Azərbaycan
Respublikası Prezidentinin “Rayon
(şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar
haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi
barədə” 2017-ci il 3 may
tarixli 1361 nömrəli və “Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd
hərbi dəniz bayraqları haqqında” 2018-ci il 4 oktyabr tarixli
283 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin Əsasnaməsinin
və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 23
aprel tarixli 1320 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388, ¹ 10, maddələr
1581, 1587, ¹ 11, maddələr 1700, 1710;
2020, ¹ 3, maddə 252, ¹ 5, maddələr
538, 564, ¹ 6, maddələr 710, 714, ¹ 7, maddələr 865, 880, ¹ 8, maddə
1032, ¹ 11, maddə 1345, ¹ 12 (I kitab), maddə 1484; 2021, ¹
1, maddə 33; Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati
xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
55-2.6-cı bəndə “Çevik
Hərəkət Qüvvələrinin
komandanı,” sözlərindən
sonra “Xüsusi Hava Əməliyyatları
Qüvvələrinin komandanı,”
sözləri əlavə
edilsin; 1.2. 63-cü hissəyə “Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən
sonra “Çevik Hərəkət Qüvvələrinin
Komandanı, Xüsusi
Hava Əməliyyatları
Qüvvələrinin Komandanı,”
sözləri əlavə
edilsin.
2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 1983; 2019, ¹ 7, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin
2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə:
2.2.1. aşağıdakı məzmunda 5.3-1-ci, 5.6-1-ci və 5.6-2-ci bəndlər əlavə edilsin:
“5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;
“5.6-1. Qubadlı Əlahiddə Sərhəd Diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;
5.6-2. Qazax Əlahiddə Sərhəd Diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”;”;
2.2.2. 4-1, 7-1 və 7-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).
İlham ƏLİYEV ,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 avqust 2021-ci il
Azərbaycan.-2021.- 22 avqust.- S.3.