Müdafiə Nazirliyinin
nümayəndə heyəti “Beynəlxalq Ordu
Oyunları-2021” yarışlarının
açılış mərasimində iştirak
edib
Moskvada səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və onlara uğurlar arzulayıb.
“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərlərimizi əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.
Xatırladaq ki, Azərbaycan
hərbçiləri “Beynəlxalq Ordu
Oyunları - 2021” yarışları çərçivəsində
Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İranda “Dəniz
kuboku”, Qazaxıstanda “Artilleriya
atəşinin ustaları” müsabiqələrində iştirak edirlər.
Azərbaycan.-2021.- 25 avqust.- S.3.