Park Byonq-Soq: Azərbaycandakı sürətli inkişaf məni çox
təəccübləndirdi
Azərbaycana 8 il bundan əvvəl Koreya Milli Assambleyasının sədr müavini kimi səfər etmişdim. Bu müddət ərzində Azərbaycandakı müsbət dəyişikliklər, sürətli inkişaf məni çox təəccübləndirdi. Həqiqətən böyük uğurlar əldə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq jurnalistlərə müsahibəsində deyib.
Sədr bildirib ki, Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək: "Prezident İlham Əliyevlə görüşümüzdə Koreya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etdik. Əsas əməkdaşlıq əlaqələrini iqtisadiyyat sahəsində qurmağı planlaşdırırıq. Biz Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işlərində, xüsusilə "ağıllı kənd" layihəsində iştirak edəcəyik. Bundan başqa, yeni növ bərpaolunan enerji layihələrində də birgə əməkdaşlığımız olacaq".
Park Byonq-Soq
Azərbaycan Milli Məclisinin sədri
Sahibə Qafarova ilə də
görüşəcəyini və ölkələrimiz
arasında parlamentlərarası münasibətlərin
müzakirə olunacağını da bildirib.
Azərbaycan.-2021.- 20 avqust.- S.2.