Azərbaycanın müdafiə
naziri “IDEF-2021” sərgisinin
açılış mərasimində iştirak
edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə avqustun 17-də İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, general-polkovnik Zakir Həsənov sərgidə müxtəlif
şirkətlərin istehsalı olan silah, texnika və hərbi
təyinatlı vasitələrə baxış keçirib.
Səfər
çərçivəsində general-polkovnik Z.Həsənov
Türkiyə Müdafiə Sənayesinin “ASELSAN”, “ROKETSAN”,
“HAVELSAN”, “ASPİLSAN” və digər şirkətlərinin rəhbərləri
ilə görüşlər keçirib.
Görüşlərdə
tərəflər hərbi-texniki əməkdaşlığın
inkişaf perspektivləri və qarşılıqlı maraq
doğuran digər məsələlər barədə fikir
mübadiləsi aparıblar.
Azərbaycan.-2021.-18 avqust.- S.9.