Azərbaycan özünün qlobal su problemini həll edir

 

Bu prosesdə işğaldan azad edilmiş su ehtiyatlarımızın rolu böyükdür

 

Azərbaycan dünyanın su ehtiyatları məhdud olan ölkələri sırasındadır. Onun su ilə təminatını ödəyən mənbələrin 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Yeraltı su mənbələrinin miqdarı isə 5,2 milyard kubmetrdir. Beləliklə, ölkə üzrə illik su çatışmazlığının səviyyəsi 4,5-5 milyard kubmetr səviyyəsində dəyişir.

Prezident İlham Əliyev ölkənin içməli suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm işlər gördü. Bu istiqamətdə icra olunan layihələrin sayəsində suya olan tələbatın ödənilməsində dönüş yarandı. Xüsusilə Şəmkirçay, Tovuzçay Taxtakörpü su anbarlarının istismara verilməsi nəticəsində minlərlə hektar sahəyə suvarma suyu vermək mümkün oldu. Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının artmasında bu su anbarlarının rolu böyükdür. Bununla yanaşı, yeraltı sulardan da geniş şəkildə istifadə edilməsi üçün ölkənin bütün regionlarında subartezian quyuları qazılır. Bu da içməli suvarma suyuna olan tələbatın müəyyən qədərini ödəyir. Beləliklə, icra olunan layihələr sayəsində ölkədə su çatışmazlığının səviyyəsi xeyli aşağı düşüb.

Azərbaycanda su çatışmazlığının bir səbəbi bol sulu çayların, eləcə Suqovuşan Sərsəngçay su anbarlarının uzun müddət işğal olunmuş ərazilərdə qalmasıdır. Ermənilər suya tələbat olan zaman suyu kəsirdilər. Payız-qış aylarında su anbarlarından normadan artıq su buraxaraq daşqınların əmələ gəlməsinə rəvac verirdilər. Nəticədə bu bölgədə yerləşən əkin sahələrinə ciddi ziyan dəyirdi.

Qarabağ bölgəsinin su potensialından səmərəli istifadə etmək məqsədilə dövlət proqramı hazırlanıb. Proqramın icrası uzun illər ermənilər tərəfindən suterror”una məruz qalan torpaqların suvarılmasının səmərəliyinin artırılması məqsədini daşıyır. Bunun üçün, ilk növbədə, bölgədəki mövcud meliorasiya su təsərrüfatlarının bərpasını həyata keçirmək lazımdır. Odur ki, proqram çərçivəsində işğaldan azad edilən çayların üzərində 11 hidroqurğunun tikilməsi nəzərdə tutulub.

Hazırda işğaldan azad edilmiş ərazilərin su təminatının bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.Ot Kökləri İnsan Təhlükəsizliyiüzrə Qrant Yardımı Proqramı çərçivəsində Sahibkarlığa Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün artezian quyusu qazılaraq transformator, “tap-stand”, 5 supaylama nöqtəsi su çəni inşa edilib. Yeni istifadəyə verilən quyudan kəndin 1600 sakini yararlana biləcək. Bundan əlavə, Meliorasiya Su Təsərrüfatı ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılması, eləcə 75 min nəfər əhalinin içməli təsərrüfat suyuna olan tələbatının ödənilməsi üçün işlərə başlayıb. Artıq 28 min 249 hektar sahə subartezian quyuları, 7151 hektar sahə isə öz axını nasos stansiyaları ilə suvarılır. Məlumat üçün bildirək ki, idarənin balansında 986 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Bu imkanlar hesabına əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün istismarı dayanmış suyu azalmış subartezian quyuları bərpa edilir, Prezidentin sərəncamlarına əsasən, yeni quyular qazılır. Təkcə 5 ildə rayonda 207 subartezian quyusu qazılıb istehlakçıların istifadəsinə verilib.

Rayondakı subartezian quyularının, nasosların hidroqurğuların təmiri diqqət mərkəzində saxlanılır, eyni zamanda kanallar ilboyu lildən təmizlənir. Məsələn, cari ilin ötən dövrü suvarma kanallarında 256 min kubmetr lildən təmizləmə işləri görülüb, 42 hidrotexniki qurğu, 480 nasos, 3 nasos stansiyasında təmir işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində əkinlərin suvarma suyu ilə təminatında heç bir çətinlik yaranmayıb.

Ağdamın işğaldan azad edilən ərazilərində su təsərrüfatı obyektlərinin bərpasına başlanılıb. Yeri gəlmişkən qeyd edək ki, rayonun işğaldan azad edilmiş ərazilərində 327 subartezian quyusu, Xaçınçay Ağdamkənd su anbarları, 396 kilometr magistral kanallar, 427 hidrotexniki qurğu, həmçinin arxlar, kiçik su tutarları var. Artıq Xaçınçay su anbarı üzrə smeta-layihə işləri yekunlaşır. Su anbarının qarşısındakı 14 kilometr suvarma kanalı da minalardan təmizlənib. Üstəlik, bir subartezian quyusu bərpa edilib ki, onun da vasitəsilə 35 hektar ərazi suvarma suyu ilə təmin olunacaq.

Qarabağ bölgəsində su təminatı sahəsində xüsusi rolu olan Suqovuşan bəndində təmir işlərinə başlanılıb. Birinci mərhələdə Suqovuşan bəndinin mexaniki avadanlıqları, suburaxıcı qurğuları, seqment qapıları, eləcə 5,2 kilometr uzunluğunda magistral kanal təmir olunacaq. İkinci mərhələdə uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil, üçüncü mərhələdə isə uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil kanalları təmir bərpa ediləcək. Təmir işlərinin birinci mərhələsi bu ilin sonunadək başa çatdırılacaq. İkinci mərhələnin bu il başlanması gələn il yekunlaşdırılması nəzərdə tutulur. Üçüncü mərhələ üzrə işlər aparılır. Təmir-bərpa işləri nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq.

Qeyd edək ki, 1976-cı ildə istismara verilmiş Suqovuşan su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan sular hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulmuşdu. Lakin 30 il əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlərə səbəb olmuşdu. Suqovuşanın işğaldan azad edilməsi ərazidə ekoloji tarazlığın bərpası ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan ərazilərə suyun verilməsinə, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaratmışdır.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra içməli su təchizatı sistemlərinin operativ şəkildə bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər anbarlarda zəruri işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığındanAzərsu” ASC-nin mütəxəssisləri tərəfindən mənbələrə baxış keçirilib bulaqlardan yaşayış məntəqələrinə suyun verilməsi qərara alınıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan obyektlərə ümumilikdə 13 kilometr uzunluğunda müxtəlif diametrli su xətləri çəkilib ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Laçın rayonu ilə yanaşı, Şuşa Kəlbəcər şəhərlərində, Hadrut, Talış Suqovuşan qəsəbələrində fasiləsiz xidmət təşkil olunub.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2021.- 2 dekabr.- S.6.