“YAŞAT” Fondunun
nümayəndə heyəti Türkiyədə müalicə
alan ağır
yaralılarımızı ziyarət edib
“YAŞAT” Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İstanbul, Bursa və Kocaeli şəhərlərində keçirilən görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə edilib.
Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Eyni zamanda fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.
Fond tərəfindən bu günə qədər 123 ağır
yaralı qazi müalicə üçün Türkiyəyə göndərilib.
Azərbaycan.-2021.-13 avqust.- S.4.