Azərbaycan
Respublikası Prezidentinin “Müharibə
veteranlarına Azərbaycan Respublikası Prezidentinin
təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu
il 15 aprel tarixli 641 nömrəli, “I dərəcə əlilliyi
olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” 2019-cu il 15
aprel tarixli 643 nömrəli,
“Daimi dövlət qulluğuna
qəbul edilən şəxslə bağlanılan əmək
müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi
haqqında” 2019-cu il 16 may
tarixli 690 nömrəli,
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli
1077 nömrəli, “Azərbaycan Respublikasının “Vətən
Müharibəsi Qəhrəmanı” adı verilmiş
şəxslərə Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli
və “Ümumi səbəblərdən I
dərəcə gözdən əlilliyi olan
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1232
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Müharibə veteranlarına
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə
641; Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 17
iyun tarixli 1368 nömrəli Fərmanı)
2.2-ci bəndində (hər
iki halda) “I dərəcə”
sözləri “orqanizmin
funksiyalarının 81-100 faiz
pozulmasına görə”
sözləri ilə əvəz edilsin.
2. “I dərəcə əlilliyi
olan şəxslərə
və ya sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara qulluq edən şəxslərə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə
643) adında, 1-ci hissəsində
və 2.1-ci bəndində
“I dərəcə əlilliyi
olan şəxslərə
və ya sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara” sözləri
“Orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına
görə və ya 18 yaşınadək əlilliyi müəyyən
edilmiş şəxslərə” sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 5, maddə 842; 2020, ¹ 12
(I kitab), maddə 1501) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan
əmək müqaviləsinin
nümunəsi”nin 4.4.3.3-cü yarımbəndində “sağlamlıq
imkanları məhdud”
sözləri “18 yaşınadək
əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 6, maddə
718; 2021, ¹ 5, maddə 446; Azərbaycan Respublikası Prezidentinin 2021-ci
il 12 iyun tarixli 1357 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.3-cü yarımbəndində “əlilliyinin dərəcəsini” sözləri “orqanizminin funksiyalarının pozulması faizini” sözləri ilə əvəz edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərdən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;
4.2.2. 3.1.7-ci yarımbənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin.
5.”Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 12 (I kitab), maddə 1488) 2.1.2-ci yarımbəndində “sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 12 (I kitab), maddə 1494) adında və 1-ci hissəsində “I dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
7. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 avqust 2021-ci il
Azərbaycan.-2021.- 22 avqust.- S.4.