Ermənistan yeni fəlakətə sürüklənir

 

Ölkədə siyasi böhran yaşanır

 

 

 

“Ölkəmizin 2018-ci ildən etibarən başqa məcrada getməsinə imkan var idi. Müharibədə yayınmaq üçün imkan var idi. Tarixi fəlakət əvəzinə tarixi uğurlara sahib olmaq üçün imkan var idi”. Belə bir açıqlama ilə erməni ictimai xadim Vahe HovhannisyanTeleqram” kanalında yazıb.

 

O, daha sonra qeyd edir: “2018-ci ildə cəmiyyət daha ədalətli, daha yaxşı bir dövlətə doğru dəyişikliklər gözləyirdi. İndi təsəvvür edin, “çəyirtkə”nin dağıdıcı dalğası əvəzinə savadlı, işgüzar versiya seçilsəydi, tutub suvamaq maniyasının əvəzinə ağıllı insanlarla işləmək versiyası seçilsəydi, nə olardı. Həbs edilmək təhdidlərindən yorulmuşuq. Ölkə bu mənasız təhdidlər altında əyilməyə başlayıb. Dövlətin gələcəyini asfalta suvamağı dayandırın”.

 

Bu açıqlamalardan bir daha bəlli olur ki,  Ermənistanda hakimiyyət və müxalifət arasında ziddiyyətlərin daha da dərinləşməsinə, tərəflərin biri-birinə qarşı repressiv metodlardan istifadə edəcəyinə dair aylar əvvəl verilən proqnozlar özünü doğruldur. Xüsusən də yenidən hakimiyyətdə qalmağı bacaran Nikol Paşinyanın eks-prezident Robert Koçaryanı və tərəfdarlarını inzibati metodlar hesabına zərərsizləşdirməyə başlaması qeyd edilənlərin real təsdiqi hesab olunur.

 

Nikol Paşinyan hərbi rəhbərliklə bağlı sərt tədbirlər görür. O, artıq xeyli sayda generalı vəzifəsindən azad edib.  İndi həmin generallar Nikol Paşinyana qarşı birləşiblər. Onlar baş nazirin istefasını tələb edirlər. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan deyir: “Nikol Paşinyanın istefasını tələbə edən işdən qovulmuş hərbçilərin sayı 9-a çatıb. Bunlar Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan, Baş qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan, Baş qərargahın Əməliyyatlar İdarəsinin rəisi general-leytenant Karen Abrahamyan, Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiə Qüvvələri Dövlət Baş İdarəsinin rəisi, general-mayor Armen Vardanyan, Silahlı Qüvvələrin Mühəndislik Qoşunları Dövlət İdarəsinin rəisi general-mayor İşxan Matosyan, Silahlı Qüvvələrin 3-cü Ordu Korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov, Silahlı Qüvvələrin Baş Təlim İdarəsinin Döyüş Hazırlığı Müdirliyinin rəisi, general-mayor Valerik Köçəryan, Baş Qərargahın Əsas Əməliyyatlar İdarəsi rəisinin birinci müavini, general-mayor Stepan Qorgian Silahlı Qüvvələrin 1-ci Ordu Korpusunun komandanı, general-mayor Jirayr Poqosyandır”.

 

Qeyd edək ki, Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş istifadə etməsi onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. O indi siyasi rəqiblərini bir-bir həbsə atır, onlarıasfalta uzatmaqlahədələyir bunu edir. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb, bəziləri həbs olunub.

 

Ümumiyyətlə, N.Paşinyan yenə ölkədə avtoritar rejim yaratmağa cəhd göstərir. Gələcəkdə özünə rəqib olacaq ya rəqib olma ehtimalı yaranan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs edə bilməsi onun əl-qolunu daha da açır. Amma bu fonda Ermənistanda onu diktator hesab edənlərin sayı durmadan artır.

 

Hazırda Ermənistanda siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar güclənib. Qərb institutlarının Ermənistanda baş verən qanunsuzluqlara, siyasi repressiyalara, həbslərə, təqiblərə, polis zorakılığına bir dəfə olsun münasibət bildirməməsi, hansısa bəyanat səsləndirməməsi isə onların öz fəaliyyətlərində əsasən ikili standartlara üstünlük verdiyini bir daha aydın göstərir.

 

Sabiq deputat, “Alternativ layihələrqrupunun üzvü Elinar Vardanyan deyib ki, hakimiyyətin başlatdığı siyasi repressiyaya qarşı cəmiyyətdəki laqeydlik başadüşülən deyil. Onun sözlərinə görə, həlledici məqamlarda öz sözünü deyən vətəndaşlara qarşı həyata keçirilənsiyasi qisashallarını passiv şəkildə izləməyə haqqımız yoxdur: “Sünik (Zəngəzur) şəhərlərinin bələdiyyə başçıları ən çətin anlarda hakimiyyətə ciddi müqavimət göstərdilər. Bu günlərdə icma rəhbərləri ilə əlaqəli təzyiqləri cəmiyyətin sükutla qarşılaması qəbuledilməzdir”.

 

Belə vəziyyətdə Ermənistanda dövlət orqanlarının vəzifəli şəxslərin hərəkətlərini  tənqid təkzib edən, şübhə altına alan ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi yayımlanması qadağan olunub. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqid etməyə görə yüksək cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığını cinayətlərini tənqid edə bilmirlər.

 

Diktaturanın ciddiliyi özünü həm onda göstərir ki, burada vətəndaşların dinc etiraz aksiyalarını mümkünsüz edən yüksək cərimələr tətbiq olunur. Bütün bunlar bir daha Ermənistanın fəlakətə sürükləndiyini təsdiq edir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.-17 avqust.- S.4.