Azərbaycan
Respublikası Prezidentinin “Müharibə və
ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi
olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli,
“Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” 2011-ci il
16 fevral tarixli 386
nömrəli, “Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi
haqqında” 2012-ci il 8 may
tarixli 626 nömrəli, “Sosial
müavinətlərin məbləğinin
artırılması haqqında” 2013-cü il
29 avqust tarixli 973
nömrəli və “Dayanıqlı və Operativ
Sosial Təminat Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli
387 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 9, maddə 795; 2011, ¹ 12, maddə 1140; 2013, ¹ 8, maddə
895; 2014, ¹ 3, maddə 250; ¹ 1, maddə 68; 2018, ¹ 5, maddə
937; 2019, ¹ 4, maddə 639; 2020, ¹ 12 (I kitab), maddə 1492) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.1-ci bənddə “I
dərəcə
əlilliyi
olan” sözləri “orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
1.2. 1.2-ci bənddə
“II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının
61-80 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
1.3. 1.3-cü bənddə “III dərəcə
əlilliyi
olan” sözləri “orqanizmin funksiyalarının
31-60 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,
¹ 2, maddə 90, ¹
7, maddə 625, ¹ 11, maddə
996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə 1084; 2013, ¹ 2, maddə
124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə 789, ¹ 9, maddə
1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr 263, 264, ¹ 6, maddə
705, ¹ 8, maddə 908, ¹ 10, maddə
1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr
1051, 1072; ¹ 9, maddə
1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə 1245; 2019, ¹ 1, maddə
73, ¹ 2, maddə 245, ¹ 5, maddə
845, ¹ 6, maddə 1036, ¹ 7, maddə
1232, ¹ 8, maddə 1397, ¹ 11, maddə
1718, ¹ 12, maddə 1935; 2020, ¹ 3, maddə 247, ¹ 6, maddə
717, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 318) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 1.1-ci
bənddən, 2.1.3-cü, 3.1.49-cu (hər iki halda),
3.1.50-ci, 3.1.51-ci və 3.1.53-cü yarımbəndlərdən ismin
müvafiq hallarında
“, o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqlar”
sözləri çıxarılsın;
2.2. 3.1.22-ci yarımbənddə “dərəcəsini”
sözü “faizini” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 8
may tarixli 626 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 5, maddə
419; 2019, ¹ 5, maddə 847, ¹ 12, maddə 1936; 2020, ¹ 7, maddə
895, ¹ 8, maddə 1036; Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının
həyata keçirilməsinə
dövlət nəzarəti
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.3.8-ci yarımbənddən
“18 yaşınadək” sözləri
çıxarılsın;
3.2. 2.5.1-ci,
2.5.2-ci, 2.5.3-cü (hər iki halda), 2.5.4-cü, 2.5.5-ci,
2.5.6-cı və
2.6.3-cü yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək”
sözləri “18 yaşınadək
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin.
4. “Sosial müavinətlərin
məbləğinin artırılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 8, maddə
916; 2014, ¹ 3, maddə 251; 2016, ¹ 1, maddə 69; 2018, ¹ 7 (I kitab),
maddə 1454, ¹ 4, maddə
640; 2020, ¹ 11, maddə 1361) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 1.1.2-ci yarımbənd üzrə:
4.1.1. ikinci
abzasda “I dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
4.1.2. üçüncü abzasda “II dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz
pozulmasına görə
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
4.1.3. dördüncü
abzasda “III dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
4.2. 1.1.3-cü yarımbənd
üzrə:
4.2.1. ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
4.2.2. üçüncü abzasda “II dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
4.2.3. dördüncü
abzasda “III dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
4.3. 1.1.4-cü yarımbənd
üzrə:
4.3.1. ikinci abzasda “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
4.3.2. üçüncü abzasda “II dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
4.3.3. dördüncü abzasda “III dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
4.4. 1.1.5-ci yarımbənd ləğv
edilsin;
4.5. 1.1.12-ci yarımbənddə
(hər iki halda) “sağlamlıq imkanları
məhdud 18 yaşınadək”
sözləri “18 yaşınadək
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin.
5. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 387 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2544; 2019, ¹ 7, maddələr
1213, 1233, ¹ 12, maddə 1935;
2020, ¹ 8, maddə 1039; 2021, ¹ 5, maddə 435; Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 16 iyun tarixli 1364 nömrəli və 17 iyun tarixli 1368 nömrəli fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla
təsdiq edilmiş
“DOST” mərkəzlərində xidmət göstərilməsi
Qaydası”nın 3.3-cü bəndinin
birinci abzasından “,
o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqların
(bundan sonra - əlilliyi olan şəxs)” sözləri
çıxarılsın;
5.2. həmin Fərmanla
təsdiq edilmiş
“DOST” mərkəzlərində göstərilən xidmətlərin
siyahısı” üzrə:
5.2.1. 3-cü hissə üzrə:
1. adından “və
sağlamlıq imkanlarının
məhdudluğu” sözləri
çıxarılsın;
2.
3.1-ci bənddən “, o cümlədən 18 yaşınadək
uşaqların sağlamlıq
imkanlarının məhdudluğunun
müəyyən edilməsi”
sözləri çıxarılsın;
3.
3.4-cü bənddən “, o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqların”
sözləri çıxarılsın;
5.2.2. 5-ci hissə üzrə:
1. 5.1.1-ci
yarımbəndin 4-cü
abzasında
“sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
2. 5.2.2-ci yarımbəndin 4-1-ci abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin 5-ci abzası ləğv edilsin;
3. 8.2-ci bənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2.3. 10.1-ci bənddə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;
5.2.4. 7-ci hissə üzrə:
1. 7.9-cu və 7.11-ci bəndlərdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
2. 7.9-1-ci bənddə “I dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
3. 7.12-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2.5. 9.8-ci bənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 avqust 2021-ci il
Azərbaycan.-2021.- 21 avqust.- S.4.