Misir və livanlı tədqiqatçılar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

 

MisirLivan tədqiqatçılarından ibarət nümayəndə heyəti avqustun 12-də  Gəncə şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar 2020-ci il oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların törədildiyi əraziyə gəliblər.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar.

Bildirilib ki, Ermənistan ordusunun oktyabrın 11-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfər həlak olub, 55-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Vurğulanıb ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Sonra Nizami Gəncəvi Muzeyində olan qonaqlara dahi şair və mütəfəkkirin 880 illiyi ilə əlaqədar 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ilielan edildiyi barədə məlumat verilib.

 

 

Azərbaycan.-2021.-13 avqust.- S.4.