İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

 

1.1. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqındaAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini (bundan sonra - reyestr) yaratsın;   

 

1.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin təklifləri əsasındaİşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etsin;

 

1.3. işğaldan azad olunmuş ərazilərdə bərpa yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etsin; 

 

1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

 

2. Müəyyən edilsin ki:

 

2.1. reyestrin tərtibini aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi həyata keçirir;

 

2.2. bu Fərmanın 1.3-cü bəndinə əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsədəuyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulanİşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnaməilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.

 

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi:

 

3.1. bu Fərmanın 2.2-ci bəndindən irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin;

 

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2021-ci il

Azərbaycan.-2021.- 13 avqust.- S.2.