Qarabağ
dünyanın ən “ağıllı” layihələri ilə
yenidən qurulur
44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra qarşıya qoyulan məqsəd işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən qurulmasıdır.
Bunun üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etmək lazım gəlir. Müasir dövrün özünü doğrultmuş və təsdiq etmiş yeni konsepsiyası isə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələridir. “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə bağlı Prezident İlham Əliyev 19 aprel 2021-ci il tarixdə müvafiq sərəncam imzalayıb. Dövlət başçısı Qarabağa səfərləri zamanı çıxışlarında azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında qurulmalı olduğunu dəfələrlə vurğulayıb. Bildirib ki, layihə vətəndaşların xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə etmələrinə imkan yaradacaq.
“Əşyaların interneti”, “Süni intellekt” kimi texnologiyalar tətbiq olunur
Müasir dövrdə informasiya-kommunikasiya
texnologiyaları cəmiyyətin
inkişafına təsir
göstərən əsas
amilə çevrilib. Bu texnologiyaların istifadəsi
və məlumatların
təhlili şəhər
və kənd mühitində daha düzgün və operativ qərarların verilməsinə imkan yaradır.
“Ağıllı şəhər”
və “Ağıllı
kənd” layihələrinin
əsas ideyası bütün xidmət və obyektləri vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Nəticədə vətəndaşlar üçün
daha asan və təhlükəsiz
həyat təmin ediləcək, sosial və iqtisadi keyfiyyət yaxşılaşacaq.
“Ağıllı kənd”
və “Ağıllı
şəhər”də hər
hansı məlumatı
toplamaq üçün
müxtəlif elektron
və rəqəmsal metodlardan, sensorlardan istifadə ediləcək. Əldə olunan
məlumat aktivlərin
və resursların səmərəli istifadəsinə
yönləndiriləcək.
Bu konsepsiyada “Əşyaların
interneti”, “Süni intellekt”, “Blokçeyn” kimi texnologiyalar tətbiq olunur. Onun əsasında müəyyən
komponentlər formalaşdırılır.
Məsələn, elektrik enerjisi
və su sərfiyyatının elektronlaşdırılıb
müəyyən edilmiş
yerlərdə toplanmasını
misal göstərmək
olar. Nəticədə əhali enerji
sərf etmədən
proqram təminatından
istifadə edərək
həm öz kommunal tarixçəsini görür, həm də ödənişlərini
edir. Dövlət qurumları isə
məlumat bazasında
yığılan informasiya
əsasında optimallaşdırma
işləri aparmaq imkanı qazanır. Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün
də keçərlidir.
O cümlədən naqilsiz
sensor şəbəkələri vasitəsilə şəhər
ərazisində çirklənməni
elektron xəritə üzərindən müşahidə
etmək mümkündür
ki, bu da
qabaqlayıcı tədbirlər
görməyə imkan
yaradır.
İlk addım Prezidentin ötən il
noyabrın 16-da işğaldan
azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına
səfəri zamanı
atıldı. Səfər
zamanı Füzuli - Şuşa, yəni “Zəfər yolu”nun təməli qoyuldu. Bununla da işğaldan azad edilmiş ərazilərdə bərpa
və yenidənqurma işlərinə start verildi.
Bu ərazilərdə başlanan yenidənqurma işləri Qarabağı
cənnətə çevirəcək.
Prezident çıxışlarında
dəfələrlə bunu
vurğulayıb: “Bizim
planlarımız böyükdür.
Müharibə başa çatıb.
Bərpa
işləri artıq
başlanıb və bu, onu göstərir
ki, bizim sözümüzlə əməlimiz
arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki,
torpaqlar işğaldan
azad olunandan sonra bu torpaqları
tezliklə bərpa edəcəyik. Mən bu
yaxınlarda demişdim
ki, biz Qarabağ bölgəsində cənnət
yaradacağıq və
sözümdə dururam”.
Yeni quruculuq modeli
Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. Bununla da, işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni quruculuq modelinin tətbiqinə başlanılıb.
Qarabağda ilk dəfə həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.
Hazırda Zəngilanda “Ağıllı kənd” layihəsi icra olunmaqdadır. Layihəyə əsasən kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evlərinin, sosial obyektlərin, inzibati və ictimai iaşə binalarının, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi nəzərdə tutulub. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.
“Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yüksəltməklə bərabər iqtisadi inkişaf üçün yeni yollar da təqdim edir. Bərpa olunan ərazilərdə belə texnologiyaların tətbiqi regionun inkişafını sürətləndirə və həmin regionu investorlar üçün maraqlı edə bilər. “Ağıllı şəhər” texnologiyaları böyük potensiala malik olan Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkanlara da yol açacaqdır.
“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılmasında, informasiya texnologiyalarının tətbiqi, həmçinin mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. İşğaldan azad olunmuş şəhər və kəndlərdə bu layihələrin tətbiqi regionun yenidən qurulmasını və inkişafını sürətləndirəcək.
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatdıqdan sonra yolların bərpası daha da sürətlənəcək. Bundan sonra yaşayış məntəqələri arasında gediş-gəliş və vacib təminatların çatdırılması asanlaşacaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə ailə-ev təsərrüfatlarının genişlənib inkişafına imkan yaradacaq.
Bir sözlə, “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi Qarabağ regionunun tərəqqəsində mühüm rol oynayacaq.
Ramilə QURBANLI,
Azərbaycan.-2021.- 21 avqust.- S.1;6.