Pandemiyazaman bitəcək?

 

Ekspertlər bəşəri bəlaya son qoymağın yeganə yolunun hələ ki, yalnız peyvənddən keçdiyini söyləyirlər

 

2019-cu ilin əvvəlindən həyatımıza daxil olan COVID-19 pandemiyasının bitəcəyi ilə bağlı ara-sıra xoş xəbərlər yayılsa da, virusun yeni-yeni ştamlarının ortaya çıxması bunun gerçək olmasına imkan vermir. Elə buna görədir ki, “pandemiyazaman bitəcək?” sualına verilən cavab bu gün hər kəsi maraqlandıran ən vacib məsələlərdəndir. Konkret tarixlərin açıqlanmaması bu qlobal problemin hələ bir müddət davam edəcəyini söyləməyə əsas verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus pandemiyanın bitməsinə hələ çox vaxtın qaldığını deyib. O, pandemiyanın bitmə tarixinin insanların davranışından asılı olması qənaətindədir: “Dünya virusla vidalaşmağı seçəndə pandemiya bitəcək. Bu, bizim əlimizdədir. Həftə ərzində dünya üzrə təxminən 50 min doza vaksin vurulur, bu isə pandemiyanın bitməsi üçün kifayət deyil”.

 

Hamı peyvənd olunmadıqca virusun yeni növləri ortaya çıxacaq

 

Gebreyesus bir çox yerdə vaksinləşdirmə səviyyəsinin iki faizdən az olduğunu, dünya ölkələrinin yalnız 2/3 hissəsində əhalinin əksəriyyətinə vaksinin vurulduğunu nəzərə çatdırıb. ÜST-ün məqsədi isə bu ilin sonuna qədər bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin, gələn ilin ortasına qədər isə 70 faizinin peyvəndlənməsinə nail olunmasıdır.

Amerikalı epidemioloq Larry Brilliant da bədbin proqnozlar verib. HələOmikronştamına yoluxmanın baş verməməsindən əvvəl açıqlama verən tanınmış epidemioloq pandemiyaya son qoymağın yeganə yolunun peyvənddən keçdiyini deyib. O, əlavə edib ki, dünyada 200-dən çox ölkədə hamı peyvənd olunmadıqca virusun yeni növləri meydana çıxacaq.

Pandemiya tarixçisi, Rutgers Universiteti Cənubi Karolina Universitetinin professoru Nukhet Asset COVID-19 pandemiyasının qədər davam edəcəyinin ya vaxt nəzarət altına alına biləcəyinin hələ bilinmədiyini söyləyib: “Yaşadığımız bu prosesdə dövlətlər öz risk qiymətləndirmələrini edir buna uyğun olaraq qorunma siyasətləri həyata keçirirlər. Hər bir dövlət öz sərhədləri daxilində virusla mübarizə aparsa da, bu səylər uzunmüddətli perspektivdə qlobal böhranı dayandırmaq üçün kifayət etməyəcək. Biz hamımızı narahat edən qlobal təhlükədən danışırıq. O zaman yadda saxlamaq lazımdır ki, bu, yalnız milli dövlətlərin səyləri ilə həll edilə bilən bir problem deyil. Qlobal miqyasda olan problem  beynəlxalq səy, həmrəylik əməkdaşlıq tələb edir. Pandemiyanın ilk bir neçə ayında belə addımlar atılsa da, son dövrlərdə virusun yayılmasına nəzarət edə bilməyən ölkələr bu cür böyük miqyaslı səyləri puç etdi”.

 

İnsanların 74 faizi pandemiyanın gələn il davam edəcəyini güman edir

 

Nukhet Asset pandemiyanın artıq gündəlik həyatımıza təsir etdiyini açıqlayıb. Öz fikrini əsaslandırmaq üçün misallar göstərən alim deyib ki, artıq ABŞ-da böyük şəhərlərdən immiqrasiya başlayıb. Yaz aylarında karantin günlərində evlərində qalmaq məcburiyyətində olan ailələr daha rahat hərəkət edə biləcəkləri şəhərətrafı qəsəbələrə köçürlər. Evdən işləmək üçün rəqəmsal kommunikasiya texnologiyalarından istifadə nəticəsində  artıq distant dünyanın bir çox sektorunda tətbiq olunur: “Əslində, bu üsullarının pandemiyadan sonra da davam edəcəyini söyləmək olar. Təhsil sahəsində oxşar dəyişiklik olub görünür ki, distant təhsil getdikcə daha fəal istiqamətlərdən biri olacaq. Pandemiya gündəlik həyatımızın bir çox sahələrinə təsir edərək , sosiallaşma, səyahət istehlak vərdişlərimizi dəyişib”.

