Peyvənd hələlik yeganə çıxış yoludur

 

 

 

Dünyanı bürüyən COVID-19 adlı təhlükə səngimək bilmir, əksinə, yeni mutasiyalarla ortaya çıxır, insanları təhdid altında saxlayır.

Koronavirus əslində dünya tibb aləminə uzun illərdir tanış olan virus növüdür. Sadəcə genetik dəyişikliklərə məruz qalan yeni tip COVID-19-la  təbabət lazımi, qədər tanış deyil. Hələ ki, tibb elmi bu virusa qarşı tam effektiv müalicəni tapa bilməyib.

Virusun ortaya çıxdığı müddət ərzində artıq 3-cü, hətta bəzi ölkələrdə 4-cü dalğa başlayıb. Azərbaycanda isə 3-cü dalğanın yayıldığı elan olunub. Avqustun əvvəlində yoluxma sayı 3 rəqəmli idisə, ayın sonlarına yaxın artıq 4 rəqəmlə hesablanır. Bu tip virus xəstəliklərinə yoluxan adam ilk  iki, bəzən üç həftəni çox ağır keçirir.

Hələ ki, getdikcə daha çox aqressivləşən bir virusla qarşı-qarşıyayıq. “Delta” ştammı cəmiyyətə və ayrı-ayrı şəxslərə vurduğu zədə ilə özündən əvvəlki viruslardan ağır olmasa da, sürətli yoluxduruculuğuna görə onlardan fərqlənir.  Yoluxduruculuq miqdarı ötən illə müqayisədə dəfələrlə yüksəkdir. Keçən il yay aylarında 500 nəfər yoluxma olurdusa, indi o rəqəm 4 minə yüksəlib.  Amma ötən illə müqayisədə bu il reanimasiyaya düşən xəstələr arasında  sağalanlar  daha çoxdur.

Statistika ötən il süni nəfəs aparatına qoşulan xəstələrdən ölənlərin sayının yüksək olduğunu göstərirdi. Bu il isə aparata qoşulanlar azlıq təşkil edir, əksəriyyət sağalır.  Bu onu göstərir ki, dünya tibbi artıq bu virusla mübarizənin yolunda xeyli irəliləyiş əldə edib.

 

Bir çox ölkələrin təcrübəsi göstərir ki, yoluxma sayı çox olanda səhiyyə  büdrəməyə başlayır, yəni xəstə sayı ilə xəstəxana, tibb personalı və lazımi preparatların sayı bərabər olmayanda vəziyyət ağırlaşır.

 

Azərbaycan dövləti bu yönümdə xeyli qabaqlayıcı tədbirlər görüb. Xarici mütəxəssislər ölkəmizə dəvət edilib, yeni tipli xəstəxanalar istifadəyə verilib, dərman ləvazimatları alınıb. Ortaq mübadilələr olur. Bununla belə, yoluxma miqdarı artan rəqəmlərlə müşahidə olunur.

 

Yeganə üstünlük ondadır ki, ötən yay və payız aylarında peyvəndlənmə yox idi. Bu il peyvənd olunanların sayı artan rəqəmlə gedir. Bu da optimist olmağa əsas verir. Peyvəndlənmənin üstünlükləri çoxdur. Əvvəla, peyvənd olunan insanların çox cüzi hissəsi yoluxur, onların çox az qismi reanimasiyaya düşür peyvənd olunanlar arasında ölüm sayı demək olar ki, sıfır səviyyəsindədir. Yəni koronavirusa yoluxmanın artdığı bu günlərdə əlimizdə olan yeganə silah peyvənddir. qədər çox insan peyvənd olunarsa, o qədər bu virusdan itki az olar.

 

Dünya səhiyyəsi çox çətin sınaqdan keçir. Hər bir dövlət bu dalğadan ən az itki ilə çıxmağın yollarını axtarır. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda peyvəndləməyə üç ay tez start verilib. Bu gün onun  nəticələri göz qabağındadır. Azərbaycanda yoluxma itki sayı qonşu ölkələrdə olduğundan daha azdır.

 

Bütün dünya miqyasında bu gün virusla mübarizənin yeganə effektiv yolu peyvənd olunmaqdır. Əvvəl iki doza peyvənd nəzərdə tutulurdusa, indi üçüncü doza haqqında söhbətlər gedir.

 

Üçüncü doza bu mübarizədə nəyi vəd edir? Hələ koronavirusdan əvvəl tarixboyu qrip viruslarından qorunmaq üçün peyvəndlər olub. Hər il o viruslara yoluxmamaq onlardan qorunmaq üçün əhali peyvəndlənib. Xüsusən risk qrupuna daxil olan insanlara hər payız mövsümü bu peyvəndlər vurulub. Hər il peyvəndlər yeni mutasiyalara görə yenilənib. Bu gün düçar olduğumuz yeni mutasiyaların da peyvəndləri yenilənir.

 

Yeni doza peyvənd insanlarda çaşqınlıq yaratmamalıdır, çünki bu profilaktikadır. Bu, hər yeni dalğadan qorunmaq ona qarşı immunsistemi möhkəmləndirmək üçün məsləhət görülür. Üçüncü doza ondan əvvəlki peyvəndlərin effektsiz olması demək deyil.

 

qədər ki, virus təhlükəsi var, o qədər ondan qoruyan peyvənd olacaq. Artıq Amerikada, İsraildə, hətta yaxın Türkiyədə üçüncü doza peyvənd vurulmağa başlayıb. Azərbaycanda da buna qədər tez başlanılsa, o qədər tez virusun yayılmasının qarşısı alınar. O peyvənd təhlükədən sovuşmağa kömək edə bilər.

 

Daha bir məsələyə toxunmaq yerinə düşər.  COVID-19-la mübarizədə lazımsız dərmanların istifadəsi ağır nəticələrə gətirib çıxarır. Həkimlər virusla mübarizədə, xüsusən xəstəliyin ilk günlərindən antibiotiklər hormonal dərmanların istifadəsini düzgün hesab etmirlər. Yalnız ağrıları yüngülləşdirən orqanizmi möhkəmləndirən vitaminlərdən istifadə etmək lazımdır. Xəstəlik dönəmində orqanizmin möhkəmlənməsinə yardım etmək üçün bol maye qəbul edib, yaxşı qidalanmaq məsləhətdir.

 

 

 

Ramilə QURBANLI,

Azərbaycan.-2021.- 28 avqust.- S.1;4.