Düzgün siyasət
və vətənpərvər gənclik
Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin ən mühüm istiqamətlərindən
biri Azərbaycan gəncliyinə aiddir
“…Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
İlham ƏLİYEV
Gənclər siyasəti ümumi dövlət siyasətinin mühüm sahəsi kimi daim diqqətdədir. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yenilikçi ideyalarının reallaşdırılması, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün addımlar atılır, lazımi şərait yaradılır. Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir. Bu mühiti Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət formalaşdırıb. Prezident İlham Əliyev isə bu siyasəti daha da inkişaf etdirməkdədir.
Gələcəyə aparan yol
1996-cı
ilin 2 fevral günü... Bakının ən böyük
toplantı məkanlarından
olan Heydər Əliyev Sarayında Azərbaycan gənclərinin
ilk forumu keçirilirdi.
Ulu Öndərin təşəbbüsü
ilə təşkil edilmiş toplantıda Heydər Əliyev iştirak edirdi. Burada o dövr üçün Azərbaycan gəncliyini narahat edən bir çox məsələlər qaldırılır,
müstəqillik dövründə
onların qarşısında
duran vəzifələr
müəyyənləşdirilirdi. Ulu Öndər gələcəyə
strateji baxışı
ilə Azərbaycan gəncliyinə öz zəruri tapşırıq
və tövsiyələrini
verirdi. Bu müraciətin əsas qayəsini Vətənə
sevgi, Azərbaycan dövlətinin maraqlarını
bütün şəraitlərdə
qorumaq, ölkəyə
və cəmiyyətə
faydalı olmaq üçün özünü
daim inkişaf etdirmək, müasir dünyanın çağırışlarını
nəzərə almaq,
fiziki və mənəvi sağlamlıq
məsələlərinə diqqət təşkil edirdi. Forumdan bir il sonra isə 1997-ci ilin 1 fevralında Ümummilli Lider Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi haqqında sərəncam imzaladı.
Gənclər günü bütün
MDB məkanında və
Şərqi Avropa ölkələri arasında
ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olundu. 1996-cı ildən etibarən respublikamızda belə bir ənənə formalaşdıqdan sonra digər MDB ölkələrində
və Şərqi Avropa dövlətlərində
də gənclər gününün qeyd edilməsinə başladılar.
Dünyada isə yalnız 1998-ci il
avqustun 8-dən 12-dək Lissabonda
keçirilən konfransda
BMT-nin qərarı ilə avqustun 12-si Beynəlxalq Gənclər
Günü elan edildi.
Gənclər hər zaman öndədir
1996-cı ildə ölkə
ağır problemlərlə
üz-üzə idi. Heydər Əliyevin
gənclər məsələsinə
bu qədər önəm verməsi tarixi şəraitdən və Ulu Öndərin
bir dövlət adamı kimi müdrikliyindən, uzaqgörənliyindən
irəli gəlirdi.
Heydər Əliyev gəncliyin
hər bir cəmiyyət üçün
nə qədər mühüm önəm daşıdığını bilirdi. Fərqində idi ki, gəncliyi - gələcəyə
hədəflənmiş milli
ideyalar ətrafında
bir araya gətirmədən bu hədəflərə çatmaq
mümkün deyil.
Hər bir ölkənin gəncliyi onun gələcəyidir. Bu həqiqətləri Heydər
Əliyev o dövrdə
siyasi arenada olan hər kəsdən
və hamıdan daha yaxşı bilirdi. Ona görə ki,
ötən əsrin
80-ci illərinin sonlarında
canı-qanı bahasına
Vətənin müstəqilliyinə
nail olan Azərbaycan gəncliyini də hələ 1970-ci illərdə
ölkəyə rəhbərliyi
zamanı özü yetişdirmişdi. Böyük
rəhbərin gərgin
əməyi sayəsində gənclərin
məişət, təhsil,
mədəni tələbatının
ödənilməsi istiqamətində
ardıcıl və məqsədyönlü tədbirlər
görülürdü. Heydər Əliyev
vətənpərvər, yüksək
təhsilli, əməksevər,
intellektual, gələcəyə
inanan və doğma yurdun gələcəyini daha gözəl görmək istəyən, bunun üçün çalışan
gənclik timsalında
müstəqil dövlətimizin
bünövrəsini formalaşdırırdı.
Təkcə bir faktı xatırlatmaq kifayət edər ki, Heydər Əliyev hər il minlərlə
gənci SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində
ölkəmiz üçün
xüsusilə vacib ixtisaslar üzrə oxumağa göndərirdi.
Biliyi, təhsili, intellektual sərvəti Azərbaycanın
ən ucqar bölgələrində, təhsil
mühitindən kənarda
yaşayan insanlar üçün də qiymətli bir dəyərə çevirməyi
bacarmışdı.
