Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikası Energetika Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və “Azərbaycan
Respublikasının Sənaye və Energetika
Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və
aparatın işçilərinin say həddinin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında” 2014-cü il 11 aprel
tarixli 149 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin
tabeliyində Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin
yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli
və “Elektrik və istilik
enerjisi, habelə qaz təchizatı
sahəsində nəzarətin həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli
204 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının
2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 aprel tarixli 149 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 4, maddə 365, ¹ 6, maddə
637; 2015, ¹ 3, maddə 272; 2018, ¹ 5, maddə 899; 2020, ¹ 9, maddə
1149; Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 22
iyun tarixli 1373 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika
Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
2.0.2-ci yarımbənddə “(texnoloji itkilərin və sərfin azaldılması, qənaətli
və daha çox fayda ilə istifadə)” sözləri “və enerji effektivliyi” sözləri ilə əvəz edilsin;
1.2.
3.0.5-ci yarımbənddə “Enerji resurslarından istifadə
haqqında” sözləri
“Enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi haqqında” sözləri ilə əvəz edilsin;
1.3.
3.0.10-cu yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“3.0.10. “Enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün
fiziki şəxslərə
ixtisas attestatı verir, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak
edir;”;
1.4. aşağıdakı məzmunda 3.0.10-1-ci yarımbənd
əlavə edilsin:
“3.0.10-1.
“Enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq enerji auditorlarının
və enerji auditi üzrə təşkilatların reyestrini
aparır və onların fəaliyyətinə
nəzarət edir;”;
1.5. 3.0.19
- 3.0.21-ci yarımbəndlər aşağıdakı
redaksiyada verilsin:
“3.0.19. “Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi sahəsində dövlət nəzarətini
həyata keçirir;
3.0.20. enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən
edir və bu sahədə müvafiq tədbirlərinin
həyata keçirilməsini
təmin edir;
3.0.21. enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün
təkliflər verir;”;
1.6.
4.0.8-ci yarımbəndə “istifadə” sözündən
sonra “və enerji effektivliyi” sözləri əlavə
edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 22
dekabr tarixli 1750 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 12 (I kitab), maddə 2318; 2018, ¹
5, maddə 956; 2020, ¹ 8, maddə
1041) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
2.2.3-cü yarımbəndə “istifadənin” sözündən
sonra “və enerji effektivliyinin” sözləri əlavə
edilsin;
2.2.
3.1.9-cu yarımbənddə “elektrik, istilik enerjisi və qaz” sözləri “enerji” sözü ilə əvəz edilsin;
2.3.
3.1.34-cü yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“3.1.34. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyi üzrə tədbirləri həyata keçirir;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1490; 2020, ¹ 7, maddə 896; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyul tarixli 1395 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.2-ci yarımbəndə “istifadəsinə” sözündən sonra “və enerji effektivliyinə” sözləri əlavə edilsin;
3.2. 2.1.4-cü yarımbənd ləğv edilsin;
3.3. 2.2-ci bənddə “Enerjiyə qənaət və enerji resurslarından səmərəli istifadəyə” sözləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinə” sözləri ilə əvəz edilsin;
3.4. 2.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.6-cı yarımbənd əlavə edilsin;
“2.2.6. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi.”.
4. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 avqust 2021-ci il
Azərbaycan.-2021.- 21 avqust.- S.4.