“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statususosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğuqan xidməti haqqında”, “Hemofiliyatalassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli  fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”,  “Narkoloji  xidmət  nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu qan xidməti haqqında”, “Hemofiliya talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan   Respublikasının  2021-ci  il  22  iyun  tarixli  349-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:        

 

1. Müəyyən edilsin ki:

 

1.1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Qanunun 10-cu maddəsində (birinci halda) “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

 

 1.3. həmin Qanunun 10-cu maddəsində (ikinci halda) “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

 

1.4.  “Sosial    müavinətlər   haqqında”   Azərbaycan   Respublikası   Qanununun  7.0.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.5. həmin Qanunun 7.0.3-cü maddəsində  “orqan (qurumdedikdə Azərbaycan Respublikasının  Əmək      Əhalinin  Sosial   Müdafiəsi   Nazirliyi   qismində   Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi nəzərdə tutulur.

 

2. Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik  Toplusu,  2001,  ¹ 7,  maddə  477;  2012,  ¹ 12,  maddə 1270;  2017, ¹ 7,  maddə  1330;  2018,  ¹ 10, maddə 2019; 2020, ¹ 7, maddə 876, ¹ 11, maddə 1362; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1353 nömrəli  Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

 

 2.1.  2.1-ci bəndə “5.0.1-ci,” sözlərindən sonra “10-cu (hər iki halda),” sözləri əlavə edilsin;

 

2.2.   2.2-1-ci bəndə “1.0.17-ci” sözlərindən sonra “,10-cu (birinci haldasözləri əlavə edilsin;

 

2.3.  2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:

 

“2.8.  həmin Qanunun 10-cu maddəsində ikinci halda “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur.”.

 

3. Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 90, ¹ 12, maddə 1034; 2007, ¹ 1, maddə 7, ¹ 10, maddə 942; 2008, ¹ 5, maddələr 373, 374, ¹ 8, maddə 727; 2011, ¹ 7, maddə 633, ¹ 12, maddə 1143; 2016, ¹ 9, maddə 1466; 2019, ¹ 7, maddə 1220; 2020, ¹ 12 (I kitab), maddə 1498)  aşağıdakı dəyişikliklər edilsin:

 

3.1.  2.1-ci bəndə “4.0.1.6-cı,” sözlərindən sonra “7.0.3-cü,” sözləri əlavə edilsin;

 

 3.2.  2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

 

“2.5. həmin Qanunun 7.0.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının   Əmək     Əhalinin   Sosial  Müdafiəsi   Nazirliyi   qismində   Dövlət  Tibbi-Sosial EkspertizaReabilitasiya Agentliyi nəzərdə tutulur.”.

 

 4.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

4.1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili qaydasını üç ay müddətində müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

 4.2. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statususosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğuqan xidməti haqqında”, “Hemofiliyatalassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında   dəyişiklik   edilməsi   barədə”   Azərbaycan  Respublikasının  2021-ci  il  22 iyun tarixli 349-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 5. Bu Fərmanın 1-3-cü hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2021-ci il

Azərbaycan.-2021.- 19 avqust.- S.4.