Şəhid mayor
Rüfət Əsgərovun doğum
günündə xatirəsi anılıb
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn mayor Rüfət Əsgərovun doğum günündə xatirəsi yad olunub.
Anım
mərasimində şəhidin
ailəsi, dostları, döyüşçü və hərbçi
yoldaşları, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları,
Xətai Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Müdafiə
Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim
iştirakçıları II Fəxri xiyabanda dəfn olunan
igidimizin qəbrini ziyarət edib, məzarı üzərinə
gül dəstələri qoyublar.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən anım mərasimində şəhid zabitin şərəfli həyat yolundan, onun torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşməsindən, cəsarət və qorxmazlığından, Vətəninə, torpağına, elinə-obasına bağlılığından danışılıb. Çıxış edənlər Rüfət Əsgərov kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağını və onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu xüsusi vurğulayıblar.
Sonda şəhidin həyat
yoluna dair videoçarx nümayiş
olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri
təqdim edilib.
Azərbaycan.-2021.- 31 avqust.- S.10.