Müstəqillik illərində Azərbaycanın
əsas kadr potensialını da məhz Heydər Əliyevin yetişdirdiyi mütəxəssislər təşkil
edirdi. Ulu Öndərin yetirmələri
olan, onun vətənpərvərlik məktəbindən
öyrənən gənclik
ötən əsrin
80-ci illərinin sonlarında
Azərbaycanın istiqlalı
uğrunda ayağa qalxdı. Ümummilli Lider Heydər
Əliyev 1993-cü ilin
15 iyununda hakimiyyətə
qayıdışından sonra
dövlət gənclər
siyasətinin vahid koordinasiya edilərək mərkəzləşmiş qaydada
icrası üçün
xüsusi sərəncam
verərək Gənclər
və İdman Nazirliyi yaradıldı.
Gənclər siyasəti ilə
bağlı mühüm
qərarlar verildi.
“Gənclər siyasəti haqqında” qanun qəbul olundu.
Ümummilli Lider gənclərlə keçirdiyi mütəmadi
görüşlərlə onlara nə qədər böyük dəyər verdiyini, gəncləri maraqlandıran
məsələləri daim
diqqətdə saxladığını,
gənc nəslin gələcəklə bağlı
ideyalarının, hədəflərinin
mühümlüyünü göstərirdi. Onların mənəvi və
fiziki sağlamlığının,
vətənpərvərlik ruhunda tərbiyəsinin, milli dəyərlərimizə
bağlılığının nə qədər həyati vacib məsələ olduğunu
bildirir, öz yanaşmaları ilə gənclərə şəxsi
nümunə olurdu.
Bu kurs zamanın
çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha böyük əzmlə həyata keçirilir.
Dövlət başçısı Azərbaycanın qüdrətli
dövlətə çevrilməsi
naminə apardığı
fəaliyyətdə gənclərə
böyük inam bəsləyir. Gəncliyin inkişafı
üçün lazımi
şəraitin yaradılması
istiqamətində məqsədyönlü
addımlar atır.
Gənclərə böyük inam var
Azərbaycan Prezidentinin formalaşdırdığı dövlətçilik strategiyası hər bir gənci dövlətin əsas hədəfinə - ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətləndirmişdi. Torpaqlarımızın azadlığını ümummilli hədəfə çevirmişdi.
Prezident İlham Əliyev çıxışlarında nəsillərarası münasibətə, qırılmaz bağlılığa toxunur, təcrübə ilə dinamizmin, çevikliyin vəhdətinin Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşdıracağını bəyan edirdi. Vətən müharibəsindəki qələbəmiz bunun tarixi sübutu, xalqın liderinin uzaqgörənliyinin təntənəsi oldu.
Bu savaşda Azərbaycan gəncliyi nə qədər vətənpərvər, cəsarətli və güclü olduğunu göstərdi. Ona bu gücü verən, özünəinam hissini təlqin edən əsas amil isə Vətən, torpaq sevgisi idi. Ordumuzun nümayiş etdirdiyi misilsiz qalibiyyətinin də sirri elə Vətən sevgisindədir. Bu sevgi bizi Qələbəyə qovuşdurdu. Tarixi Zəfərimizin əsas amilinə çevrildi.
Müqəddəs amal
Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq. Azərbaycanda nə qədər vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər də savadlı, sağlam düşüncəli gəncliyin yetişdiyinə hər birimiz şahid olduq. Qələbənin əldə olunmasında cəmiyyətin bütün sosial qruplarından olan insanların fədakar əməyi var. Amma əsas yük əlində silah, qəlbində Vətən sevgisi ilə yağı düşmənin üzərinə atılan gənclərimizin üzərinə düşdü. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qələbədən sonra Şuşaya ilk səfəri zamanı qazanılmış zəfərdə gənclərimizin rolunu xüsusi vurğuladı. Vətənpərvərlik ruhu da budur!
Bütün müharibələr böyük bir tarixdir, burada iştirak etmiş döyüşçülərin xatirələridir. Qələbə ilə başa çatmış müharibə xalqın qürur hekayəsidir. Bu xatirələr Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da yüksəldəcək. Axı Vətən müharibəsindəki qələbəmiz həm də gəncliyin qələbəsidir. Gələcəyin keçmiş üzərindəki qələbəsi... Onu müasir dövrün yetişdirdiyi gənclik qazandı.
Azərbaycan gəncliyi dövlət rəhbərimizin onlara xitabən vurğuladığı “Gənclər, mən sizə inanıram, güvənirəm” fikrindən güc alacaq və Vətən tarixinin yeni şanlı səhifələrini yaradacaq.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2021.-12 avqust.- S.4.