Üzeyir bəy
Hacıbəylinin iki əsəri
haqqında
“Ər və arvad”
Şərqin ilk operettası olan “Ər və arvad” əsəri 1909-cu ildə Üzeyir Hacıbəylinin yaradıcılığında say etibarı ilə “Leyli və Məcnun” və “Şeyx Sənan” operalarından sonra üçüncü yeri tutur. “Bakı” (rus dilində) qəzetinin1910-cu il 9 aprel tarixli nömrəsində belə bir xəbər çap edilmişdir: “ “Leyli və Məcnun” və “Şeyx Sənan” ilk müsəlman operalarının müəllifi Üzeyir Hacıbəyov müsəlman səhnəsi üçün “Ər və arvad” adlı yeni operetta yazmışdır. Operetta baxılmaq üçün “Nicat” cəmiyyətinin teatr-ədəbiyyat komissiyasına təqdim edilmişdir”. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Musiqili komediyada Minnətin məsləhətçisinə və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. Operettanın ilk tamaşası 110 il bundan əvvəl - 1910-cu il mayın 24-də Bakıda, Nikitin qardaşlarının teatr-sirkinin səhnəsində göstərilmişdir.
Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, tamaşanın baş rejissoru Hüseyn Ərəblinski olmuşdur. Üzeyir Hacıbəyov isə dirijor idi. “Ər və arvad” operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev və başqaları çıxış etmişlər.
“Şah Abbas və Xurşid Banu”
Üzeyir bəy Hacıbəyli dördüncü muğam
operası olan “Şah Abbas və Xurşid Banu”əsərini 1911-ci ildə
yazmışdır. Operanın
mətni 1912-ci il fevral ayının əvvəllərində
Bakıda Orucov qardaşlarının mətbəəsində
çap edilmişdir.
Əsəri səhnədə
göstərmək üçün
icazə Qafqaz canişini dəftərxanası
tərəfindən 1912-ci il martın 5-də verilmişdir. Librettosu Ü.Hacıbəylinindir. Azərbaycan xalq
nağılının motivləri
əsasında yazılmış
əsər 4 pərdəli,
6 şəkillidir.
Opera ilk dəfə 1912-ci il martın 10-da (23-də)
Nikitin qardaşlarının
sirkində tamaşaya
qoyulmuşdur. C.Cabbarlı
adına teatr muzeyində saxlanılan tamaşa proqramları əsasında
müəyyən edilmişdir
ki, opera 1912-ci il oktyabrın 26-da və noyabrın 16-da Tağıyev
Teatrı səhnəsində
də göstərilmişdir.
Tamaşanın rejissoru H. Ərəblinski,
dirijoru M. Maqomayev idi. Rollarda H. Sarabski (Şah
Abbas), Ə. Ağdamski
(Xurşid Banu), H. Terequlov (Məstavər) və başqaları çıxış etmişlər.
Rza Darablı “Şah Abbas və Xurşid
Banu” operasında aşpaz Məstavər rolunu ifa etmişdir.
Opera Azərbaycan səhnəsində 30-cu illərədək
tamaşaya qoyulmuşdur.
Əvvəlki operalarından fərqli olaraq xoşbəxt sonluqla bitən bu əsərin qəhrəmanı mənsəbpərəst
və şöhrətpərəst
şaha qalib gəlmiş sadə odunçu qızıdır. Əsərdə ülvi məhəbbət
zəfər çalır.
Hacıbəylinin əvvəlki əsərlərindəki
kimi, burada da muğamlardan geniş istifadə olunur. Lakin əsərdə müəllif materialı xeyli artırılmışdır
ki, bu da
onun yaradıcılıq
inkişafına dəlalət
edir. Ü. Hacıbəyli
qəhrəmanların fərdi
xüsusiyyətlərini əks
etdirən musiqi yarada bilmişdir. Operada ən böyük uğur Şah Abbasın partiyasıdır.
Muğam
operalarında ilk dəfə
olaraq ənənəvi-klassik
tipli ariya səslənmişdir (birinci
pərdədə).
Lakin bununla belə bu ariyada milli
lad-intonasiyası da aydın hiss olunur. Ariya dramaturji cəhətdən
də çox maraqlıdır. Burada Şah
Abbas obrazı hərtərəfli təsvir
olunur, onun həm xəyalpərəst,
şairanə, dərin
hisslərlə yaşayan
bir şəxs, həm də hökmran, qətiyyətli
bir şah olması açıqlanır.
Ariyanın iki planlı
məzmunu bir tərəfdən-lirik, yumşaq,
digər tərəfdən
isə-marşabənzər ruhda olub, Heyratı
zərbi muğamını
xatırladır. Operada Xurşid
Banunun birinci pərdədəki ariyası,
Məstavərin partiyası
da müəllif musiqisi ilə ifadə olunur. Ü.Hacıbəylı üçün ənənəvi olan musiqi tərzi və yeni musiqi
ifadələri bəstəkarın
əvvəllər istifadə
etdiyi musiqi vasitələrini xeyli genişləndirmiş, operanın
böyük müvəffəqiyyətinə
səbəb olmuşdu.
Azərbaycan.-2021.-
26 avqust.- S.14.