Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Şuşada
“Qarabağ” hotelinin
açılışında iştirak
ediblər
Avqustun
29-da Azərbaycanın mədəniyyət paytaxtı
Şuşa şəhərində yenidənqurma işləri
yekunlaşan “Qarabağ” hotelinin açılışı
olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
açılışda iştirak ediblər.
Qeyd
edək ki, 1980-ci ildə inşa edilən hotelin binası
1992-ci ilin mayında Şuşa şəhərinin
işğalı nəticəsində öz fəaliyyətini
dayandırıb və baxımsızlıqdan tamamilə
yararsız vəziyyətə düşüb. Şuşa
şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın
işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident
İlham Əliyevin
tapşırığına əsasən, hoteldə təmir-bərpa
və yenidənqurma işləri həyata keçirilməyə
başlandı. Müasir səviyyəyə
çatdırılan hoteldə Şuşa
şəhərinə səfər edəcək qonaqların
rahatlığı üçün hər
cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada
restoran və bar
qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlərin və tədbirlərin
keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil
dayanacağı da inşa
edilib. Hotelə yaxın olan
parkın ərazisi abadlaşdırılıb, fəvvarələr
qurulub və park işğaldan əvvəlki görkəminə
qaytarılıb.
Azərbaycan.-2021.- 31 avqust.- S.2.