“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikası Qanununun 3.1-ci    maddəsinin   birinci,   ikinci      üçüncü   cümlələrində,   3.3-cü,

 

3.4-cü, 3.5-ci  (birinci halda), 3.6-cı 19.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Qanunun 3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü 3.6-cı maddələrindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

 

1.3. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində 3.5-ci (birinci halda) maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

 

1.4. həmin Qanunun 19.1-ci maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

 

1.5. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində 3.3-cü maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi nəzərdə tutulur;

 

1.6. həmin Qanunun 11.4-cü maddəsinin birinci ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək   Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi həyata keçirir.

 

2. Azərbaycan Respublikası PrezidentininƏlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1499, ¹ 11, maddə 2239; 2019, ¹ 7, maddə 1217; 2020, ¹ 7, maddə 861; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1358 nömrəli  Fərmanı)  aşağıdakı dəyişikliklər edilsin:

 

2.1.  2.1-ci bənddə “8.3-cü maddəsində (hər iki halda)” sözləri  “3.1-ci maddəsinin birinci,   ikinci       üçüncü   cümlələrində, 3.3-cü, 3.4-cü,   3.5-ci    (birinci halda),

 

3.6-cı, 8.3-cü maddəsində (hər iki halda), 19.1-ci” sözləri ilə əvəz edilsin;

 

2.2.  2.2-ci bənddən “3.1-ci maddəsinin ikinci cümləsində,”, “3.4-cü, 3.6-cı,” “19.2-ci,” sözləri çıxarılsın;

 

2.3.  2.2-1-ci bənddə “8.3-cü maddəsində birinci haldasözləri “3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü, 3.6-cı 8.3-cü (birinci halda) maddələrindəsözləri ilə əvəz edilsin;

 

2.4.  2.4-cü bənddən “3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda)” “11.4-cü maddəsinin birinci ikinci cümlələrində,” sözləri çıxarılsın;

 

 2.5.  aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

 

“2.4-1. həmin Qanunun 11.4-cü maddəsinin birinci ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi həyata keçirir;”;

 

2.6.  2.10-cu bənd ləğv edilsin;

 

2.7.  2.12-ci  bənddə  “20.3-cü maddəsində  sözləri   “3.1-ci  maddəsinin ikinci cümləsində, 3.5-ci  (birinci halda) 20.3-cü maddələrindəsözləri ilə əvəz edilsin;

 

2.8.  2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.13-cü və 2.14-cü bəndlər əlavə edilsin:

 

 “2.13. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial EkspertizaReabilitasiya Agentliyi nəzərdə tutulur;

 

 2.14. həmin Qanunun 19.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur.”.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. üç ay müddətində:

 

3.1.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası  Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;       

 

3.1.2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli  346-VIQD nömrəli  Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

4. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2021-ci il

Azərbaycan.-2021.- 21 avqust.- S.3.