Azərbaycanı öz yolundan heç bir qüvvə döndərə bilməz

 

Respublikamız milli maraqlarını bundan sonra da layiqincə təmin edəcək

 

 

 

Azərbaycanın Qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticələri vəziyyəti kökündən dəyişməklə yanaşı, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə dayandıra bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir.

 

 

 

Status heç vaxt olmayacaq

 

 

 

Müharibənin başa çatmasından sonra da Azərbaycana qarşı təzyiqlər oldu. Maskası tam cırılan Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmirdilər. Ermənistanın kapitulyasiyasından sonra bu ölkənin siyasi dairələrinin açıqlamaları, üçtərəfli bəyanata qarşı çıxmaları da bunu göstərdi. Ötən ilin noyabrında Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu isə bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu.

 

Təbii ki, Azərbaycana təsir etmək mümkün deyil. Fransa və digər ölkələrin siyasi dairələrinin bu kimi hay-küyləri qələbəmizə heç vaxt kölgə sala bilməzdi. Beləliklə, müharibədən sonrakı ötən aylarda da Azərbaycan bu kimi təzyiqləri qətiyyətlə dəf etdi. Artıq nə “Dağlıq Qarabağ problemi” deyilən bir anlayış var, nə də “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi. Keçmiş sovet dövlətinin 1923-cü ildə Azərbaycan ərazisində yaratdığı Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. O ki qaldı Ermənistanın hansısa statusla bağlı iddialarına, Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da, üçtərəfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində statusun yerini göstərmişdir: “Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Buoldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq.

 

oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status olmayacaq. qədər ki, mən Prezidentəm, olmayacaq”.

 

Bəli, o status oradadır Prezidentin dediyi kimi, orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə bağlı başqa fikir ola bilməz.

 

 

 

Bütün şərtləri Azərbaycan diktə edir

 

 

 

Son vaxtlarda Ermənistanın təəssübkeşlərinin yenidən vəziyyəti gərginləşdirmək cəhdləri, cəhənnəmə göndərilmiş status məsələsini qabartmaları hiss olunur. Həm bu bədnam xülyalarını Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirmək istəyirlər. Minsk qrupunun 1992-ci ildən 2020-ci ilə qədər olan fəaliyyəti bəllidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, üstəlik, elə Minsk qrupunun da təmsil olunduğu BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi barədə 4 dəfə qətnamə qəbul edib. Son onilliklərdə BMT qətnamələrinin icrasının dərhal yerinə yetirilməsi barədə müxtəlif nümunələr olsa da, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən qətnamələri icrasız qaldı danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupu bunu Ermənistandan heç vaxt tələb etmədi. ya Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa beynəlxalq təzyiq olmadı. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular.

 

Hələ ötən ilin dekabr ayında ATƏT-in Minsk qrupunun FransadanABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni güc yolu ilə həll etdiyiniMinsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

 

Beləliklə, bu dövrdə olduqca pis nümunə ortaya qoyan Minsk qrupundan bundan sonra nə isə gözləmək sadəlövhlükdür. Bu gün Ermənistanın məqsədi ATƏT-in Minsk qrupunu hansısa yolla proseslərə cəlb etməkdir. Amma Azərbaycan öz sözünü deyib. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel nitqində Dağlıq Qarabağ, statuss. bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırmadı. Bu göstərir ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşürregionla bağlı siyasətində reallığı nəzərə alır. Bu, Şarl Mişelin nitqində də aydın hiss olundu. “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdurŞarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim”, - deyə Prezident İlham Əliyev bildirib.

 

Prezident İlham Əliyev bir neçə gün əvvəl “CNN Türkteleviziya kanalına verdiyi müsahibəsində də müharibədən sonra bölgədəki vəziyyətlə bağlı vacib məsələlərə toxundumühüm mesajlar verdi. Dövlət başçısı 30 il ərzində torpaqlarımızın işğal altında olması, bu dövrdə Azərbaycana qarşı tətbiq edilən ikili standartlar, Azərbaycanın tarixi Zəfəri, Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı, rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətləri, Azərbaycan-Türkiyə münasibətləri və digər aktual məsələlər barədə dəyərli fikirlərini bildirdi, bir çox önəmli məsələlərə aydınlıq gətirdi. İlham Əliyev qalib Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi. Qeyd edək ki, bu müsahibənin də əvvəlkilər kimi istər 30 illik işğal dövrü, istər 44 günlük Vətən müharibəsi, istərsə də müharibə sonrasında yeni mərhələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyəti var. Bu həm də ermənipərəst dairələrin anti-Azərbaycan təbliğatının - qarayaxma kampaniyasının iflasa uğradılması üçün çox önəmlidir.

 

Bu gün Ermənistanın müdafiəsinə qalxan, erməni lobbisinin əlində alətə çevrilən dövlətlər və siyasi mərkəzlər yaxşı anlayırlar ki, status məsələsini ortaya atmaqla Azərbaycana təsir edə bilmələri qeyri-mümkündür. 30 ilə yaxın müddətdə ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyən, 44 günlük Vətən müharibəsində isə Ermənistan ordusunu darmadağın edib bu ölkəni məğlubiyyətə uğradan Azərbaycan bundan sonra da öz milli maraqlarını qətiyyətlə təmin edəcək. Ən mühümü isə odur ki, bu gün bütün şərtləri tamamilə Azərbaycan diktə edir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 22 avqust.- S.6.