UCALAN VƏ UCALDAN RƏHBƏR
Əgər cənab İlham Əliyev təkcə işğaldakı torpaqları qaytararaq ölkəmizin ərazi bütövlüyünü bərpa etsəydi, bu, onun Azərbaycantarixinin ənşərəflisəhifəsində əbədiolaraqözünə ənyüksəkyertutmasına bəsedərdi!
AmmatarixininənqüdrətliAzərbaycanını yaradanPrezidentİlhamƏliyevinbuşanlı qələbəyədəketdiklərinində sayı-hesabı yoxdur!
Azərbaycanxalqı həmdə belə birrəhbəriolduğunagörə şərəfvə qürurduymağa, daimonunlafəxretməyə haqlıdır!
Cənab İlham Əliyev hansı işə qol qoyubsa, hansı müşkül məsələnin həlli ilə məşğul olubsa, həmişə onu uğurla, qələbə ilə başa çatdırıb!
Ruhdan düşmək, yarı yolda dayanmaq, geriyə çəkilmək İlham Əliyevin xarakterinə ziddir!
Nə zəhmətdən yorular, nə inadından dönər, nə də həqiqət saydığı yoldan qayıdar!
Əsl qladiator, cəngavər kimi sonadək döyüşər, məqsədinə çatmayanadək rahatlıq və dinclik tapmaz!
İşıqlı zəkası, poladtək möhkəm iradəsi, özünəməxsus fəhmi və uzaqgörənliyi, xarizması və sözübütövlüyü qələbəsini təmin edən ilahi keyfiyyətləridir!
İlham Əliyev Heydər Əliyev məktəbində əyani “təhsil alan”, daim onun yanında olaraq ondan öyrənən, özü də məktəb yaradan yeganə şəxsiyyətdir.
Ən nəhayət, Ulu Tanrı daim onunladır, ona kömək edir, arxa durur, qoruyub saxlayır!
ZAMANINDA VƏ DÜZGÜN ATILAN ADDIMLAR
Deyirlər, ən dəqiq hesablamalar riyaziyyatçılara məxsusdur!
Yəqin ki!
Riyazi hesablamalar adətən kağız üzərində, indiki zamanda isə kompüterlərdə aparılır.
Nədənsə ən dəqiq hesablamaların nəhəng siyasətçilərə məxsus olduğu qənaətindəyəm!
Çünki onlar öz hesablamalarını zəkalarında, həm də zaman üzərində, zamanı və dövrü nəzərə almaqla edirlər!
Hesablamaların dəqiqliyi isə hadisələr başa çatdıqdan sonra görünür, atılan addımların uğuru, görülən işlərin nəticəsi ilə öz təsdiqini tapır!
Riyazi hesablamaların səhvi özünü eksperimentin uğursuzluğunda, nisbətən kiçikhəcmli məsələlərdə büruzə verir.
Siyasətçinin səhvi isə zamanın gedişində təkcə geriləmə ilə deyil, həm də böyükhəcmli iqtisadi ziyanla, bəzən çoxsaylı insan tələfatı ilə sonuclana bilir!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər müharibəsini hazırlaması, hərbi əməliyyatların gedişatı, yekunu və nəticələrinin uğuru isə, şübhəsiz, XXI əsrin ən mükəmməl hərbi-siyasi gedişlərinin hesablanma nümunəsi sayıla bilər!
Bunu təkcə II Qarabağ müharibəsinin möhtəşəm yekunu deyil, həm də onun dərslərindən öyrənənlərin sayı və sanbalı da təsdiq edir!
Cənab İlham Əliyev öz hesablamalarını çox sadə, eyni zamanda hamının başa düşəcəyi şəkildə belə ifadə edir:
“Nəyi nə vaxt və necə etmək!”
Əslində, bu sadə formulun arxasında böyük intellekt, zəngin təcrübə, hadisələrin mahiyyətinə varıb onlardan düzgün nəticə çıxarma, üstəgəl, əlverişli məqamı gözləmə və vaxt seçmək məharəti də dayanır!
Bəli, zamanında atılan addımların qalibiyyətinə Ulu Tanrı özü də kömək edirdi!
Üstəlik, 44 günlük Zəfər savaşında sanki İlham Əliyevin yanında duraraq əlini onun kürəyinə qoymuşdu!
Eyni zamanda seçilən “hərbi məqam”ın “yetişdirilməsində” də Müzəffər Ali Baş Komandan ilə birlikdə idi.
BAXIN:
* Dünyanın başı COVID-19 adlı bir bəla ilə mübarizəyə qarışmışdı...
* Bütün dövlətlər qapılarını bağlamış, özünə qapılmış, mühüm tədbirlər, konfranslar, iclaslar, görüşlər, qərar qəbul edən təşkilatların fəaliyyəti dayandırılmış və ya onlayn formaya keçirilmişdi...
* Ermənilərin dostları və himayədarları, erməni diaspor və lobbiləri bir növ iflic vəziyyətinə düşmüşdü...
* İşğalçının əsas himayədarlarından olan Fransa sarıjiletlilərin ardıcıl etiraz aksiyaları nəticəsində başını itirərək öz hayında idi...
* Erməni lobbisinin güc sahibi olduğu ABŞ növbəti prezident seçkilərindən sonra Kapitoliyaya hücumun və bu məkanda insan tələfatı ilə bağlı tarixinin böyük qalmaqalını yaşayırdı...
* Rusiya yeni sanksiyalardan boğulurdu...
* Bütün bu qarmaqarışıqlıqdan istifadəyə çalışan Paşinyan Ermənistanı isə “yeni müharibə və yeni ərazilər” xülyası ilə dayanmadan atəşkəsi pozur, Tovuz bölgəsindən hücuma keçərək ixrac boru kəmərlərini ələ keçirmək istəyirdi...
İlham Əliyev hazırlığı, qətiyyəti, iradəsi və uzaqgörənliyi ilə bu mürəkkəb situasiyanı Azərbaycanın xeyrinə məharətlə çevirməyi bacardı!
Əks-hücumda yaxalanan mənfur düşmən bədnam əməllərinin bədəlini ödəməli oldu!
XALQ ÖZ RƏHBƏRİNİ BELƏ TANIYIR
Allah-təala İlham Əliyevdən heç nəyi əsirgəməyib!
* Dahi şəxsiyyətin ailəsində dünyaya göz açıb.
* Dünyanın ən həlim, mehriban, fədakar anasının qucağında böyüyüb.
* Mükəmməl təhsil alıb, bir neçə dili ana dili qədər dərindən bilir.
* Böyük xarizma sahibidir.
* Dərin ağıla və zəkaya malikdir.
* Əsl Azərbaycan kişilərinə xas boy-buxunu, yaraşığı var.
* Özünə əsl Azərbaycan xanımını ömür-gün yoldaşı seçməklə eyni zamanda dost və sirdaş da qazanıb.
* Həddindən
çox ciddidir, nadir hallarda gülür.
*
Böyük fiziki gücə, yüksək enerjiyə,
yorulmadan işləmək qabiliyyətinə malikdir.
