“Dəmir yumruq” hər an hazır vəziyyətdədir

 

 

Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özübu dəfə qalib dövlət, qalib xalq kimi

 

 

 

Azərbaycan qalibdir

 

 

 

Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər, inkişaf strategiyası, nəticədə respublikamızın yüksəlişi, ordumuzun qüdrətlənməsi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın dünyada ifşasına nail oldu.

 

Vətən müharibəsinin 44 günü ərzində isə Azərbaycan xalqı bir daha öz rəhbərinin vətənpərvərliyinin, qətiyyətinin, yenilməzliyinin şahidi oldu. Məhz bu amillər xalqımızı bir amal uğrunda tarixdə görünməmiş dərəcədə həmrəy etdi. Məhz İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyəti hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

 

Bu Qələbə tariximizin şanlı səhifəsidir. Bu Zəfər Azərbaycan oğullarının qanla yazdıqları qəhrəmanlıq salnaməsidir. Torpaqlarımızın işğaldan azad olunması Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam edən inkişaf strategiyasının, yüksəliş siyasətinin parlaq məntiqi nəticəsidir. Bu Qələbə Azərbaycanı dünyaya tanıtdı, vətənimizi başıuca etdi. Bütün dünya xalqımızın iradəsinə, mətinliyinə şahidlik etdi, ölkəmizi daha yaxından tanıdı.  Ən əsası bu Qələbə hər bir azərbaycanlının milli şüuruna hopdubiz bu gün haqlı olaraq qalib gəlmiş xalqın nümayəndəsi olmağımızla qürur duyuruq.

 

Ermənistandakı revanşist dairələr xəstə təfəkkürlərinə görə reallığı dərk etmək düşüncəsindən uzaqdırlar. Xaricdəki müəyyən siyasi mərkəzlər, dövlətlər və təşkilatlar isə Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Amma onların müharibənin nəticələri ilə bağlı düşüncələri, fikirləri Azərbaycan üçün tamamilə əhəmiyyətsizdir. Əsas olan odur ki, Azərbaycan bu savaşın qalibidir.

 

 

 

Düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq

 

 

 

İkinci Qarabağ müharibəsi Ermənistanın hərbi-siyasi təxribatlarının nəticəsi olaraq baş verdi. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı, ötən ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatın törədilməsi bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində düşmənin diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, Ermənistan problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır.

 

Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi.

 

Son vaxtlar yenə də Ermənistan tərəfindən təxribatçılıq hərəkətlərinə yol verildiyi müşahidə edilməkdədir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuata açıqlamasında deyilir: Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur”.

 

Məlumatda bildirilir ki, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülürbu kimi hallara imkan verilmir. Həmçinin qeyd olunur ki,  bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir.

 

Bir vaxtlar Ermənistanın David Tonoyan adlı bir müdafiə naziri var idi. İkinci Qarabağ müharibəsindən bir qədər əvvəl lovğa şəkildə  təxribatçıyeni müharibə - yeni ərazilərdoktrinası ilə çıxış etmişdi. O öz doktrinasına qismən nail oldu, yəni müharibə baş verdi. Amma Ermənistanın yeni ərazilər qəsb etmək niyyəti gözündə qaldı Azərbaycan işğal altında olan torpaqlarını cəmi 44 günə azad etdi. David Tonoyan isə məğlubiyyətdən sonra rüsvaycasına vəzifəsindən istefa verdi.

 

İndi Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan David Tonoyanın yolu ilə gedir. Amma 2016-cı ilin Aprel döyüşlərindən sonra vəzifəsindən qovulmuş bu adam Azərbaycanın hərbi gücünə bələddir. Yaxşı bilir ki, Azərbaycanın dəmir yumruğu hər an hazır vəziyyətdədir.

 

Prezident İlham Əliyev müsahibələrinin birində deyib: “Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz var, iradəmiz var, cəsarətimiz var. Yumruq da yerindədir”.

 

Bəli, dəmir yumruq yerindədir düşmənin istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.-14 avqust.- S.1-2.