Etimad
ünvanı, inam mənbəyi
“Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO və
ICESCO-nun xoşməramlı səfiri... Amma onun bütün bunlardan başqa və böyük bir missiyası da var - ana
olmaq. Ona görə də
onun haqqında yazıya öz fikirləri ilə başladıq.
Qadın, ilk növbədə, anadır, həyat yoldaşıdır, sonra övlad və onların ardınca bütün ictimai, siyasi, humanist missiyalar sıralanır. Qalır
bunların öhdəsindən
necə gəlmək...
Haqqında söhbət açdığımız
xanım bütün bunların öhdəsindən
layiqincə gəlməklə
kifayətlənmir, fəaliyyəti
bunlarla da bitmir. Hər qarşıdan gələn
zaman onun çiyinlərinə başqa
bir məsuliyyət qoyur. Daha doğrusu, o bu
məsuliyyəti üzərinə
götürür. Bəli, məsuliyyəti
öz işinlə, əməlinlə şəxsiyyətinlə
qazanırsan. Qazanırsan ki,
dövlət, xalq yolunda daha böyük
işlər görəsən.
bu məsuliyyəti
qazanan Mehriban xanım Əliyevadan danışırıq...
Sülh
elçisi
Həyat yoluna nəzər saldıqca görürsən
ki, Mehriban xanımın həyata keçirdiyi bütün layihələr, gördüyü
işlər onun genetik kodundan və düşdüyü
ailənin mühitindən
gəlir. Səhiyyə, təhsil, mədəniyyət,
ədəbiyyat sahəsində,
xeyriyyəçilik işləri
və nəhayət, dövlətçilik siyasəti dediklərimizə
misaldır.
İnsan müəyyən bir yaşdan sonra sosial münasibətlər
sisteminə daxil olur və üzərinə
böyük bir ictimai məsuliyyət götürür. Bu, insan
olmağın məsuliyyəti
onun çiyinlərinə
daha çox kamillik dönəmində
düşür. Təbii ki,
hamının daşıya
biləcəyi yük
deyil, seçilmiş
bəndələrə şamil
olunur. Bəlkə də, cəmiyyət
özü öz içindən bu adamları seçir.
Həmin
adamların həyatının
mənası dünyanın
qaranlıqlarına bir
zərrə də olsa işıq bəxş etməkdir, zülmətləri yarmaqdır.
İnsan
amilini ucaltdıqca ucaldan belə şəxsiyyətlər zamanla
özləri ucalığın
zirvəsinə yüksəlir.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun rəhbəri, UNESCO və
ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva həmin ucalıqdadır.
İki beynəlxalq
təşkilatın sülhməramlı
səfiri titulunu şərəflə daşıyır. Gördüyü
işlərlə bu ali statusa
layiq olduğunu sübuta yetirən şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyeva dünyanın sülh elçisidir.
Mehriban xanım
Əliyeva xeyirxah əməllər üçün
yaranıb. Sadəlik, səmimiyyət, xeyirxahlıq, köməyə
ehtiyacı olan insanlara yardım göstərmək, dünyanı
yaxşılıqla xilas
etmək istəyi onun xarakterik cizgiləridir. Xalqımıza xas olan bütün
mənəvi keyfiyyətləri
özündə daşıyır.
Xeyirxahlıq, humanizm kimi
xüsusiyyətlər Azərbaycan
xalqına məxsus keyfiyyətlərdir. Bu xüsusiyyətləri özündə
daşımaqla, Mehriban
xanım həm də Azərbaycanı dünyaya tanıdır.
Sərhədlərimizdən çox-çox kənarlarda onun gördüyü xeyirxah işlərin timsalında
Azərbaycanın adı
hallanır. Bu da vətənimizə böyük rəğbət
və sevgi qazandırır.
Başqalarına təmənnasız kömək,
insanlara sevgi, şəfqət göstərmək
xalqımızın ruhundadır. Mehriban xanım
da milli ruhun təmsilçisidir.
O bu işləri fədakarlıqla yerinə
yetirir.
Yaxın
silahdaş
2005, 2010 və 2015-ci illərdə
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilən
Mehriban xanım Əliyevanın deputatlıq
fəaliyyəti isə
parlament tariximizin uğurlu səhifələrindəndir. Onun millət
vəkili kimi gördüyü işlər
hələ də nümunə göstərilir.
Seçicilərə diqqət və
qayğısı, təmsil
etdiyi ərazilərin
sosial problemlərinin həlli yönündə
gördüyü misilsiz
işlərlə əsl
millət vəkilliyinin
nümunəsini yaradan
Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim
etdiyi layihələrlə
qanunvericiliyimizin təkmilləşməsinə
böyük töhfələr
verib.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın xalqa göstərdiyi xidmət missiyası Azərbaycan qadınının cəmiyyətdəki
rolunun ən real təcəssümüdür.
