Nobel mükafatı laureatı Əziz Səncər alimlərlə görüşüb

 

Dekabrın 1-də dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC-in iqtisadi forumunda gənc alimlərlə təcrübəsini bölüşən professor Əziz Səncər elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib.

 Alim uşaqlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlarabunu et, onu et”, deyilməməlidir”.

Böyük maraqla qarşılanan çıxışdan sonra Əziz Səncər iştirakçıların suallarını cavablandırıb.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlarmövzusuna həsr olunan panel çıxışları ilə davam edib.

 

Azərbaycan.- 2021.-2 dekabr.- S.5.