Dağ Kəsəməndə
“Xarıbülbül” və “Şəhidlər” abidə kompleksinin açılışı olub
Ağstafanın ən böyük kəndlərindən olan Dağ Kəsəməndə şəhidlərin xatirəsinə “Xarıbülbül” abidəsi və “Şəhidlər” abidə kompleksi inşa edilib.
Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazi və Qarabağ müharibəsi veteranlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğıkeşliyindən danışmışlar.
Sonra
Kəsəmən kəndindən olan birinci Qarabağ və Vətən
müharibələri şəhidlərinin xatirə lövhələri
həkk olunmuş kompleksin və “Xarıbülbül” abidəsinin
üzərindən ağ örtük
götürülmüş, iştirakçılar abidə
önünə gül dəstələri düzmüşlər.
Sabir ƏLİYEV,
Azərbaycan.-2021.- 24 avqust.- S.4.