Qırğız
Respublikasının Prezidenti Zati-aliləri
cənab Sadır Japarova
Hörmətli Sadır Nurqojoeviç,
Qardaş
Qırğız Respublikasının müstəqilliyinin 30-cu
ildönümü münasibətilə Sizi və
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edir, ən
xoş arzularımı yetirirəm.
Ortaq
tarixi köklərə və milli-mənəvi dəyərlərə
bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli
və çoxtərəfli qaydada əməkdaşlığımızın
bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm
ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan
dövlətlərarası münasibətlərimiz bundan sonra
da qarşılıqlı hörmət və etimad ruhunda
inkişaf edərək birgə fəaliyyətimiz
üçün möhkəm zəmin olacaqdır.
Belə
bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik
edir, qardaş Qırğız Respublikasına daim
firavanlıq və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 avqust
2021-ci il
Azərbaycan.-2021.- 31 avqust.- S.8.