Azərbaycan Respublikası PrezidentininPensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” 2012-ci il 29 dekabr tarixli 800 nömrəli, “Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2014-cü il 17 mart tarixli 128 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosialinternet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan  Respublikası Konstitusiyasının  109-cu  maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

  1. “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqındaAzərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 541; 2008, ¹ 7, maddə 612; 2018, ¹ 8, maddə 1692; 2020, ¹ 8, maddə 1038) adından 1-ci hissəsindən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunasözləri çıxarılsın.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1,  maddə  29,  ¹ 2,  maddə  117,  ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə 1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə  1936;  2020,  ¹ 1,  maddə 7;  2020,  ¹ 8,  maddə  1039;  2020, ¹ 10, maddə 1247; 2021, ¹ 1, maddələr 16, 36; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanı) ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

2.1.  3.12.3-cü, 3.12.4-cü 4.6.15-ci yarımbəndlərdən “18 yaşınadəksözləri çıxarılsın;

 

2.2.   4.6.8-ci, 4.6.9-cu (hər üç halda) 4.13.5-ci yarımbəndlərdən ismin müvafiq hallarında “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarsözləri çıxarılsın.

 

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə 254, ¹ 4, maddə 377; 2014, ¹ 2, maddə 117, ¹ 5,  maddə 486,  ¹ 9,  maddələr  1027, 1044,  1048;  2015,  ¹ 6,  maddə 708, ¹ 8, maddə 917, ¹ 10, maddə 1122; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 5, maddə 852, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464; 2017, ¹ 2, maddə 174, ¹ 4, maddə 564, ¹ 5, maddə 809, ¹ 8, maddələr 1521, 1531; 2018, ¹ 3, maddə 437, ¹ 6, maddə 1242, ¹ 10, maddə 2013, ¹ 11, maddə 2553; 2019, ¹ 1, maddə 61, ¹ 4, maddə 647; 2020, ¹ 8, maddələr 1039, 1044, 1047) ilə təsdiq edilmiş “ASAN xidmətmərkəzlərinin fəaliyyətinin təşkili xidmətlərin göstərilməsi Qaydaları”nın 4.5-ci bəndinin ikinci hissəsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarsözləri çıxarılsın.

 

4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1274; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 12 ( I kitab), maddə 1462) ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

4.1.  7.3-cü  bəndin doqquzuncu abzasında “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

 

4.2.  7.5-ci  bəndin üçüncü abzasında “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin.

 

5. “Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 3, maddə 249; 2016, ¹ 1, maddə 70; 2018, ¹ 4, maddə 669; 2019, ¹ 4, maddə 642; 2020, ¹ 8, maddə 1039, ¹ 12 (I kitab), maddə 1490) adında və 1-ci hissəsində “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz  pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu,  2019, ¹ 4, maddə 634; 2020, ¹ 4, maddə 417; 2021, ¹ 5, maddə 445; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.5-ci yarımbəndində “əlilliyin səbəbinin, dərəcəsinin” sözləriorqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin,” sözləri çıxarılsın.  

 

7. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2021-ci il

Azərbaycan.-2021.- 22 avqust.- S.3.