Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Mülki müdafiəsi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
1992-ci il 31 iyul tarixli 93 nömrəli, “Azərbaycan
Respublikası vətəndaşlarının alternativ
xidmət (əmək mükəlləfiyyəti) keçməsi
qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli
94 nömrəli, “Dövlət qulluqçularına əmək
pensiyasının təyin edilməsi üçün
dövlət məvacibinin hesablanması Qaydaları”nın və
“Dövlət qulluqçularının əmək
pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il
7 fevral tarixli 194
nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı
adı verilmiş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” 2005-ci il 14
iyul tarixli 258 nömrəli,
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say
həddinin müəyyən edilməsi barədə”
2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”
2006-cı il 25 may tarixli 413 nömrəli, “Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamənin, Komitənin strukturunun təsdiq
edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi
barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli
fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 31
iyul tarixli 93 nömrəli Fərmanı
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 15, maddə 641; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 8, maddə
1037) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mülki
müdafiəsi haqqında
Əsasnamə”nin 16-cı hissəsinin
birinci cümləsində
“I və II dərəcə”
sözləri “orqanizmin
funksiyaları 61-100 faiz
pozulmuş” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 15, maddə 642; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
761; 2018,
¹ 3, maddə 412; 2020, ¹ 8, maddə
1037; Azərbaycan Respublikası
Prezidentinin 2021-ci 12 iyun
tarixli 1352 nömrəli
Fərmanı) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti)
keçməsi qaydası
haqqında Əsasnamə”nin
27-ci maddəsinin 1-ci hissəsinin
üçüncü abzasından
“I, II və ya III dərəcə” sözləri
çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 2, maddə 70;
¹ 11, maddə 1117; 2018, ¹ 2, maddə
187; 2020, ¹ 8, maddə 1038) ilə
təsdiq edilmiş “Dövlət qulluqçularının
əmək pensiyasının
yenidən hesablanması
Qaydaları”nın
6-cı hissəsində “I dərəcə
əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin.
4. “Azərbaycanın
Milli Qəhrəmanı
adı verilmiş şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 14
iyul tarixli 258 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 7, maddə 594; 2008, ¹ 5, maddə 373; 2013, ¹ 8, maddə
897; 2016, ¹ 10, maddə 1627; 2017, ¹ 5, maddə 770; 2018, ¹ 2, maddə
207; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 8, maddə 1037, ¹ 12 (I kitab), maddə 1487) 2.1-1-ci bəndində
“yaşına çatanadək
sağlamlıq imkanlarının
məhdudluğu müəyyən
olunmuş” sözləri
“yaşınadək əlilliyi
müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 392 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 4, maddə 324, ¹ 10, maddə
849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə 715, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 10, maddə
851; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 9, maddə 856; 2014, ¹ 4, maddə
362; 2017, ¹ 4, maddə 557, ¹ 5, maddə 813; 2018, ¹ 2, maddə
205; 2020, ¹ 8, maddə 1036) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
5.1.
8.18-ci bənddə “sağlamlıq
imkanları məhdud
18 yaşınadək” sözləri
“18 yaşınadək əlilliyi
müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
5.2. 8.26-cı bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; ¹ 7, maddə 612, ¹ 11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114, ¹ 6, maddə 651, ¹ 9, maddələr 1060, 1061; 2016, ¹ 3, maddə 436; 2017, ¹ 10, maddə 1781; 2018, ¹ 2, maddə 217, ¹ 5, maddə 932, ¹ 10, maddə 1990; 2019, ¹ 12, maddə 1953; 2020, ¹ 3, maddə 228, ¹ 6, maddə 690, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 327; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1355 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndindən “, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 670; 2007, ¹ 3, maddə 233, ¹ 5, maddə 455, ¹ 8, maddə 768, ¹ 11, maddələr 1094, 1105; 2008, ¹ 5, maddə 373, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2012, ¹ 5, maddə 420,
¹ 9, maddə 857; 2013, ¹ 10, maddə 1154, ¹ 11, maddə 1331; 2019, ¹ 7, maddə 1232, ¹ 12, maddə 1929; 2020, ¹ 8, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri
“18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
8. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,16
avqust 2021-ci il
Azərbaycan.-2021.- 22 avqust.- S.3.