Mehriban xanım
cəmiyyətdəki sosial
problemləri öz problemi hesab edir. Onların həlli yollarını
axtarır, tapır və aradan qaldırır. Prezidentin
bu yönümdə verdiyi
göstərişlərin yerinə
yetirilməsinə yardımçı
olur, qayğıya ehtiyacı olan insanları xüsusi nəzarətdə saxlayır.
Onun fiziki qüsurlu insanlara, şəhid və qazi ailələrinə,
kimsəsiz qocalara və uşaq evində böyüyənlərə
diqqət və qayğısının hər
biri ayrı mövzunun söhbətidir.
Bir yazıya sığmaz.
Təhsillə bağlı gördüyü
işlər, rəhbərlıiyi
və göstərişi
ilə həyata keçirilən layihələrin
uğurlu nəticələri
onu sübut edir ki, insanlara
ən böyük kömək onlara savad vermək, hansısa sənət öyrətmək, əldə
etdikləri müasir bilik və bacarıqlarla əmək
bazarının bir hissəsinə çevrilmələrinə
istiqamət göstərməkdir.
Mehriban xanım
Əliyeva deyəndə
onun ilk yada düşən işlərindən
biri də milli-mənəvi dəyərlərimizin
qorunmasına və dünyada təbliğinə
verdiyi töhfədir. Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun rəhbəri kimi gördüyü dəyərli
işlər Azərbaycan
mədəniyyətini, tarixini,
ədəbiyyatını dünyada
tanıdır, Azərbaycan
xarakterini göstərir.
Mehriban xanım Azərbaycan muğamına sahib çıxaraq onun dünyanın musiqi xəzinəsində misilsiz inci kimi parlamasına nail oldu. Bakının mərkəzində “Beynəlxalq Muğam Mərkəzi” kimi mədəniyyət məbədi yaratdı. “Qarabağ xanəndələri” musiqi albomu, hər il Bakıda keçirilən beynəlxalq caz festivalları, Qəbələ Musiqi Festivalı və digər mədəniyyət hadisələri ilə tariximizdə yeni səhifələr açdı.
Mehriban Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunması uzun zaman deyil, amma bu zaman ərzində gördüyü işlər çox böyükdür.
2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili, müxtəlif ölkələrin və təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması və sadalamaqla bitməyən digər mühüm işlər bu müddətdə Mehriban Əliyevanın fəaliyyətində prioritet təşkil edib.
44 günlük müharibə zamanı Mehriban xanım Əliyevanın xalqla bir olması, şəhid anaları ilə görüşləri, şəhidləri öz övladı adlandırması, yaralılara baş çəkməsi, sosial şəbəkələrdəki fəaliyyəti onu xalqa daha da sevdirdi, daha çox “Bizim Mehriban” etdi.
Xüsusi həssas əhali qruplarından olan hər kəsin güvənc yeridir Mehriban xanım. İnsanlar ona inanır, ümidlə ünvanına üz tuturlar. Bilirlər ki, Mehriban xanımın qayğıkeş münasibətindən kənarda qalmayacaqlar və qayğı ilə əhatə olunacaqlar. El arasında “Mehribana yaz” deyilən ikicə kəlmə çox çarəsizin son çarəsi olub.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana - yeni məktəb”, “Təhsilə dəstək” kimi layihələr sayəsində respublikamızın bütün bölgələrində yeni məktəblər inşa olunur, təmir edilir, müasir avadanlıqlarla təchiz edilir. Hər yeni tədris ilində Heydər Əliyev Fondu aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatları hədiyyə edir. O, bunu da qazanıb, çox yaxşı müəllimdir. Onun bütün ölkəboyu tikdirdiyi məktəblər evlərdə, ailələrdə, düşüncələrdə maarif işığını artırır.
Mehriban xanımın təşəbbüsü ilə inşa olunmuş səhiyyə müəssisələri minlərlə insana həyat bəxş edib.
Məhz Mehriban xanımın sayəsində Azərbaycanda Avropa səviyyəli Talassemiya, Daun, Psixonevroloji Uşaq mərkəzləri və bu qəbildən olan digər əhəmiyyətli tibb ocaqları istifadəyə verilib. O ən şəfalı həkimdir.
Göründüyü kimi, həyatımızın bütün sahələrində Mehriban xanım Əliyevanın əməli işi var, altında da imzası - “Sizin Mehriban”.
Ramilə QURBANLI,
Azərbaycan.-2021.- 26 avqust.- S.12.