Türkiyənin tanınmış professoru Osman Müftioğlu isə beynəlxalq araşdırma şirkəti olan IPSOS tərəfindən dərc edilmiş son məlumatlara əsaslanaraq insanların artıq pandemiyanın ən təhlükəli mərhələlərindən birinə - “Qəbul fazası”na keçdiyini söyləyib. Bu araşdırmada iştirak edən insanların 74 faizi pandemiyanın 2022-ci ildə davam edəcəyini artıq qəbul edib.

O.Müftioğlu əlavə edib ki, hər 4 nəfərdən 3-ü COVID-19 pandemiyasının 2022-ci ildə davam edəcəyini düşünür. Daha əhəmiyyətlisi odur ki, hər 3 nəfərdən 2-si ömürlərinin qalan hissəsində başqa epidemiyalarla qarşılaşacağını güman edir: “Bir sözlə, vəziyyət geniş ictimaiyyət üçün çox ciddi anlam kəsb edən bir məqama gəlib çatdığımızı göstərir.

IPSOS deyir ki, fərdlərin yarısı digər insanlarınsosial uzaqlaşmaqaydasına əməl etmədiyini söyləyir. Digər tərəfdən, 26 faiz bu qaydaya nadir hallarda əməl etdiyini bildirir. Cəmiyyətin 100-də 46-sı “maska taxırsan?” sualına yaheç vaxt”, ya da “nadir hallardacavabını verir. O ki qaldı pandemiya ilə mübarizənin gedişatına, burada da az qalaqarpız kimi ortadan parçalanmaqvəziyyəti var. Cəmiyyətin 33 faiziişlər yaxşı gedir, mübarizədə uğur qazanırıq”, 48 faizipis gedir, mübarizə uğursuz oluranlayışı ilə yaşayır. Eyni araşdırmada insanların 74 faizi pandemiyanın 2022-ci ildə davam edəcəyini artıq qəbul edib. Bu, son deyil! Daha pisi var. Cəmiyyətin 66 faizi COVID-19 pandemiyasının ardınca digər pandemiyaların olacağına inanır. Hər 10 nəfərdən 7-si həyatlarının bu pandemiyaya görə monotonlaşdığını  açıqlayıb. Cəmiyyətin 62 faizi pandemiyaya görəsosial çevrəsini itirdiyini” hiss edir”.

 

Pandemiya depressiyası yaranıb

 

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı hesab edir ki, COVID-19 pandemiyası ortaya çıxdığı gündən bəri yayıldığı bütün ölkələrdə insanların sağlamlığını təhdid etməklə yanaşı, insanlığı bir növ məcburi sosial təcrid prosesinə sövq edib. Bununla da tənhalığın, xüsusilə tənhalıq hissinin artmasına səbəb olub.

Sosioloqun sözlərinə görə, insanlarda tənhalıq hissinin artması pandemiyadan əvvəl müşahidə olunurdu. Lakin pandemiya dövründə tətbiq olunan sərt karantin tədbirləri tənhalıqla bağlı yeni vəziyyət problemlər meydana gətirib. Pandemiya böhranının bu qədər qorxulu olmasının səbəblərindən biri insanların karantində qalması hissindən savayı, evlərinin divarları arasında sıxışıb qalmasıdır. Evdə tək qalmaq ya tək ölmək qorxusu insanlarda travmatik təsirlər yaradaraq dərin bir pandemiya depressiyasına səbəb olub. Bu faktı dünyanın müxtəlif ölkələrində aparılan sosial tədqiqatlar da sübut edir.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 2 dekabr.- S.7.