* Qeyri-adi
nitq sahibidir: istənilən mövzuda saatlarla, heç bir qeydə
baxmadan zəruri və unikal misalları gətirməklə
sinədəftər, dəmir məntiqə söykənən
çıxışlar edə bilir.
*
Müdrikdir, uzaqgörəndir, unikal yaddaş sahibidir, tərəf-müqabilini
istənilən anda mat qoyan faktlar, arqumentlər səsləndirməyi
bacarır.
* Hirslənəndə
qəzəbini boğub gizlətməyi, qeyri-adi gedişlərlə
tərəf-müqabilindən ustalıqla “qisas” almağı
bacarır.
* Məqsədə
çatmaq yolunda illərlə, inadla çalışmaq,
qeyri-adi, dəqiqliklə hesablanmış addımlar atmaq
ustasıdır.
*
Böyük ürək, geniş qəlb, yüksək səxavət
sahibidir.
*Dövlətin
və xalqın maraqlarını daim uca tutar, bu məsələdə
heç zaman, heç kəsə güzəştə getməz.
* Şəhid analarını, körpə
balalarını öpüb bağrına basanda gözlərinin
yaşardığını dəfələrlə
görmüşük.
*Dəmir
yumruğunu düşmənə silkələyərək
başını əzdiyinin şahidinə
çevrilmişik.
* İndiki çağında 20 kiloluq qantelləri
oynatmağını heyrətlə izləmişik.
* “Nooldu, Paşinyan!” söyləyərək ürəklə
gülməsindən ürəkdən zövq
almışıq.
Budur Azərbaycan
xalqının sevdiyi İlham Əliyev!
Budur
Qarabağın xilaskarı İlham Əliyev!
Budur
dünyanın sayılıb seçilən rəhbərlərindən
biri olan Azərbaycan Prezidenti cənab İlham Əliyev!
İLHAM ƏLİYEV
AZƏRBAYCANIN RADİKAL
MÜXALİFƏTİNİN SATQIN VƏ
XƏYANƏTKAR MAHİYYƏTİNİ DƏ
İFŞA ETDİ
Birinci Qarabağ müharibəsi dövründə
yaşayanlar Şuşanın, Laçın və Kəlbəcərin
düşmənə verilməsində, Xocalının
müdafiəsiz qoyularaq soyqırımına
uğradılmasında, Ağdamın süqutunda
AXC-Müsavat cütlüyünün xəyanətkar əməllərini
yaxşı xatırlayırlar.
Ə.Vəzirovun xain hərəkətlərindən,
A.Mütəllibovun qorxaqlığından və qətiyyətsizliyindən
istifadə edən cəbhəçilər piket, tətil və
mitinqlər yolu ilə ölkəni idarəolunmaz vəziyyətə
gətirdilər, sonra parlamentdə çevriliş törədərək
zor gücünə hakimiyyəti ələ aldılar.
AXC-Müsavat cütlüyünün təyin etdiyi
müdafiə naziri Rəhim Qazıyevin xəyanətkar
olması məhkəmə qaydasında sübuta
yetirilmişdir. Onun Şuşada özünə qarşı
qurdurduğu “sui-qəsd” oyunu, əslində, şəhərin
müdafiəsinin pozulmasına, bu müdafiə sahəsində
mühüm işlər görən vətənpərvər
və nüfuzlu insanların cismən məhv edilərək
qala şəhərin asan yolla, döyüşsüz
düşmənə verilməsinə xidmət edirdi.
Laçının
müdafiəsiz qoyulması, hətta düşmən
hücumunun qarşısını almalı olan zirehli texnika və
canlı qüvvənin Bakıya gətirilərək parlament
çevrilişinə cəlb edilməsi dövlətə və
xalqa qarşı xəyanətin bariz nümunəsidir!
AXC-Müsavat cütlüyü nəinki Kəlbəcərin
müdafiəsini təşkil etmədi, heç dinc əhalinin
sağ-salamat qırğından çıxarılmasına
belə yardım göstərmədi.
Sonra məcburən ev-eşiyini tərk edənlərin qəzəbindən
qorxaraq onların Bakıya buraxılmasını da qadağan
etdi.
Bu səriştəsizlər, xəyanətkarlar iqtidarda
olduqları müddətdə kolxoz və sovxozların
mal-qarasını, fabrik və zavodların anbarlarındakı
məhsulları (o dövrdə özəlləşdirmə
aparılmamışdı), şərab emalı müəssisələrinin
çaxır və konyaklarını satıb ciblərini
doldurmaqla, rüşvətxorluq və korrupsiya ilə məşğul
idilər.
1993-cü
ildə AXC-Müsavat cütlüyünün “fəaliyyətlərinə”
ictimai baxışa çevrilən məşhur “may
müşavirəsi”ndə Ə.Elçibəy, Əli Kərimli,
hüquq-mühafizə orqanlarına və gömrüyə rəhbərlik
edənlər öz biabırçı əməllərini
konkret faktlarla özləri ifşa etməklə xalqa
çatdırdılar.
Prezident
İlham Əliyev də ölkəyə rəhbərliyi
dövründə radikal müxalifətin satqın əməllərini
dəfələrlə ifşa edib, onların antimilli hərəkətlərinin
əsl qiymətini dəqiqliklə açıb göstərib:
“O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü
idi. AXC-Müsavat hakimiyyəti dünya
miqyasında bəlkə də ən biabırçı
hakimiyyətlərdən biri idi, bəlkə də birincisi
idi. Ölkə əldən gedirdi, ölkədə
vətəndaş qarşıdurması pik həddə
çatmışdı, torpaqlar işğal altına
düşürdü, ancaq onlar yalnız öz mənafeyini,
öz maraqlarını düşünürdülər.
Hakimiyyətə gəlmiş antimilli
ünsürlər Azərbaycanı demək olar ki,
bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan
təcrid etdilər və həm xarici, həm daxili siyasətdə
kobud səhvlər buraxdılar və cinayətlər törətdilər”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı və Ordusu erməni faşizminə
qarşı müharibəyə qalxanda ölkədə fəaliyyət
göstərən bütün müxalifət partiyaları
birgə bəyanat imzalayaraq dövlətin yanında
olduqlarını, bu mübarizəyə dəstək verdiklərini
bildirdilər.
Radikal müxalifət bu sınaqlı günlərdə
də xalqın maraqlarından uzaqda qaldığını,
yalnız şəxsi mənafe güddüyünü göstərərək
düşmənə qarşı birləşənlərin
sırasına qoşulmadı.
Bununla
özləri özlərini bir daha ifşa etdilər!
İlham
Əliyev bütün imkan və qüvvələri səfərbərliyə
alaraq Azərbaycan xalqının ən ülvi, hətta əlçatmaz
görünən arzusunu şərəf və fədakarlıqla
yerinə yetirdi!
Kimin kim olduğunu əyani şəkildə
nümayiş etdirdi!
Eyni
zamanda torpaqları özləri erməniyə verərək
onu geri qaytara bilməməkdə iqtidarı
günahlandırmağa cəhd edən antimilli qüvvələri,
“5-ci kolon” üzvlərini əliyalın qoyaraq rəzil duruma
saldı!
