə bildiriblər: hər hansı peyvəndlərdən COVID-19-a yoluxma mümkünsüzdür. İçtimaiyyət üçün əlçatan olan peyvəndlərin heç birinin tərkibində COVID-19-a səbəb olan canlı virus yoxdur. Vaksinasiya qol ağrısı və ya mülayim hərarət kimi yan təsirlərə səbəb ola bilər. Bu, normaldır və peyvəndin işə yaradığına bir işarədir.

 

Birdəfəlik bilmək lazımdır: peyvəndlər bədənin müəyyən xəstəliklərdən qorunmasına kömək edir. Əlbəttə, bədən ona uyğunlaşanadək, hər hansı bir dərman, qol ağrısı və ya yüngül temperatur artımı kimi kiçik, qısamüddətli yan təsirlərə səbəb ola bilər. Amma bunlar keçicidir.

 

Vaksinləri sınaqlardan çıxarmağa müxtəlif könüllülər qoşulur. Bu könüllülər coğrafi ərazi, irqietnik mənşə, cinsiyyət və yaş baxımından müxtəlifdirlər. Onlar, həmçinin, bu xəstəliyə yoluxmaq riskini daha yüksək edən əlaqəli xəstəlikləri olan insanlardır. Bütün bunlar da əsas yaradır ki, vaksinin hər kəs üçün təklukəsiz olduğueffektivliyi dönə-dönə sınaqdan çıxarılıb.

 

COVID-19-la mübarizə üçün vaksin sınaqları təhlükəsizlik və etik standartlara uyğundur.

 

Onun effektivliyini sınaqdan keçirmək və hər hansı ümumi yan təsirləri, eləcə də  təhlükəsizliklə bağlı problemləri müəyyən etmək üçün minlərlə könüllünün iştirakı ilə çoxsaylı sınaq mərhələləri keçirilir.

 

Virusoloqlar hesab edir ki, vaksin hazırlanması hansısa məhdud şəraitdə edilə bilməyən mürəkkəb texniki prosesdir. Bura minlərlə könüllünün iştirak etdiyi klinik sınaqlardan öncə laboratoriya şəraitində geniş test sınaqları daxildir. Vaksinlər bir ölkədəki mütəxəssis həkimlər və alimlər tərəfindən təsdiq olunmalıdır.

 

Daha bir mühüm məsələ də  tibbi maskalardan istifadə ilə bağlıdır. Bəzən bu maskaların əhəmiyyətini şübhə altına salan məqamlara da rast gəlinir. Amma bu, belə deyil. Maskalardan düzgün istifadə insanları xəstəlikdən qoruyur. COVID-19 virusunu daşıyıb-daşımadığını təsdiqləməyin ən yaxşı yolu laboratoriya müayinəsinin aparılmasıdır.

 

Bir sözlə, vaksinasiya COVID-19-dan xilasolmanın yeganə yolu kimi öz əhəmiyyətini saxlamaqdadır. Peyvəndlərin birinin digərindən keyfiyyətli olub-olmaması absurd görünür. İnfeksionistlər və eləcə də virusoloqlar hesab edirlər ki, vaksinasiya ümumxalq hərəkatına çevrilməlidir. Dünyanın COVID-19-dan xilas olması üçün insanların peyvəndlənməsi isə birincivacib şərtdir. Digər yolu isə qızıl qaydalara riayət etməkdir.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 12 avqust.- S.1;6.