Prezident İlham Əliyev Avropa
İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsini
qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edildi.
Söhbət zamanı, həmçinin bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparıldı.
Toivo Klaar helikopter qəzası
nəticəsində hərbi qulluqçuların həlak
olması ilə bağlı dövlətimizin
başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına
görə təşəkkür etdi.
Azərbaycan.-
2021.-2 dekabr.- S.1.