“Dəmir
yumruğ”u ilə düşmənin belini qıran Müzəffər
Ali Baş Komandan İlham Əliyev AXC-Müsavat
cütlüyünün xəyanəti nəticəsində
işğalda olan torpaqları azad etdi!
“DƏMİR YUMRUĞ”UN QÜDRƏTİ
Otuz il Qarabağ torpaqlarını işğalda
saxlayan mənfur düşmən 44 gündə yerlə-yeksan
edildi!
Quduran, Azərbaycan
torpaqlarının əbədi olaraq özündə
qalacağını düşünən düşməni rəzil
günə Müzəffər Ali Baş Komandan İlham
Əliyevin “dəmir yumruğ”u saldı!
Bu
qüdrətli yumruq düşmənin başını ilan
başı kimi əzdi!
Bu
qüdrətli yumruq düşmənin belini çubuq kimi
qırdı!
Bu
qüdrətli yumruq düşməni müqəddəs
torpaqlarımızdan iti qovan kimi qovdu!
Qüdrətli
yumruq qüdrətli, əzəmətli şəxsiyyətlərə
məxsus olur!
Məhz
İlham Əliyev kimi siyasət və hərb nəhənglərinə!
Təbiidir ki, “dəmir yumruq” ifadəsi məcazi mənada
işlədilir.
O da təbiidir
ki, bu qüdrətli yumruğun zərbələrinin nəticələri
həyatda, reallıqda əyani şəkildə
görünür:
* düşmənin torpaqlardan qovulmasında;
*onun
ordusunun məhv edilərək qorxaqlar, fərarilər və məğlublar
dəstəsinə çevrilməsində;
* bu gün hamımızın qəzəblənərək
və kövrələrək getdiyimiz təmizlənmiş və
təhlükəsiz azad ərazilərimizdə;
* mədəniyyət paytaxtı
Şuşamızda və külli Qarabağımızda!
Bəs “Dəmir yumruğ”u yaradan amillər, onu
güclü və qüdrətli edən komponentlər
hansılardır?!
Şübhəsiz,
“dəmir yumruq” öz gücünü ən əvvəl
sahibinin zəkasından, Vətənə qədərsiz
sevgisindən, uzaqgörənliyindən, yüksək diplomatik
bacarığından, misilsiz hərbi məharətindən,
möhkəm və dönməz iradəsindən alır!
“Dəmir
yumruğ”un bir sıra real əsasları
da mövcuddur.
Onları
nəzərdən keçirək:
1.
MALİYYƏ QAYNAQLARI
Xəzərin karbohidrogen ehtiyatlarının dünya
bazarına çıxarılmasını və
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
reallaşdırılmasını təmin edən Ulu Öndər
Heydər Əliyev müstəqil Azərbaycanın gələcək
inkişafının bütün istiqamətlərini də
müəyyənləşdirmişdi. Xalqın məhəbbətlə
“Heydər Əliyev dövlətçilik kursu”
adlandırdığı bu istiqamətlərin əzm və
şərəflə davamı missiyası isə cənab
İlham Əliyevin üzərinə düşürdü.
O, bu çətin və mürəkkəb missiyanı
uğurla davam etdirmək və Ulu Öndərimizdən
yarımçıq qalmış işləri möhtəşəm
sonluğa çatdırmaqdan ötrü gərgin və səmərəli
fəaliyyətə başladı.
Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün, ilk növbədə, onun
güclü iqtisadiyyatını formalaşdırmaq zəruri
idi.
Buna qədər
mürəkkəb və çətin şəraitdə
aparılan neft danışıqlarında əzmlə
iştirak edən cənab İlham Əliyev Azərbaycan
xalqının milli maraqlarının təmininə xidmət
göstərən müqavilələrin, ilk növbədə,
“Əsrin müqaviləsi”nin və digər
iyirmiyədək sazişin bağlanmasına öz dəyərli
töhfəsini verdi.
Bütün maneə və əngəllərə
baxmayaraq, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və
Bakı-Tbilisi-Qars dəmir yolu xətti də deyilən vaxtda
gerçəyə çevrildi.
“Neft ölkələrə xoşbəxtlik də gətirə
bilir, bədbəxtlik də! Mən
çalışacağam ki, Azərbaycan nefti Azərbaycan
xalqına yüksək rifah və xoşbəxt həyat gətirsin”,
- deyən cənab İlham Əliyev bütün fəaliyyəti
boyu bu prinsipinə sadiq qaldı.
Beləliklə,
neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələri
üçün lokomotiv rolunu oynadı!
Büdcəyə daxilolmalar artdıqca xalqın sosial
rifahı yüksəldi, müstəqil dövlətimizin
iqtisadi gücü və imkanları da artdı.
Bir milyon nəfərdən artıq qaçqın və
məcburi köçkünün sosial müdafiəsi
gücləndirildi.
Cənab İlham Əliyev “Bir nəfər də
çadır şəhərciklərində yaşayan məcburi
köçkün qalmayacaqdır” vədini dediyindən də
qısa müddətdə gerçəkləşdirdi, 115
qaçqın şəhərciyi və yaşayış
kompleksi tikdirərək 62 mindən artıq ailəni oraya
köçürdü.
Prezident
İlham Əliyev bir an da olsun belə
işğaldakı torpaqların geri qaytarılması əzmindən
geri durmurdu!
Çoxcəhətli
və çoxşaxəli fəaliyyət göstərir,
inamla, addım-addım məqsədinə doğru
yaxınlaşırdı:
* Ölkənin
enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin
edildi.
*
Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət
proqramı qəbul edildi, onlar əlavələrlə birlikdə,
uğurla həyata keçirildi.
*
Sahibkarlığın inkişafına əlverişli şərait
yaradıldı, onlara sistemli şəkildə güzəştli
kreditlər verildi, digər yardımlar göstərildi.
*
Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının
inkişafına böyük diqqət yetirildi, dövlət tərəfindən
mütəmadi subsidiyalar ayrıldı.
* Ölkənin
neftdən asılılığının azaldılması
üçün sistemli tədbirlər görüldü.
* Vətəndaş
məmnunluğu yaradıldı, dövlət büdcəsinin
həcmi ilbəil artdı.
* Hər il ordu quruculuğuna və onun ən müasir
silahlarla təminatına kifayət qədər vəsait
ayrıldı!
2. YENİ
VƏTƏNPƏRVƏR GƏNCLƏR NƏSLİ
YETİŞDİRİLDİ
Biz ilk dəfə yeni vətənpərvər gənclər
nəslinin hayqırtısını 2020-ci ilin iyulunda
gördük.
Hətta
COVID-19 təhlükəsinə baxmayaraq, minlərlə gənc
Bakının küçələrinə axışaraq Ermənistanın
Tovuz istiqamətindən ölkəmizə dalbadal
hücumlarına qarşı hiddətini bildirir, daim Müzəffər
Ali Baş Komandan İlham Əliyevin yanında
olduqlarını söyləyir, onun bir əmri ilə
döyüşlərə atılaraq Qarabağı
işğaldan azad edəcəklərini bəyan edirdilər!
Az sonra
44 günlük Zəfər müharibəsi başlayanda həmin
gənclər mənfur düşməni məğlub edərək
vədlərini yerinə yetirdilər!
