Gənclər dövlətin qayğısına öz potensialları ilə cavab verirlər

 

44 günlük Vətən müharibəsində də bu özünü təsdiqlədi

 

 

 

Tarixin bütün mərhələlərində hər bir dövlətin inkişafı onun bilikli, savadlı, intellektual potensiala malik olan gəncliyinin düşüncəsindən, əməli fəaliyyətindən  asılı olub. Dövrün, günün çağırışlarını nəzərə alan, yaranmış yeni imkanlardan yetərincə istifadə etməyə üstünlük verən cəmiyyətlər həmişə irəli gedərək tərəqqi tapıblar.

 

Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 17 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Bu gün həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq, Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik ideyaların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.

 

 

 

Yeni düşüncəli vətəndaş yetişdirmək zərurəti

 

 

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir. Həmin siyasət Azərbaycan gəncliyinin inkişafına mühüm təkan verir. Bu, gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

 

Konkret olaraq kəlbəcərli gənclərin yürüdülən dövlət gənclər siyasətindən bəhrələnməsinə gəlincə, Musa Məmmədov bildirdi ki, bu istiqamətdə Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” imzaladığı sərəncam mühüm sənədlərdən biridir. Həmin proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb: “Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsində kəlbəcərli (artıq məcburi köçkün sayılmayan) gənclər də fəallıqları ilə seçilirlər. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ilielan edilməsində də göstərdi. Belə ki, həmin ildə dövlət başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladı. Bununla 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdu. 2011-ci ilin 6 aprelində isə Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzaladı. Gənclərin hərtərəfli inkişafını, cəmiyyət həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə dövlət başçısı 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Gənclərə dəstək istiqamətində qəbul edilən mühüm qərarlardan biri də Azərbaycan Prezidentinin ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi ilə bağlı imzaladığı sənəddir.

 

 

 

44 günlük Vətən müharibəsi və kəlbəcərli gənclər

 

 

 

Gənclərdə vətənpərvərlik hissini gücləndirmək məqsədilə Kəlbəcərdə müxtəlif tədbirlər keçirilir. Onlardan biri də gənclərin hərbi xidmətə yola salınması mərasimlərində Qarabağ müharibəsi veteranları ilə görüşlərin təşkilidir: “Ötən il 44 günlük Vətən müharibəsinin istər qazilərinin, istərsə də şəhidlərinin əsasən gənclərdən ibarət olması bir daha ölkədə vətənpərvərlik hisslərinin güclü olduğunu ortaya qoydu. Kəlbəcərli gənclər də bu qələbədə öz sözlərini deməyi bacardılar. Birinci Qarabağ savaşında olduğu kimi, Vətən müharibəsində də onlar düşmənə sarsıdıcı zərbə vurulmasında üzərlərinə düşən borcu layiqincə yerinə yetirdilər. Bunun nəticəsidir ki, minlərlə könüllü gəncimiz hərbi çağırış məntəqələrində növbəyə yazılaraq ön cəbhəyə getməyi təkidlə tələb edirdi. Kəlbəcər də torpaq uğrunda igid, qorxmaz, cəsur oğullarını qurban verdi. 91 nəfər  kəlbəcərli gənc müxtəlif dərəcədə yaralandı. Vətən müharibəsində 32 hərbi, 3 mülki şəhid verən Kəlbəcər də düşmən tapdağından azad olundu”.

 

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın müddəalarına əsasən, narkomaniya və digər psixoaktiv maddələrin mənfi təsiri və sağlam qidalanma mövzusunda Kəlbəcər məktəblərindən 112 şagirdin iştirakı ilə keçirilən görüşyaddaqalan olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində gənclər arasında keçirilən XI Azərbaycan Çempionatının zona mərhələsində Kəlbəcər rayonunun gəncləri də iştirak ediblər. HXÇDX-nin rayon bölməsində hərbi təhsil müəssisələrinə və zabitlik peşəsinə gənclərin həvəsləndirilməsi məqsədilə dəfələrlə görüşlər  keçirilib.

 

Mühüm faktlardan biri də Bakı şəhərində gənclər arasında keçirilən kompüter oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsi idi. 12 rayon komandası arasında keçirilən həmin yarışda kəlbəcərli gənclər II yerə layiq görülərək Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif ediliblər.

 

Xatırladaq ki, bu il Kəlbəcər rayonu üzrə 1326  məzundan 1310 nəfəri orta təhsil haqqında attestatla təmin edilib. Builki məzunların aliorta ixtisas məktəblərinə qəbul üçün sənəd verənlərin əksəriyyəti seçdikləri ixtisasın keçid balını xeyli arxada qoyublar. Sevindirici haldır ki, builki məzunlarımız da ötənilki 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə sanki öz  bilik töhfələrini veriblər: 500-dən yuxarı bal toplayanların sayı daha çox olub.

 

Hələ 2019-cu ildə YAP Kəlbəcər Rayon Gənclər Təşkilat ilə birgə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə “Qarabağ Azərbaycandır!” yürüşündə 50-dən çox fəal kəlbəcərli gənc də iştirak edib.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.-12 avqust.- S.4.