İlham Əliyevdən növbəti xəbərdarlıq

 

Azərbaycan yenidən Ermənistanın dərsini verməyə hazırdır

 

 

 

“...18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik...”

 

Baş sərkərdəmiz İlham Əliyevin qürur və fəxarətlə avqustun 14-də qardaş Türkiyənin nüfuzlu telekanalı “CNN Türkteleviziya kanalından bütün dünyaya bəyan etdiyi kimi, artıq bütün xalqımız illərdir həsrətində olduğu bu xoşbəxtliyin sevincini yaşayır.

 

30 il idi ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq Azərbaycan torpaqlarını işğal etmiş, yüz minlərlə həmvətənimizi öz dədə-baba torpağından didərgin salmışdı.

 

Ötən illər ərzində vandal xislətli düşmən zorla qəsb etdiyi ərazilərimizdə daşı-daş üstündə qoymayıb, yurdlarımızı viranəyə çevirib, milli-mənəvi dəyərlərimizə, dinimizə qarşı dözümsüzlük, düşmənçilik nümayiş etdirərək qanunsuz şəkildə illərlə işğal altında saxladığı torpaqlarımızda xalqımıza məxsus bütün dini ocaqları, məscidləri, məzarlıqları, tarixi, mədəni abidələri dağıdıb.

 

Beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı təsirli addım atmaması, xüsusilə ATƏT-in Minsk qrupunun bu illər ərzində nümayiş etdirdiyi səmərəsiz fəaliyyət nəticəsində isə Ermənistan torpaqlarımıza qarşı daha iştahla iddia irəli sürür, sərhədlərimizdə davamlı təxribatlara əl atırdı.

 

 

 

Böyük qayıdış üçün zamanla yarışırıq

 

 

 

Düşmənin mənfur əməllərinə qarşı daim barışmaz mövqe sərgiləyən ölkəmiz 27 sentyabr 2020-ci ildə qurtuluş savaşına başlayaraq öz əzəli torpaqlarını azad etdi.

 

Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” əməliyyatı ilə Azərbaycan Ordusu erməni faşizmi üzərində qəti qələbə çalaraq ərazi bütövlüyümüzü bərpa etdi. Dövlətimizin başçısı ötən şənbə günü “CNN Türkteleviziya kanalına açıqlaması zamanı söylədi ki, sadəcə olaraq, bunu düzgün anda etməli idiketdik, səhvə yol verə bilməzdik: “Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur”.

 

Artıq Azərbaycanın işğaldan azad edilən torpaqlarında sürətli və böyük quruculuq işləri həyata keçirilir. Barbar düşmən tərəfindən vəhşicəsinə dağıdılan tarixi, dini, mədəni abidələrimizin hamısı yenidən bərpa edilir, tikilir. Hazırda bütün məcburi köçkünlər sevinclə doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Onların Vətən özləminə birdəfəlik son qoyulmasına isə çox az qalıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz, sadəcə, böyük qayıdış üçün zamanla yarışırıq:

 

“...Ancaq qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir.

 

Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq”.

 

 

 

Mina xəritələrinin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir

 

 

 

Düşmənin ərazilərimizi minalaması mina xəritələrini Azərbaycana verməməsi, verdiyi mina xəritələrinin isə qeyri-dəqiq olması da vətəndaşlarımızın öz yurdlarına qaytarılmasına maneə törədir. Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərimizdə 100 minlərlə mina basdırıb. Hətta müharibə başa çatandan sonra - 10 noyabr tarixindən indiyədək 150-dən çox mülki şəxs hərbçi minaya düşərək yaralanıb ya həlak olub.

 

Bu barədə dövlət başçısı “CNN Türk”ə müsahibəsində ətraflı məlumat verərək söylədi ki, Ermənistan bizə minaların xəritələrini vermir son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir: “Yəni burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik”.

 

 

 

“...Biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik

 

 

 

Müsahibə zamanı Prezident İlham Əliyev diqqəti ona da yönəltdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə olmasıdır. Dövlət başçısı qeyd etdi ki, bu, böyük yanlışlıq olarbiz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik: “Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda bizöz siyasətimizi buna uyğun şəkildə aparacağıq”.

 

Baxmayaraq ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın da maraqlarına cavab verəcək, onlar da dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yarada biləcəklər. Amma təəssüf ki, buna qarşı çıxırlar.

 

Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar istədiklərini də dilə gətirə bilmirlər.

 

Qarabağ münaqişəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın şanlı qələbəsi ilə bitərək tarixə həkk olunub. Bu mərhələdə Ermənistan xalqımıza qarşı bəslədiyi bütün məkrli niyyətləri, uydurma fobiyaları kənara qoyaraq reallıqla barışmalı, sülh müqaviləsini imzalamalı, Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü qəbul etməlidirlər.

 

Əks təqdirdə, Azərbaycanın dəmir yumruğu yenidən işə düşəcək. Necə ki, Ali Baş Komandan İlham Əliyev sözügedən müsahibəsində qətiyyətlə bunu onlara bir daha xatırladıb: “Mən bunu demişdimbir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.

 

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2021.-17 avqust.- S.1;3.