Qarabağı
görməyən, Qarabağdan kənarda doğulan qəhrəman
Azərbaycan gənci Qarabağı işğaldan qurtardı!
Bu gənclər nəslini də İlham Əliyev tərbiyələndirərək
yetişdirmişdir.
Bunun
üçün bir neçə istiqamətdə səmərəli
iş aparmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən
formalaşdırılan gənclər siyasəti uğurla
davam etdirilmişdir.
Belə
ki, YAP-ın gənclər təşkilatının, ölkədə
fəaliyyət göstərən digər qurumların və
QHT-lərin imkanlarından səmərəli istifadə
olunmuş, möhkəm əqidəli və mənəviyyatlı,
azərbaycançılıq ideologiyasına sadiq gənc nəsil
tərbiyələndirilmişdir.
Milli Olimpiya Komitəsinin Prezidenti kimi cənab İlham
Əliyev ölkədə idmanın inkişafına
mühüm töhfələr vermiş, güclü
maddi-texniki baza yaratmış, Azərbaycanı beynəlxalq səviyyəli
yarışların keçirildiyi məkana
çevirmişdir.
I Avropa Oyunlarının təşəbbüsçüsü
və təşkilatçısı olan, IV İslam Həmrəyliyi
Oyunlarını müvəffəqiyyətlə keçirən
Azərbaycan artıq dünyada həm də idman dövləti
kimi tanınır.
Olimpiya
Oyunlarında, dünya və Avropa birinciliklərində, beynəlxalq
idman yarışlarında fəal iştirak edərək
yüksək yer tutan Azərbaycan gənci daim dövlət
bayrağımızı ucaldaraq himnimizi səsləndirir.
İdmançı gənclərimiz Vətən
müharibəsində fədakarlıqla iştirak edərək
böyük zəfərin qazanılmasına öz töhfələrini
verdilər.
Bu gün neft kapitalının insan kapitalına
çevrilməsi ilə bağlı Prezident İlham
Əliyevin təşəbbüsü ilə xaricdə təhsil
alaraq Vətənə qayıdan yüzlərlə gənc
respublikanın iqtisadi, ictimai həyatında, Qarabağın
dirçəldilməsi sahəsində fəallıq göstərirlər.
3. ORDUNUN
ƏN YENİ VƏ MÜASİR SİLAHLARLA TƏCHİZATI
I Qarabağ müharibəsindəki məğlubiyyətimizin
başlıca səbəblərindən biri də vaxtında
ordu yaradılmaması və onun lazımınca
silahlandırılmaması idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu
sahədə də ən möhtəşəm uğura imza
atdı.
Ermənistan hər iki müharibədə rus silahı
ilə, həm də əksər halda pulsuz
silahlandırılmışdı.
Ağıllarını
itirmiş ermənilər ürəkdən
inanmışdılar ki, torpağı onlar alıb, onlar
işğalda saxlayır və heç zaman qaytarmayacaqlar!
Yenə eyni qaydada silah əldə edərək, 90-cı
illərdə qalib gəldikləri taktika və strategiyaya
güvənərək Azərbaycan tərəfinə meydan
oxuyurdular.
Bütün bunlardan cənab İlham Əliyev
yaxşı məlumatlı idi.
Odur ki, yeni müharibəyə, bu dəfə Azərbaycanı
qalib edəcək və işğalçıları
torpaqlardan qısa müddətdə qovacaq zəfər müharibəsinə
hazırlaşırdı.
Həm də
tam məxfi şəkildə!
Eyni
zamanda açıq və mütəmadi olaraq ciddi xəbərdarlıqlar
etməklə:
* Əgər
məsələ sülh yolu ilə həll olunmasa, o zaman Azərbaycan
öz torpaqlarını hərbi vasitələrlə azad edəcəkdir!
* Azərbaycan
heç zaman öz ərazisində ikinci Ermənistan dövləti
yaradılmasına yol verməyəcəkdir!
İlham
Əliyevin müdrikliyi və uzaqgörənliyi bu sahədə
də həlledici oldu!
Müzəffər
Ali Baş Komandanımız:
* XXI əsrin
müharibəsinə hazırlaşdı!
* Ordusunu ən
yeni silahlarla silahlandırdı!
*
Qabaqcıl ölkələrlə dostluq əlaqələri
quraraq ən yeni texnologiyalara əsaslanan, hələ indiyədək
hərb meydanlarında geniş şəkildə tətbiq
olunmamış silahlar əldə etdi!
*
Dünyanın qabaqcıl hərbi məktəblərində
Azərbaycan övladlarını oxutduraraq yeni taktikaya
uyğun gələn, həmin silahları məharətlə
işlədəcək hərbçilər yetişdirdi!
* Fasiləsiz
hərbi təlimlər keçirərək əldə edilən
nəzəri bilikləri peşə vərdişləri ilə
tamamladıb inkişaf etdirdi!
* Hərbçilərdə
mənəvi zənginliyin, vətənpərvərliyin, ruh
yüksəkliyinin, habelə sonadək döyüşərək
düşmənə qalib gəlməyə lazım olan digər
keyfiyyətlərin tərbiyəsinə xüsusi diqqət
yetirdi!
İlham
Əliyevin sərkərdəliyi ilə II Qarabağ müharibəsinə
başlayan Azərbaycan Ordusu bütün parametrlər üzrə
ən yeni, ən müasir, ən mükəmməl taktiki
üsullarla və silahlarla döyüşəcək ordu idi!
Əslində,
bu ordu İlham Əliyev ordusu idi!
4.
ÖRNƏYƏ ÇEVRİLƏN MÜKƏMMƏL
TAKTİKA VƏ STRATEGİYA
Otuz il ərzində Ermənistan dostlarının
köməyi ilə altıqat müdafiə xətti quraraq Azərbaycanın
öz torpaqlarını geri almaq üçün hücuma
keçəcəyi günü gözləyirdi!
Lovğalıqla
“Ohanyan xətti” adlandırılan bu müdafiə sistemi atəş
nöqtələrindən, səngərlərdən,
tikanlı məftillərdən, mina sahələrindən,
betonlaşdırılmış bunkerlərdən, müasir
müşahidə və izləmə optik qurğularından,
habelə müxtəlif maneələrdən ibarət idi!
(Bu gün Bakıdakı Hərbi Qənimətlər
Parkında həmin müdafiə xətlərinin elementlərini
və nəticəsini əyani şəkildə görmək
mümkündür).
Ermənilər
yeni müharibəyə “öz ağılları” ilə
hazırlaşmışdılar və hücumu
Qarabağın mərkəzindən, Ağdam istiqamətindən
gözləyirdilər!
Sonadək
də gözlədilər!
Gözləyə-gözləyə
tələyə düşərək Ağdam, Laçın
və Kəlbəcərdəki müdafiə mövqelərini
bir güllə atmadan Azərbaycan Ordusuna təhvil verdilər!
Bu,
İlham Əliyevin hərbi məharəti, onun tətbiq etdiyi
yeni silahlar, yeni strategiya və taktika sayəsində
mümkün oldu!
