“Çernobıl
qəzasının ləğvində iştirak etmiş və
həmin qəza nəticəsində zərərçəkmiş
vətəndaşların statusu və sosial müdafiəsi
haqqında”, “Yoluxucu xəstəliklərin
immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət
haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslərə
dövlət qayğısı haqqında”, “Qanın, qan
komponentlərinin donorluğu və qan xidməti haqqında”,
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial
müavinətlər haqqında”, “Onkoloji yardım
haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət
haqqında”, “Uşaqların icbari dispanserizasiyası
haqqında”, “Məktəbəqədər təhsil
haqqında”, “Məşğulluq haqqında” və “Peşə
təhsili haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq qərara alır:
Maddə 1. “Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərərçəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24,
maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 6, maddə 451; 1999, ¹ 5, maddə 293; 2001, ¹ 12, maddələr
731, 736; 2004, ¹ 7, maddə 507; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə
561, ¹ 11, maddə 1078; 2008, ¹ 7, maddə 602; 2019, ¹ 3, maddə
379, ¹ 5, maddə 797, ¹ 8, maddə 1382, 2020, ¹ 7, maddə 826; Azərbaycan
Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
6-cı maddə üzrə:
1.1.1. adından və birinci hissənin 4-cü bəndindən
“, o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara” sözləri
çıxarılsın;
1.1.2. birinci hissənin 7-ci bəndinin ikinci cümləsindən
“, o cümlədən 18 yaşınadək sağlamlıq
imkanları məhdudluğu” sözləri
çıxarılsın;
1.1.3.
birinci hissənin 18-ci bəndində “, əlilliyi olan şəxslər,
o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar üçün sosial xidmət
müəssisələri” sözləri “və əlilliyi olan
şəxslər üçün sosial xidmət müəssisələrində”
sözləri ilə əvəz edilsin;
1.2. 11-ci
maddənin üçüncü hissəsi
aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin
1-ci bəndində göstərilən şəxslərin əlilliyi
Çernobıl qəzası nəticəsində əmələ
gəldikdə, əlillik müddətsiz müəyyən
edilir.”;
1.3.
14-cü maddə üzrə:
1.3.1. adında “Əlillərin və sağlamlıq
imkanları məhdud uşaqların” sözləri
“Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz
edilsin;
1.3.2. birinci hissənin birinci abzasından “, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların” sözləri çıxarılsın;
1.3.3. birinci hissənin ikinci abzasında “I dərəcə
əlilliyi olan şəxslərə və ya sağlamlıq
imkanları məhdud uşaqlara” sözləri “orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə” sözləri
ilə əvəz edilsin;
1.3.4. birinci hissənin üçüncü
abzasında “II dərəcə əlilliyi olan şəxslərə
və ya sağlamlıq imkanları məhdud uşaqlara”
sözləri “orqanizmin funksiyalarının 61-80 faiz
pozulmasına görə əlilliyi müəyyən
edilmiş şəxslərə” sözləri ilə əvəz
edilsin;
1.3.5. birinci hissənin dördüncü abzasında
“III dərəcə əlilliyi olan şəxslərə və
ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri
“orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş şəxslərə”
sözləri ilə əvəz edilsin;
1.3.6. üçüncü hissədən “, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara” sözləri
çıxarılsın.
Maddə 2. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 413;
2008, ¹ 7, maddə 602; 2014, ¹ 11, maddə 1343; Azərbaycan
Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli
Qanunu) 15-ci maddəsinin üçüncü hissəsində
“qanunvericilikdə müəyyən edilən qaydada
sağlamlıq imkanlarının məhdudluğu” sözləri
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada əlillik” sözləri ilə əvəz
edilsin.
Maddə 3. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 577; 2002, ¹ 5, maddə 240;
2003, ¹ 12 (I kitab), maddə 697; 2007, ¹ 6, maddə 560, ¹ 10, maddə
938; 2008, ¹ 7, maddə 602; 2012, ¹ 4, maddə 281; 2014, ¹ 11, maddə
1372; 2015, ¹ 11, maddə 1272; 2018, ¹ 5, maddə 885, ¹ 11, maddə
1684; 2020, ¹ 7, maddə 828)
aşağıdakı dəyişikliklər edilsin:
3.1.
16.5-ci maddədən “, o cümlədən sağlamlıq
imkanlarının məhdudluğu” sözləri
çıxarılsın;
3.2.
18.0.9-cu və 22.1-ci maddələrdən “, o cümlədən
sağlamlıq imkanlarının məhdudluğu” sözləri
çıxarılsın.
Maddə 4. “Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 442; 2008, ¹ 7, maddə 602;
2011, ¹ 2, maddə 71; 2015, ¹ 2, maddə 83; 2017, ¹ 7, maddə 1258;
2019, ¹ 5, maddə 797; 2020, ¹ 6, maddə 664, ¹ 7, maddə 828, ¹
11, maddə 1335; Azərbaycan Respublikasının 2021-ci il 23
aprel tarixli 303-VIQD nömrəli Qanunu) 10-cu maddəsində
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə
uyğun olaraq” sözləri “müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən”
sözləri ilə əvəz edilsin.
