Yolumuz abad, işimiz avand

 

Yeni avtomobil yollarının coğrafiyası genişlənməkdə davam edir

 

 

 

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda avtomobil yollarının tikintisi istiqamətində mühüm beynəlxalq və yerli əhəmiyyətli layihələr icra olunur.

 

Tarixi “İpək yolu” layihəsindən sonra ikinci beynəlxalq əhəmiyyətli “Şimal-Cənub” marşrutu üzrə yolun çəkilməsi davam edir, rayon və kəndlərarası avtomobil yolları əsaslı təmir olunaraq yenidən qurulur.

 

Məlumdur ki, avtomobil yolları mütəmadi olaraq texniki xidmət göstərilməsini tələb edir. Bunun üçünpaytaxtda və bölgələrdə yolların təmiri prosesi dayandırılmır.

 

Həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələri iki əsas mənbədən maliyyələşdirilir. Birincisi, avtomobil yollarının dünya standartlarına cavab verməsi üçün daxili investisiyalardan istifadə edilir, ikincisi, xarici sərmayələr cəlb olunur. Xarici bankların yol çəkilişinə sərmayə yatırması isə ölkəmizdəki münbit investisiya mühiti və dövlətimizə olan inamla bağlıdır.

 

Bəs faktlardeyir?

 

Bu günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) cari ilin 6 ayı üzrə gördüyü işlər barədə hesabatını açıqlamışdır.

 

Hesabatda bildirilir ki, göstərilən dövrdə AAYDA tərəfindən Bakıda ümumi uzunluğu 64,1 kilometr olan avtomobil yolları yenidən qurulmuş və təmir edilmişdir, həmçinin paytaxtın 12 rayonunda və qəsəbələrində tikinti-təmir işləri aparılmışdır. Bununla yanaşı, Qala-Pirallahı avtomobil yolunun üzərində yerüstü piyada keçidi tikilərək paytaxt sakinlərinin ixtiyarına verilmişdir. Həmin dövrdə paytaxtın Xətai rayonunda şəhər” layihəsi çərçivəsində yolların tikintisiNobel prospekti üzərində piyada keçidinin inşası da başa çatdırılmışdır. Eyni zamanda agentliyə ayrılmış dövlət vəsaiti hesabına 12 kəndarası avtomobil yolunun layihələndirilməsi, Şamaxı rayonunun daxili yollarının yenidən qurulması və təmiri işləri davam etdirilmişdir.

 

Birinci yarımillikdə Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində və Astaraçay üzərində körpülər salınmış, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsi yenidən qurulmuş, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində SamurXanoba keçid məntəqələri arasında 24,5 kilometrlik avtomobil yolunun inşası yekunlaşmışdır.

 

Hesabatda o da bildirilir ki, həmin dövrdə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının, Susay-Xınalıq, eləcə də Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yollarının tikintisi davam etmişdir.

 

2021-ci ilin 6 ayı ərzində həmçinin xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi və M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması layihələri üzrə işlər aparılmışdır. Asiya İnkişaf Bankı (AİB) ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilən “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax-Şəki hissəsinin tikintisi” və “R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin həcmi başa çatmışdır.

 

Söz düşmüşkən qeyd edək ki, hesabata görə, AİB-lə bağlanmış kredit sazişi çərçivəsində Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,68 kilometr uzunluğunda 10 kənd yolu yenidən qurulmuş, Yevlax və Şəki rayonlarında nəzərdə tutulan 18,94 kilometrlik kənd yollarında işlər yekunlaşmış, 42,74 kilometrlik digər yollarda yenidənqurma işlərinin icrası 85 faiz icra olunmuşdur.

 

Yolların kənarlarındakı yaşıllıq isə ətrafa xüsusi görkəm verir. Hazırda AAYDA-nın nəznindəki “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC 1600 kilometr magistral, 1824 kilometr respublika əhəmiyyətli, ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Bu yaşıllıqlarda isə 1,5 milyon, o cümlədən 1,3 milyon ədəd çoxillik ağac var. Həmin ərazilərdə təkcə cari ilin birinci yarısında 72 mindən çox, ümumilikdə 443,2 hektar ərazidə 265,8 min ədəd müxtəlif növ ağackol əkilmişdir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 24 avqust.-  S.1;4.