Əbəs deyil ki, bu gün başda ABŞ, NATO olmaqla,
hamı bu taktika və strategiyanı öyrənir, onu tətbiq
etməkdən ötrü öz ordusunda islahatlar aparır.
5.
MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN - XİLASKAR
Prezident
İlham Əliyevin 44 günlük zəfər
savaşında möhtəşəm qələbəsi barədə
çox deyilib və yazılıb!
Hələ bundan sonra da bu tarixi qələbəni vəsf
edən çoxsaylı əsərlər işıq
üzü görəcəkdir.
Xalqımızı
qələbəyə çatdıran məqamları bir daha
diqqətə çəkirik:
* Vətən
müharibəsində Ali Baş Komandan İlham Əliyev
pilotsuz uçuş aparatlarını hücum və kəşfiyyat
sahəsində geniş tətbiq edərək bu vasitələrin
bütün imkanlarını tam parlaqlığı ilə
düşmənə və dünyaya nümayiş etdirdi;
* AN-2 -
“Kukuruznik” təyyarələrini yeni məzmunda tətbiq etdirərək
düşmənin ən müasir və ən etibarlı hava
hücumundan müdafiə sistemlərini aşkara
çıxarmaqla zərərsizləşdirdi, yeni geniş
hücuma şərait yaratdı;
* Gözlənilən
hücum istiqamətlərində düşmənin
böyük həcmdə canlı qüvvəsini və
silahlarını saxladaraq gözlənilməyən yerlərdən
sürətli və qəfil hücumlarla ağır zərbələr
endirdi;
* Hərbi
əməliyyatlar zamanı diplomatiya sahəsində də fəallıq
göstərərək istədiyinə nail olmayınca -
düşmən ordusunun Azərbaycan ərazisindən
çıxarılması qrafiki təqdim edilməyincə hərbi
əməliyyatları dayandırmadı;
*
Dünya erməniliyinin maliyyəsi ilə informasiya müharibəsinə
qoşulan KİV-ə qarşı əzmlə
döyüşərək hamısına qalib gəldi, Azərbaycan
həqiqətlərini bir daha dünyaya çatdırdı,
feyk xəbərləri ifşa etdi;
* Əvvəlcədən
yerli şəraitə uyğun məkanlarda təlim
keçirilərək mükəmməl şəkildə
hazırlanan xüsusi təyinatlıların qüvvəsindən,
şücaət və qəhrəmanlığından istifadə
etməklə az qala yalın əllə
Şuşanı düşməndən aldı!
*
Əslində, Müzəffər Ali Baş Komandan İlham
Əliyev AXC-Müsavat cütlüyünün xəyanət əməlləri
nəticəsində düşmənə verilən qədim
Şuşanı qeyri-adi şücaətlə geri qaytardı,
Azərbaycanın mədəniyyət paytaxtına
çevirdi!
*
Xalqımızın xilaskar oğlu cənab İlham Əliyev
düşməni məhv edib ərazilərimizi geri qaytarmaqla
uzun illər ərzində erməni əlində qalan
torpaqları işğaldan, eləcə də yüz minlərlə
insanı “məcburi köçkün” adından qurtardı!
Bu gün
bəzi erməni siyasətçiləri, generalları hərdən
papulistcəsinə başlarından böyük
danışsalar da, içlərində Azərbaycana
bütün parametrlər üzrə məğlub
olduqlarını yaxşı bilirlər!
Erməni
əsgəri isə həm də mənəvi və psixoloji cəhətdən
tar-mar edilib!
Heç
vaxt Azərbaycan əsgərinin qələbə
hayqırtısı və dron uçuşunun səsi onun
qulaqlarından çəkilməyəcək!
Döyüş başlanan kimi daim bir gözü
göydə qalacaq, başını soxmağa deşik
axtaracaq.
Bunu arvad
paltarı geyinib qrimlənərək Qarabağdan qaçan
ermənilər də sübut edir!
Bunu İrəvanda avtobuslara mindirilərək
aldadılıb Qarabağa gətirilən həmin hərbçilərin
valideynlərinin yol kəsmələri, övladlarını
maşınlardan düşürüb geri qaytarmaları da
göstərir.
Bunu barəsində
fərari kimi cinayət işi açılan erməni ordusunun
əsgərlərinin qorxaqlığı da sübut edir!
Bunu indiyədək Azərbaycana məxsus ərazilərdən
hələ də yığılan
öldürülmüş erməni əsgərlərinin
qalıqları da təsdiq edir.
Bəlkə də erməni generalları varlanmaq
üçün yenidən Azərbaycanla müharibə etmək
fikrinə düşər.
Amma erməni əsgər və
zabiti onu real ölüm gözlədiyi Azərbaycan ərazisinə
keçərək güllə atmaq həvəsinə
heç zaman düşməyəcək!
Bəli,
İlham Əliyev Ermənistanı təkcə hərbi cəhətdən
deyil, mənəvi-psixoloji sarıdan da darmadağın edib,
onlara nəsilbənəsil unuda bilməyəcəkləri
sağalmaz yara, yaddan çıxmaz zərbə vurub!
Əslində,
İlham Əliyev dünya erməniliyini sarsıdıcı məğlubiyyətə
uğradıb!
PUÇA
ÇIXARILAN ERMƏNİ XÜLYALARI
44
günlük Zəfər savaşında Müzəffər
Ali Baş Komandan İlham Əliyev təkcə torpaqları
murdar ləpirlilərdən təmizləmədi!
Həm də
erməniləri tarixi, ideoloji, hərbi cəhətdən
biabırçı məğlubiyyətə uğratdı!
*
İlham Əliyev beş əsr ərzində
itirilən Azərbaycan torpaqlarının bir hissəsini ilk dəfə
olaraq geri qaytardı!
* İki əsr
ərzində davam edən münaqişəni uğurla həll
etdi!
*
Dünya erməniliyinin “dənizdən-dənizə Ermənistan”
xülyasını birdəfəlik yox etdi! Bu əfsanənin
erməni tarixçiləri tərəfindən
uydurulduğunu, tarixdə heç zaman belə dövlətin
olmadığını isbata yetirdi!
*
Dünyanın hər yerindən gələn KİV nümayəndələrinə,
siyasi və dövlət xadimlərinə, diplomatlara, bloger və
QHT təmsilçilərinə, din nümayəndələri
və mədəniyyət xadimlərinə Qarabağda törədilən
vandallığı, vəhşiliyi, barbarlığı və
dağıntıları göstərərək ermənilərin
“qədim, mədəni, məzlum” xalq olmaları barədə
deyilənlərin yalan olduğunu açıb göstərdi.
* “Yenilməz erməni ordusu”
mifinin də puçluğunu əyani şəkildə
nümayiş etdirərək həmin ordunu məhv etdi,
düşmənin belini qırdı.
* “Cəsur erməni əsgəri”
anlayışına son qoydu, onların qorxaq, fərari
olduqlarını, döyüşlər başlayan kimi
qaçıb aradan çıxdıqlarını faktlarla
sübuta yetirdi.