Maddə 5. “Şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslərə dövlət qayğısı
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 54;
2008, ¹ 7, maddə 602; 2016, ¹ 4, maddə 648; 2020, ¹ 7, maddə
828) 5.1-ci maddəsindən “, o cümlədən 18 yaşınadək
sağlamlıq imkanlarının məhdudluğu” sözləri
çıxarılsın.
Maddə 6. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 562;
2007, ¹ 12, maddə 1218; 2008, ¹ 7, maddə 602; 2020, ¹ 7, maddə
829) 1.0.8-ci maddəsində “əlilliklə, o cümlədən
18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu”
sözləri “və ya əlilliyin
müəyyən edilməsi” sözləri ilə əvəz
edilsin.
Maddə 7. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005, ¹ 7, maddə 563; 2008, ¹ 7, maddə 602; 2016, ¹ 4, maddə
650; 2020, ¹ 7, maddə 829) aşağıdakı dəyişikliklər
edilsin:
7.1. 4-cü maddənin birinci cümləsindən
“, o cümlədən 18 yaşınadək sağlamlıq
imkanlarının məhdudluğu” sözləri
çıxarılsın;
7.2. 9.2-ci maddə üzrə:
7.2.1. birinci cümlədən “, o cümlədən
sağlamlıq imkanlarının məhdudluğu” sözləri
çıxarılsın;
7.2.2. ikinci cümlə aşağıdakı
redaksiyada verilsin:
“İrsi
qan xəstəliyi olan şəxslərin əlilliyi onlar 18
yaşına çatanadək müəyyən edildikdə,
18 yaşına çatdıqdan sonra bu şəxslərin əlilliyi
müddətsiz müəyyən edilir.”.
Maddə 8. “Ünvanlı dövlət sosial yardımı
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1005;
2008, ¹ 6, maddə 474, ¹ 7, maddə 602; 2015, ¹ 3, maddə 257;
2018, ¹ 5, maddə 871; 2019, ¹ 3, maddə 380; 2020, ¹ 7, maddələr
829, 840) aşağıdakı dəyişikliklər edilsin:
8.1.
3-cü maddədə “birinci dərəcə əlilliyi olan
şəxsə, 8 yaşına çatmamış
uşağa və ya sağlamlıq imkanları məhdud 18
yaşınadək uşağa” sözləri “orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxsə, 18 yaşınadək
əlilliyi müəyyən edilmiş şəxsə və
ya 8 yaşına çatmamış uşağa” sözləri
ilə əvəz edilsin;
8.2.
9.0.1-ci maddədən “, o cümlədən sağlamlıq imkanları
məhdud 18
yaşınadək uşaqlar” sözləri
çıxarılsın.
Maddə 9. “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 76; 2007, ¹ 10, maddə 933;
2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə 19, ¹ 6, maddə
618, ¹ 11, maddələr 1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹
3, maddə 400, ¹ 5, maddə 869; 2019, ¹ 3, maddə 380, ¹ 12, maddə
1893; 2020, ¹ 7, maddə 829, ¹ 11, maddə 1331, ¹ 12 (I kitab), maddə
1452) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.0.2-ci maddədən “, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar” sözləri
çıxarılsın və həmin maddədə
“sağlamlıq imkanlarının məhdudluğu” sözləri
“əlilliyi” sözü ilə əvəz edilsin;
9.2. 4.0.1.3-cü, 9.1.2-ci və 11.1.3-cü
maddələrdən “18 yaşından yuxarı əlilliyi
olan şəxslərə” sözləri
çıxarılsın;
9.3. 4.0.1.4-cü, 7.0.4-cü,
9.1.3-cü və 11.1.4-cü maddələr ləğv edilsin;
9.4. 4.0.1.14-cü, 9.1.11-ci və
11.1.8-ci maddələrdə “sağlamlıq imkanları məhdud
18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi
müəyyən edilmiş” sözləri ilə əvəz
edilsin;
9.5. 5.1-ci maddəyə “Bu Qanunun”
sözlərindən sonra “5.2-ci maddəsi nəzərə alınmaqla,
bu Qanunun” sözləri əlavə edilsin;
9.6. 5.2-ci maddədə
“4.0.1.4-cü” sözləri “4.0.1.3-cü” sözləri ilə
əvəz edilsin;
9.7. 5.3-cü maddədə
“sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara” sözləri “18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxslərə” sözləri
ilə əvəz edilsin;
9.8.
7.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“7.0.3. əlilliyə görə müavinət -
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi
müəyyən edilmiş şəxsin əmək
pensiyası hüququ olmadıqda;”;
9.9.
