“Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7 (I kitab),
maddə 1386; 2019, ¹ 3, maddə
381, ¹ 5, maddə 797, ¹ 8, maddə
1382; 2020, ¹ 7, maddə 831, ¹ 11, maddə 1335; Azərbaycan Respublikasının 2021-ci il
4 may tarixli 312-VIQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1.
1.0.2-ci maddədən “, o cümlədən
sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşaq”
sözləri çıxarılsın;
1.1.2.
1.0.3-cü maddədən “, müyəssərliyə nail olmaq
üçün” sözləri
çıxarılsın;
1.1.3.
1.0.4-cü maddəyə “zəruri”
sözündən əvvəl
“hər bir konkret halda” sözləri əlavə
edilsin;
1.1.4.
1.0.11-ci maddədə “etdirməklə”
sözü “etdirmək,
habelə əlilliyi olan şəxsdə olmayan bacarıqların öyrədilməsi yolu ilə” sözləri ilə əvəz edilsin;
1.2.
3-cü maddə üzrə:
1.2.1. 3.1-ci
maddədə “əlilliyinin
səbəbi, dərəcəsi”
sözləri “orqanizminin
funksiyalarının pozulması
faizi, səbəbi” sözləri ilə və “orqanı” sözü “orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin, həmin maddənin ikinci cümləsi üçüncü cümlə
hesab edilsin və aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Şəxsin əlilliyinin
qiymətləndirilməsi, o cümlədən əlilliyin
təkrar qiymətləndirilməsi
onun tibbi-sosial ekspertiza müayinəsinə
göndərişi müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on)
iş günü müddətində, əlavə
araşdırma tələb
edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla
keçirilir.”;
1.2.2. 3.3
- 3.6-cı maddələrdə “orqanı” sözü “orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.3. 5-ci maddə üzrə:
1.3.1.
5.0.1-ci maddədə “sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqların”
sözləri “18 yaşınadək
əlilliyi müəyyən
edilmiş şəxslərin”
sözləri ilə əvəz edilsin;
1.3.2.
5.0.2-ci və 5.0.3-cü maddələrdə
“əlilliyinin növündən,
formasından və ağırlıq” sözləri
“orqanizmin funksiyalarının
pozulması faizindən,
əlilliyin növündən
və insanın həyat fəaliyyətinin
məhdudlaşma” sözləri
ilə əvəz edilsin;
1.4. 9.1-ci
maddədə “sağlamlıq
imkanlarının məhdudluğu”
sözləri “əlillik”
sözü ilə əvəz edilsin;
1.5.
11.4-cü maddənin birinci
və ikinci cümlələrində ismin
müvafiq hallarında
“sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlar” sözləri
ismin müvafiq hallarında “18 yaşınadək
əlilliyi müəyyən
edilmiş şəxslər”
sözləri ilə əvəz edilsin;
1.6.
13.1-ci maddədən “, onların
infrastrukturlardan sərbəst
istifadə etməsi üçün ağlabatan
uyğunlaşma” sözləri
çıxarılsın;
1.7. 15.1-ci və 15.2-ci maddələrdən
“ağlabatan” sözü
çıxarılsın;
1.8. 18-ci maddə üzrə:
1.8.1. adında “Sağlamlıq
imkanları məhdud uşaqların” sözləri
“18 yaşınadək əlilliyi
müəyyən edilmiş
şəxslərin” sözləri
ilə əvəz edilsin;
1.8.2.
18.1-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“18.1. 18 yaşınadək əlilliyi
müəyyən edilmiş
məktəbəqədər yaşda olan uşaqların
təlim və tərbiyəsi bu Qanunun 11-ci maddəsinə
əsasən təsdiq
edilmiş Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla
həyata keçirilir.”;
1.8.3. 18.2-ci maddədə “sağlamlıq imkanları məhdud uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin;
1.8.4. 18.3-cü maddədə “sağlamlıq imkanları məhdud uşaqları” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri” sözləri ilə əvəz edilsin;
1.9. 19-cu maddə üzrə:
1.9.1. adında “sağlamlıq imkanları məhdud uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin;
1.9.2. 19.1-ci maddədə “sağlamlıq imkanları məhdud uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə, “orqanı tərəfindən” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
1.9.3. 19.2-ci maddə ləğv edilsin;
1.10. 24.5-ci maddədə “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.11. 32.3-cü maddədə “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyun 2021-ci il
Azərbaycan.-2021.- 21 avqust.- S.3.