* “Görkəmli erməni
generalları, sərkərdələri”
anlayışının gülünclüyünü, əslində,
erməni generalların əsgər paylarını
satdıqlarını, müharibə zamanı Koçaryan,
Sarkisyan və Ohanyanın qorxaqcasına qaçıb gizləndiklərini
sübutlarla ortaya qoydu;
*
İşğal altında qalan 7 rayondan əlavə
Şuşa şəhərini və keçmiş DQMV-yə
daxil olan Hadrutu, Suqovuşan qəsəbəsini, habelə Xocavənd
rayonunun 60 faizini geri qaytardı;
*
ATƏT-in Minsk qrupunu tarixin arxivinə, status məsələsini
isə cəhənnəmə göndərdi;
* 7 iyul
2021-ci il tarixli fərmanı ilə sovet
dövrünün 7 iyul 1923-cü il tarixli Azərbaycanın tərkibində
bir ovuc erməniyə muxtariyyət hüququ verilməsi barədə
ədalətsiz qərarını ləğv edən tarixi fərmanı
imzalamaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarını yaratdı. Bununla da Azərbaycan
xalqının öz dədə-baba torpaqlarına qayıtmaq əzmində
israrlı olduğunu bir daha nümayiş etdirdi;
* Forpost
dövlətin mövcudluğu üçün Azərbaycana
və Türkiyəyə qarşı ərazi iddialarından əl
çəkməsinin, təslimçilik müqaviləsinin
bütün şərtlərinə əməl etməsinin
vacibliyini, “status”, “Minsk qrupu” xülyasından əl çəkməsini,
əvvəlcə bir dövlət kimi yaşaya bilməsi
hayına qalmasını məsləhət gördü!
MAHİR DİPLOMAT
Müasir
dünya İlham Əliyevi həm də mahir diplomat kimi
tanıyır və qəbul edir!
Əslində, İlham Əliyevin ixtisası
diplomatiyadır.
Dünyaca şöhrəti olan Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunu bitirib.
Həm də təkcə bu məşhur təhsil
ocağında oxumayıb.
Sonralar
müəllim kimi çalışaraq gələcək
diplomatlara dərs də deyib!
Bu gün də Rusiyanın tanınmış siyasi
ekspertləri İlham Əliyevlə qürur
duyduqlarını gizlətməyərək onu “MQİMO-nun
müdavimi” - deyə iftixarla təqdim edirlər.
Şəkli təhsil ocağını bitirən,
dünyanın tanınmış siyasətçiləri,
dövlət xadimləri sırasına ucalan müdavimlərlə
bir sırada, nümunəvi tələbə və diplomat kimi
Şərəf lövhəsində saxlanılır.
Diplomatiya sahəsində məhsuldar və şərəfli
bir yol da keçib.
İlk böyük sınağı “Əsrin müqaviləsi”
neft kontraktının imzalanması prosesində iştirakı
olub.
Uzun sürən və çətin keçən
danışıqlar prosesində Azərbaycanın milli maraqlarının
qorunmasını təmin edən əlverişli müqavilənin
hazırlanmasına və imzalanmasına şəxsi töhfəsini
verib.
Milli Məclisin
deputatı olduğu dövrdə Azərbaycanın AŞ
PA-dakı nümayəndə heyətinə rəhbərlik
edib, ölkəmizin maraqlarının müdafiəsində və
təminində fəallıq göstərib, bu ali
parlament qurumunda uğurlu fəaliyyətimizin prinsiplərini
müəyyənləşdirib, təməlini qoyub.
AŞ PA-nın vitse-prezidenti seçilib.
İlham Əliyevin diplomatik məharəti Azərbaycanın
dünyada sabit, dayanıqlı, demokratik dövlət kimi
tanınmasında, özünə çoxsaylı dostlar
qazanmasında, maraqlar içində marağını qoruyub
saxlamasında mühüm rol oynayıb.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu,
danışıqlar vasitəsilə həlli prosesində biz
dövlət başçısı İlham Əliyevi daim
prinsipial, qətiyyətli, heç bir təzyiq və təhdid
cəhdlərindən geri çəkilməyən, təmsil
etdiyi dövlətin maraqlarını qətiyyətlə
müdafiə edən döyüşkən diplomat kimi
görmüşük!
İlham Əliyevin məşhur “nəyi nə vaxt və
necə etməli” prinsipi bu sahədəki fəaliyyətinin
uğur və səmərəsini təmin edib.
İlham Əliyev daim məsələni peşəkarlıqla,
elmi və faktoloji cəhətdən ustalıqla əsaslandırmağı
bacarıb.
Dünya siyasi elitası Münhen Təhlükəsizlik
Konfransında İlham Əliyev və N.Paşinyanın əyani
qarşılaşmasını və diskussiyasını uzun
müddət xatırlayacaqdır.
Azərbaycan
Prezidenti İlham Əliyev rəqibini təkcə tarixi faktlar
qarşısında susmağa məcbur etmədi:
Onun ingilis dilində hıqqanaraq
danışmasını, yalançılığını
gülüş hədəfinə çevirdi, məharətlə
ələ saldı.
Bütün
dünyanın, ermənipərəstlərin gözü
qarşısında!
Söz
demək üçün yüksək tribuna, əlverişli
məqamı seçmək qabiliyyətindən bacarıqla
istifadə edərək “Valday” Diskussiya Klubunda, MDB dövlət
başçılarının Aşqabad sammitində Ermənistanın
sülh danışıqlarından
qaçdığını, Azərbaycan torpaqlarını
işğalda əbədi saxlamaq niyyətini, “yeni müharibə,
yeni ərazilər” ritorikasını konkret fakt və misallarla
ifşa edərək bu xalqın miflərlə yaşadığını,
faşizmə pərəstiş etdiyini, keçmiş
SSRİ məkanında belə bir siyasətin yolverilməz
olduğunu, habelə bu siyasətin müharibəyə
apardığını göstərdi.
Zaman və tarix İlham Əliyevin nə qədər ədalətli
və uzaqgörən olduğunu sübut etdi.
İlham
Əliyevin diplomatik məharəti müharibənin davam etdiyi
müddətdə Azərbaycanın
sıxışdırılmasına, savaşın
başlıca hədəfə çatmadan
dayandırılmasına, hərbi əməliyyatların
gedişinə ermənipərəst qüvvələrin burun
soxmasına, ölkəmizin təklənməsinə imkan vermədi!
İlham
Əliyevin diplomatik məharəti sərkərdə qüdrəti
ilə birləşərək tarixi zəfərimizi təmin
etdi!
Məhz
İlham Əliyevin diplomatik məharətinin və
dünyadakı nüfuzunun nəticəsidir ki, 120 ölkənin
yekdil qərarı ilə 3 il ərzində dünyada BMT-dən
sonra ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatına
sədr seçildi, sonra da sədrlik müddəti daha bir il
uzadıldı.
Türk
Dövlətləri Şurasına rəhbərliyin 3 il ərzində İlham Əliyevə həvalə
edilməsi onun bacarıq və məharətinə verilən
yüksək dəyərdir.
İlham
Əliyevin yüksək beynəlxalq nüfuzunu təsdiq edən
daha bir fakt:
Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizənin
əlaqələndirilməsi və gücləndirilməsi
üçün BMT Baş Assambleyasının xüsusi
sessiyasının çağırılması barədə
təşəbbüs qaldırdı. Ermənistan istisna
olmaqla BMT-yə üzv dövlətlər, BMT rəhbərliyi
bu təşəbbüsü dəstəklədi və
Baş Assambleyanın sessiyası uğurla keçdi.