7.0.10-4-cü maddədə “0-18 yaş arası
sağlamlıq imkanları məhdud”
sözləri “18 yaşınadək əlilliyi müəyyən
edilmiş” sözləri ilə əvəz edilsin;
9.10.
7.0.11-ci maddədə “sağlamlıq imkanlarının məhdudluğunu”
sözləri “əlilliyini” sözü ilə əvəz
edilsin;
9.11.
9.1.4.2-ci maddədə “sağlamlıq imkanlarının məhdudluğu”
sözləri “əlilliyi” sözü ilə əvəz
edilsin;
9.12.
9.2-ci maddədən “, o cümlədən sağlamlıq
imkanlarının məhdudluğu” sözləri
çıxarılsın.
Maddə 10. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006, ¹ 8, maddə 656; 2008, ¹ 7, maddə 602; 2020, ¹ 7, maddə
830, ¹ 12 (I kitab), maddə 1425) 9.2-ci maddəsindən “, o
cümlədən sağlamlıq imkanlarının məhdudluğu”
sözləri çıxarılsın və həmin maddədə
“müvafiq qanunvericiliklə müəyyən edilmiş
qaydada” sözləri “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə
əvəz edilsin.
Maddə 11. “Sosial xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 191; 2019, ¹ 11, maddə 1685;
2020, ¹ 7, maddə 831) aşağıdakı dəyişikliklər
edilsin:
11.1. 7.1.2-ci maddədə
“sağlamlıq imkanlarının məhdud” sözləri “əlilliyinin”
sözü ilə əvəz edilsin;
11.2. 17.1-ci maddədən “, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar” sözləri çıxarılsın;
11.3. 19.1-ci və 19.2.6-cı maddələrdən
“, o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara” sözləri
çıxarılsın.
Maddə 12. “Mədəniyyət haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 78; 2015, ¹ 11, maddə 1282;
2016, ¹ 11, maddə 1751; 2017, ¹ 11, maddə 1967; 2018, ¹ 6, maddə
1175, ¹ 11, maddə 2193; 2019, ¹ 7, maddə 1183; 2020, ¹ 7, maddə 831) 14.2.4-cü maddəsindən
“, o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqların” sözləri
çıxarılsın.
Maddə 13. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 360; 2018, ¹ 2, maddə 155;
Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD
nömrəli Qanunu) 3-cü maddəsində “sağlamlıq
imkanları məhdudluğunun və” sözləri “əlilliyin,”
sözü ilə əvəz edilsin.
Maddə 14. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1012; 2019, ¹ 6, maddə 986,
¹ 12, maddə 1881; 2020, ¹ 6, maddə 664, ¹ 7, maddələr 831,
851, ¹ 11, maddə 1335) 8.9-cu maddəsinə “müharibəsi”
sözündən sonra “və Vətən Müharibəsi”
sözləri əlavə edilsin və həmin maddədə
“bununla əlaqədar əlilliyi olan” sözləri “müharibə
ilə əlaqədar əlilliyi müəyyən edilmiş”
sözləri ilə, “I və II dərəcə əlilliyi
olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş” sözləri
ilə əvəz edilsin.
Maddə 15. “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1669; 2019, ¹ 1, maddə 35, ¹
3, maddə 381, ¹ 12, maddə 1892; 2020, ¹ 1, maddə 1, ¹ 5, maddə 521, ¹ 7, maddə
831, ¹ 9, maddə 1136; 2021, ¹ 2, maddə 113)
aşağıdakı dəyişikliklər edilsin:
15.1.
1.1.22-ci maddədən “, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri
çıxarılsın və həmin maddədə
“sağlamlıq imkanları məhdud 18 yaşınadək”
sözləri “18 yaşınadək əlilliyi müəyyən
edilmiş” sözləri ilə əvəz edilsin;
15.2.
5.7-ci və 8.0.4-cü maddələrdə “əlilliyi, o
cümlədən sağlamlıq imkanlarının məhdudluğu”
sözləri “, əlilliyi” sözü ilə əvəz
edilsin;
15.3. 24.9-cu və 25.5-ci maddələrdə “şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “şəxslərə” sözü ilə əvəz edilsin.
Maddə 16. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə 986, ¹ 11, maddə 1685; 2020, ¹ 5, maddələr 508, 514, ¹ 7, maddələr 831, 851, ¹ 11, maddələr 1323, 1335, ¹ 12 (I kitab), maddə 1421; 2021, ¹ 2, maddə 109; Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
16.1. 4.0.23-cü maddədə “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “eləcə də sağlamlıq imkanları məhdud şəxslərin” sözləri ilə əvəz edilsin;
16.2. 20.7-ci maddədə “o cümlədən” sözləri “habelə” sözü ilə əvəz edilsin;
16.3. 20.8.2-ci maddədən “I, II və III dərəcə” sözləri çıxarılsın;
16.4. 20.8.4-cü maddədə “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin.
Maddə 17. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyun 2021-ci il
Azərbaycan.-2021.- 19 avqust.- S.4.