Ukraynanın Prezidenti
Zati-aliləri cənab Volodimir Zelenskiyə
Hörmətli cənab Prezident,
Dost
Ukraynanın müstəqilliyinin 30-cu ildönümü
münasibətilə Sizə və Sizin simanızda
bütün xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi və
xoş arzularımı çatdırıram.
Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Ukrayna xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 avqust 2021-ci il
Azərbaycan.-2021.- 24 avqust.- S.1.