DÜNYANIN
QƏBUL
ETDİYİ LİDER
SSRİ dünyadan təcrid edilmiş dövlət idi.
Özünəxas formada “dünya sosializm sistemi”
yaradaraq, əslində, qapalı çərçivədə
fəaliyyət göstərirdi.
Ətrafına da, həmin dövrün təbirincə
desək, dəmir pərdə çəkmişdi.
SSRİ adlı super dövlətdə hər şey mərkəzdə
- Moskvada hazırlanır, bütün qərar və göstərişlər
Kremldən gəlirdi.
Sonra danışıqsız, müzakirəsiz yerinə
yetirilirdi.
Kiçik
qardaş adlanan on dörd “müttəfiq respublika”nın heç bir hüquq və səlahiyyəti
yox idi.
İstənilən fikir və təşəbbüs
yalnız Moskva ilə razılaşdırıldıqdan, “hə”risi
alındıqdan sonra icra oluna bilərdi.
Heç
bir fəaliyyət müstəqilliyindən söhbət belə
gedə bilməzdi: dərhal ciddi və “rəngarəng” cəza
mexanizmi işə düşərdi.
Hər bir müttəfiq respublikanın xaricə
çıxışı yalnız SSRİ vasitəsilə,
SSRİ Xarici İşlər Nazirliyi xətti ilə
mümkün idi.
Xaricə gedənlər də yalnız Moskvanın
vizasından (çoxsaylı yoxlamalardan) sonra istəyini
gerçəkləşdirə bilərdi.
Belə bir vəziyyətdə hansısa azərbaycanlı
ictimai-siyasi xadimin dünya səviyyəli quruma
çıxışı və ona rəhbərlik etməsi
mümkünsüz idi.
Cənab
İlham Əliyev dünya səviyyəli bir neçə
quruma seçki yolu ilə rəhbərlik edən ilk azərbaycanlı
siyasi və dövlət xadimidir!
İlham Əliyev dünyada sevilən, beynəlxalq səviyyəli
bütün tədbirlərə dəvət edilən, fikirlərinə
ehtiyac duyulan və maraqlı çıxışları, təklif
və təşəbbüsləri ilə fərqlənən
dövlət başçısıdır.
İlham Əliyev dünyanın qəbul etdiyi,
sözü, əməli ilə beynəlxalq hüquqa, haqqa-ədalətə
daim dəstək verən, rasional fəaliyyəti ilə
görünən liderdir.
Azərbaycan gərgin mübarizə şəraitində
keçən seçkilərdə 155 dövlətin dəstəyini
qazanaraq BMT Təhlükəsizlik Şurasının
üzvü seçildi və iclaslarına sədrlik etdi.
İclaslara
sədrliyi dövründə cənab İlham Əliyev
dünyanı düşündürən, narahat edən, təhlükəsizliyə
təhdidlər törədən, yoxsulluğun aradan
qaldırılmasına, zəif inkişaf etmiş ölkələrə
dəstək olacaq bir sıra məsələlərin
müzakirəyə çıxarılmasına, diqqət mərkəzinə
gətirilməsinə nail oldu, səmərəli təkliflər
irəli sürdü, hətta BMT-nin özündə belə
islahatların vaxtının çatdığını
göstərdi!
COVID-19
pandemiyası dünyanı caynağına alaraq
çoxsaylı insanların tələfatına səbəb
olduğu dövrdə bu bəlaya qarşı səmərəli
mübarizənin təşkili üçün rəhbərlik
etdiyi qurumların onlayn videokonfransını keçirdi,
Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri
möhkəmləndirərək az
inkişaf etmiş dövlətlərin maraqlarının da təmin
olunmasını müzakirəyə çıxardı.
İlham Əliyev COVID-ə qarşı vaksinlərin ədalətsiz
bölünməsinə, yoxsul ölkələrə cüzi
şəkildə peyvəndləmə materiallarının
ayrılmasına etiraz edən, bu vəziyyəti tənqid edərək
ədalətsizlik kimi qiymətləndirən, habelə
imkansız ölkələrə humanitar yardımlar
olunmasının vacibliyini göstərərək Azərbaycandan
kömək ayrılmasını təmin edən dövlət
başçısıdır.
İlham
Əliyevi dünyaya sevdirən ən mühüm cəhətləri
ədalət və humanizm prinsiplərini daim uca tutması,
beynəlxalq hüquq normalarına hörmətlə
yanaşması, qarşılıqlı etimada və bir-birilərinin
maraqlarının təmininə söykənən əməkdaşlığa
daim üstünlük verməsi, dünya dövlətlərinə
fayda gətirən transmilli layihələri gerçəkləşdirməsi,
dediyinə əməl edərək sözünün sahibi
olmasıdır.
Prezident
İlham Əliyevin Azərbaycan xalqı
qarşısındakı xidmətlərini saymaqla qurtarmaq
olmur!
*
İlham Əliyev nəyə əl qoyubsa, onu qurub, yüksəldib!
* Daima
mümkün olmayanı mümkün edib!
*
Başladığı bütün işləri uğurla, ən
yüksək səviyyədə sona çatdırıb!
*
Çoxsaylı dostluq körpüləri yaradıb, sonra həmin
körpüləri dövlətlərarası strateji əməkdaşlığa
çevirib!
* Azərbaycanın
yeni, müasir imicini formalaşdırıb və müstəqil
dövlətimizi bu imicdə dünyaya tanıdıb!
*
Dünyada dediyini edən, sözünün sahibi olan dövlət
başçısı kimi ad qazanıb!
*
Prinsipial məqamda bir addım belə qeri çəkilməyən,
sonadək irəliləyərək qələbə
çalan lider kimi tanınıb!
Sonda qeyd edək ki, 44 günlük Zəfər
müharibəsi və itirilmiş torpaqların
qaytarılması İlham Əliyevin dövlət rəhbəri
kimi fəaliyyətinin mühüm yekunlarından biridir.
Həm də
başlıcasıdır!
Əslində, bu möhtəşəm
qələbə bütün sahələrdəki danılmaz
uğurlar sayəsində baş tutmuşdur!
DAİM XALQLA
BİRLİKDƏ
Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə
başladığı ilk günlərdən daim xalqa
açıq olub, mütəmadi şəkildə ən
müxtəlif qrup insanlarla görüşüb, onları
dinləyib, ölkə ictimaiyyətini iqtidarın
gördüyü işlərlə bağlı geniş məlumatlandırıb,
hər bir Azərbaycan vətəndaşının yanında
olaraq köməyini göstərib.
Özünün irəli sürdüyü “Hər bir
dövlət məmuru xalqın xidmətçisidir! Xalqın ən
böyük xidmətçisi isə mən özüməm”
tələbinə sadiq qalıb.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrdə daim yüksək reytinqə malik olmasının,
rəqiblərindən dəfələrlə çox səs
toplamasının başlıca səbəblərindən biri
xalqla daim təmasa girməsi, onların ehtiyac, arzu və istəklərini
öyrənərək gerçəkləşdirməsi,
açıq, şəffaf fəaliyyət göstərməsidir.
