Türkiyə mediası Azərbaycan
Prezidentinin Kəlbəcər və
Laçın rayonlarına səfərini geniş
işıqlandırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Yeni akıt”, “Hüriyyət”, “Milliyet” qəzetləri və digər media qurumları səfərin təfərrüatlarını türkdilli ictimaiyyətə geniş şəkildə çatdırıblar.
Anadolu Agentliyi yaydığı videomaterialda dövlətimizin başçısı İlham Əliyevin öz səsi ilə səfər və onun təfərrüatı barədə türkdilli ictimaiyyətə məlumat çatdırıb. Bölgənin füsunkar gözəlliyi, Prezidenti İlham Əliyevin Kəlbəcərdə dövlət bayrağımızı yüksəltməsi, dövlətimizin başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü və səmimi söhbəti orijinal kadrlar əsasında materialda əksini tapıb. Bu videomaterial digər media qurumları tərəfindən də sürətlə yayılıb.
“TRT haber” telekanalının saytında səfərlə bağlı fotosessiya təqdim olunub.
“Haber global” telekanalı səfərlə bağlı
geniş videomaterial yayıb.
“Sabah” qəzeti Prezident
İlham Əliyevin səfər çərçivəsindəki
çıxışları, fikir və mülahizələri
əsasında analitik
təhlil aparıb. Yazıda Azərbaycana
qarşı həyata
keçirilmiş işğalçılıq
siyasəti və sərgilənən ədalətsizlik
faktlarla oxuculara çatdırılıb.
Qeyd edək ki, Türkiyənin
nüfuzlu kütləvi
informasiya vasitələri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin avqustun 14-də
“CNN türk” televiziya kanalına müsahibəsini
də geniş işıqlandırıb.
Bütün materiallarda Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan
Ordusunun 44 günlük
Vətən müharibəsində
qazandığı rəşadət,
işğal altındakı
torpaqlarımızın düşməndən
cəsarətlə alınması,
zalım düşmənin
törətdiyi vəhşiliklər,
azad olunan bölgələrinizdə həyata
keçirilən geniş
quruculuq və bərpa işləri, böyük qayıdışa
qərarlı hazırlıq
məsələləri əksini
tapıb.
Azərbaycan.-2021.-19 avqust.- S.5.