“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1.Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044; 2013, ¹ 3, maddə 223, ¹ 5, maddə 485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə 676, ¹ 7, maddə 1289, ¹ 10, maddə 1776, ¹ 12 (I kitab), maddə 2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; 2019, ¹ 2, maddə 205, ¹ 3, maddə 380, ¹ 5, maddələr 805, 808, ¹ 8, maddələr 1374, 1382, ¹ 11, maddə 1691, ¹ 12, maddə 1891; 2020, ¹ 7, maddə 829, ¹ 12 (I kitab), maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 8-ci maddənin adındasağlamlıq imkanları məhdud uşağı olansözləriuşağının əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

 

  1.2. 8.2-ci maddədəSağlamlıq imkanları məhdudsözləriƏlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

 

 1.3. 11.1-ci maddənin ikinci cümləsindəƏlillik dərəcələri, əlilliyin,  o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğununsözləriOrqanizmin funksiyalarının pozulması faizi, əlilliyinsözləri ilə əvəz edilsin;

 

 1.4. 12.1-ci maddə üzrə:

 

1.4.1. birinci cümlədə “I dərəcə əlilliyi olansözləriorqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

 

1.4.2. ikinci cümlədə “II III dərəcə əlilliyi olansözləriOrqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

 

1.5. 12.2-ci maddədə, 13.3-1-ci 17.2-ci maddələrin birinci cümlələrində  I dərəcə əlilliyi olansözləriorqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

 

1.6. 14.1.1.2-ci maddədəsağlamlıq imkanlarının məhdudluğusözləriəlilliyisözü ilə əvəz edilsin;

 

1.7. 14.1.2-ci maddədə “I ya II dərəcə əlilliyi olansözləri  orqanizmin funksiyalarının 61-80 faiz ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

 

1.8. 20.1.1-ci, 20.1.3-cü, 20.1.4-cü, 20.1.5-1-ci, 20.1.6-cı, 20.1.7-ci,  20.1.9-cu, 20.1.14-cü, 20.1.16-cı, 20.1.18-ci, 20.1.20-ci, 20.3-cü 20.22-ci maddələrdə “I dərəcəsözləriorqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görəsözləri ilə əvəz edilsin;

 

1.9. 20.16.1-ci və 20.16.2-ci maddələrdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 

1.10. 21.2.4-cü maddədə “I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa” sözləri “orqanizmin funksiyalarının   81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri ilə əvəz edilsin;

 

1.11. 21.2.6-cı maddədə “I və II dərəcə əlilliyi olan” sözləri  orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

 

1.12. 36-cı maddə üzrə:

 

1.12.1. adında “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəz edilsin;

 

1.12.2. 36.1-ci maddədə “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə və “əlillik dərəcəsinin” sözləri “orqanizmin funksiyalarının pozulması faizinin” sözləri ilə əvəz edilsin;

 

1.13. 37.5-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın.

 

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

Azərbaycan.-2021.- 21 avqust.- S.2.