Mənəviyyat ucalığında

 

 

Hər bir toplumu, kütləni xalqa, millətə çevirən onun parlaq, işıqlı zəka sahibləri, öndə gedən layiqli övladlarıdır. Bu sarıdan Azərbaycan xalqını bəxti gətirmişlərdən saymaq olar. Çünki Azərbaycanın hər bir dönəmində, hər bir tarixində, hər bir yüz illiyində onun neçə-neçə layiqli oğul və qızları, övladları bu xalqın yolunda özlərini şam kimi əridiblər, işıq, nur, mayak olublar, onu inkişafa, tərəqqiyə doğru aparıblar.

 

Azərbaycan xalqının belə layiqli övladlarından, parlaq zəka sahibi olan Vətən sevdalılarından biriBirinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanım həm əsl Azərbaycan qızı, həm əsl Azərbaycan xanımı, həm əsl Azərbaycan anası, həm əsl Azərbaycan ziyalısı, həm də əsl dövlət və siyasət adamıdır. Bütün bu yüksək və ali keyfiyyətlərin hamısı Mehriban xanımda var. Bütün bunları Mehriban xanım öz istedadı, öz bacarığı, öz titanikyorulmaz, Azərbaycan naminə fəaliyyəti ilə bir ömrə sığdıra, sığışdıra bilib.

 

Mehriban xanım, eyni zamanda, qalib Azərbaycanın qalib və Müzəffər Ali Baş Komandanı, Azərbaycanı son 18 ildə sözün həqiqi mənasında qələbələrdən qələbələrə, zəfərlərdən zəfərlərə aparan, Qarabağına, işğaldan azad olunmuş torpaqlarına qoşuvduran Lider-ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın, ən sadiq silahdaşıdır. Onlar çiyin-çiyinə addımlayır və hər addımları ilə də tarix, dastan yazır, Azərbaycanın imzasını imzalar içində tanıdırlar. Elə məhz bu səbəbdəndir ki, cəmi 4 il yarım öncə ölkə Prezidenti Birinci vitse-prezident vəzifəsinə Mehriban xanım Əliyevanı təyin etdibu, adi, sıradan, təsadüfi təyinat deyildi, həm də ona güvən, etimadetibar idi.

 

Ölkə Prezidenti bilirdi və əmin idi ki, bütün sahələrdə, məsələlərdə, üzərinə, çiyinlərinə düşən ağır və məsuliyyətli işlərdə hər zaman etimadı doğruldan Mehriban xanım bu vəzifənin də öhdəsindən layiqincə gələcək, ona olan etimadı doğruldacaq. Son 4 il yarımda Mehriban xanımın parlaq fəaliyyəti deyilənlərin əyani sübutu və təsdiqidir.

 

Hər bir məsələdə, hər bir vəzifədə olduğu kimi, bu ali dövləti vəzifəsində də Mehriban xanım hər zaman Azərbaycan insanının, Azərbaycan vətəndaşının yanında olubbu gün də yanındadır. Xüsusilə, son bir il yarım ərzində dünyanı başına almış koronavirus adlı bəlanın Azərbaycana, xalqımıza təsirlərinin önlənməsində, o cümlədən 44 günlük tarixi Vətən müharibəsi günlərində və ondan sonra Qarabağımızda, işğaldan azad olunmuş yurd yerlərimizdə başlanan dirçəliş, “Böyük qayıdış” hərəkatında Mehriban xanımın rolu, fəaliyyəti misilsiz və ölcüyəgəlməzdir.

 

Mehriban xanım koronavirus pandemiyası “çağırılmamış üzlü qonaqkimi ölkəmizə ayaq açan gündən dəfələrlə Azərbaycan xalqına müraciət etdi, hər kəsi elliklə bu bəlaya qarşı mübarizədə birgə, həmrəy olmağa səslədi, öz addımları, davranışları ilə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni hər addımında gözləməklə örnək oldu.

 

Hər zaman şəhid ailələrinə və qazilərə həssas münasibətilə seçilən, fərqlənən Mehriban xanım Vətən müharibəsi günlərində Vətənin, Qarabağın azad olunması yolunda sağlamlıqlarını itirmiş qazilərlə bir araya gəldi, onlara bir ana, bacı şəfqəti göstərdi.

 

Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi çoxdan özünü dünyanın mərhəmət, şəfqət simvolu olaraq təsdiq etmişdir. Təşəbbüsçüsü, icraçısı, dəstəkçisi olduğu sosial-humanitar layihələrlə Mehriban xanım nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda - qayğıya, mərhəmətə, şəfqətə, dayağa, köməyə ehtiyacı olanların ürəklərini fəth etmiş, onların qəlblərində özünə taxt ucaltmışdır. Bu, hər birimizin qüruru, hər birimizin iftixar hissidir. Qürur duyur, iftixar hissi keçiririk ki, dünyada mərhəmət və şəfqət simvoluna çevrilmiş Mehriban xanım məhz Azərbaycanın, Azərbaycan xalqının övladıdır.

 

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına - “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.

 

Xarici ölkələrin ali dövlət mükafatları sırasında isə xüsusi olaraq bunları qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, “Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqaordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellencexüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı.

 

Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, Bolqarıstanın Müqəddəs KirilMefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.

 

Bütün bunlar Mehriban xanımın uğuru olmaqla, həm də Azərbaycan adına qazanılan yüksək nailiyyətlər, təltiflərdir.

 

Mehriban xanım haqqında saatlarla danışmaq, bəhs etmək olar, ancaq atalar məsəlimizdə də deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?! Hər şey göz önündədir. Mehriban xanımın fəaliyyətinin baş xəttini insanlıq və Azərbaycan insanı təşkil edir.

 

 

 

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, biologiya elmləri doktoru, professor

Azərbaycan.-2021.- 26 avqust.-  S.3.