Azərbaycan demokratik cəmiyyət quruculuğu yolu ilə
inamla irəliləyir. Demokratiyanın təməl prinsiplərindən
biri mətbuat, söz və fikir azadlığıdır.
Özlərini “demokrat” sayan AXC-Müsavat
cütlüyü quş yuxusu qədər çəkən
iqtidarları dövründə mətbuata senzura nəzarətini
ləğv etməyə qorxdu.
Çünki bilirdilər ki, o qədər səhvlər
və talançılıqlar ediblər ki, o barədə mətbuatda
həqiqətlər yazılsa, xalq olanları hakimiyyətdən
süpürüb atar.
Bu cəsarətli addımı da Ulu Öndər Heydər
Əliyev 6 avqust 1998-ci ildə atdı.
Azərbaycan
mətbuatını senzuranın buxovlarından azad etdi!
Ulu Öndər bu addımına və mətbuata
qayğısına görə dəfələrlə
“Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Cənab İlham Əliyev də bu ənənəni
davam etdirdiyindən dönə-dönə “Jurnalistlərin
dostu” seçilib.
Bir dövlət başçısı olaraq İlham
Əliyev daim jurnalistlərə açıqdır, onlarla
sistemli şəkildə görüşür, bütün
suallarını cavablandırır, iqtidar tərəfindən
görülən və nəzərdə tutulan işlər
barədə konkret faktlar əsasında məlumat verir, beynəlxalq
arenada baş verən hadisələrə münasibətdə
müstəqil Azərbaycanın mövqeyini
açıqlayır.
Cənab İlham Əliyevin qayğısı və səxavəti
sayəsində Azərbaycan jurnalistlərinə
dünyanın heç bir yerində təsadüf olunmayan
kömək və yardımlar göstərilir.
Jurnalistlərin müraciəti əsasında Prezident
İlham Əliyev yüzlərlə mətbuat işçisinə
dövlət hesabına tikilərək təmir olunmuş mənzil
vermiş, beləliklə, xeyli qələm əhlini kirayədə
yaşamaqdan, darısqal mənzillərdə qalmaqdan xilas
etmişdir.
Onun
imzaladığı KİV-in İnkişafına Dövlət
Dəstəyi Konsepsiyasına əsasən KİV DDF və
sonra MEDİA İA yaradılmış, onlarca qəzetə,
sayta mütəmadi qaydada maliyyə yardımı verilməsinə
başlanmış, jurnalist
yaradıcılığının
stimullaşdırılması üçün
çoxsaylı yaradıcılıq müsabiqələri
keçirilmiş, qaliblər
mükafatlandırılmışdır.
Bu qayğı indi də davam etdirilir.
İlboyu Ali Baş Komandan İlham Əliyev hərbi hissələrdə
olur, yeni şəhərciklərin
açılışını edir, hərbçilərlə
söhbətləşir, onları mükafatlandırır,
birlikdə çay süfrəsi arxasında əyləşir.
Prezidentimizin ən böyük diqqət yetirdiyi və
daim təmasda olduğu insanlar qrupu şəhid ailələri
və müharibə əlilləridir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
iştirakı ilə keçirilən bu görüşlərdə
şəhid ailələri və əlillər dinlənilir,
problem və ehtiyacları öyrənilir, dərhal zəruri tədbirlər
görülür.
İndiyədək
şəhid ailələrinə 10 min 500-dən çox mənzil
və fərdi ev verilmiş, əlillərə
7.200 minik avtomobili təqdim edilmişdir.
Vətən müharibəsi dövründə və
sonrakı vaxtlarda hərbi hospitallarda yaralı əsgərlərə
baş çəkilmiş, ehtiyacı olanlar müalicə
üçün qardaş Türkiyəyə göndərilmiş,
müasir protezlərlə təmin olunmuşlar.
Kürboyu yaşayış məntəqələrində
sel daşqınları, Zaqatala bölgəsində,
Şamaxı və Ağsuda baş verən zəlzələ
dövründə cənab İlham Əliyev Azərbaycan vətəndaşını
tək və arxasız qoymamışdır.
Təbii fəlakətlərdən zərər
görmüş insanlara dərhal zəruri kömək və
yardımlar göstərilmiş, dövlət hesabına yeni
mənzillər tikilərək və ya təmir olunaraq onlara
verilmişdir.
Hələ
Vətən müharibəsindən öncəki dövrdə,
eləcə də savaşın gedişində erməni
vandalları faşist xislətlərinə uyğun
addımlar atmış, Ağdam, Bərdə, Goranboy, Tərtər
rayonlarını, Gəncə və Naftalan şəhərlərini
raket və mərmi atəşinə tutaraq mülki əhali
arasında çoxsaylı tələfat yaratmış, evləri,
ictimai binaları və digər obyektləri
dağıtmışdılar.
Prezident İlham Əliyev erməni vəhşiliyinin nəticələrinin
aradan qaldırılması üçün dərhal hadisə
yerlərinə yollanmış, dəyən zərərin miqdarı
və həcmi müəyyənləşdirilmiş, verilən
sərəncam əsasında dövlət tərəfindən
zəruri kömək və yardım göstərilmiş, həyat
normal axarına qaytarılmışdır.
Ölkə ərazisinə tez-tez baş tutan səfərləri
zamanı cənab İlham Əliyevin ictimaiyyət nümayəndələri,
bütün qrup insanlarla görüşməsi, açıq
dialoqa girməsi də ənənəyə
çevrilmişdir.
Belə
görüş - söhbətlər zamanı dövlət
başçısı İlham Əliyev insanların
qayğı və ehtiyaclarını öyrənir, müxtəlif
məsələlərlə bağlı təklif və
iradlarını dinləyir, sonra onlardan çıxış
edərək müvafiq sərəncamlar imzalayır, beləliklə,
ölkədə vətəndaş məmnunluğuna nail olur.
Azərbaycanın bugünkü inkişaf və yüksəlişində
Prezident-xalq görüşlərinin, iqtidar-xalq birliyinin
mühüm əhəmiyyəti vardır.
AZƏRBAYCANIN
QAZANDIĞI DOSTLAR
Azərbaycanın
“dünya erməniliyi” adlı böyük bir düşməni
var!
Bu düşmən torpaqlarımızı əlimizdən
almaq, dünyanın hər yerindən erməniləri gətirib
ərazilərimizdə məskunlaşdırmaq
üçün dəridən-qabıqdan çıxdı.
27 illik işğal dövründə buna müəyyən
dərəcədə nail də olmuşdu.
Bu
düşmən bütün vasitələrdən - pulla
müxtəlif ölkələrdəki siyasiləri, parlament
üzvlərini ələ almaq, seçkilərdə “erməni
səsi” dəstəyini vəd etməklə ayrı-ayrı
dövlət başçılarının mövqelərinə
təsir göstərmək, dünya KİV-ində öz
adamlarını yerləşdirmək və yalanlarını
təbliğ etmək üçün
korrupsiyalaşmış televiziya kanalları, qəzet və
informasiya agentlikləri vasitəsilə ictimai rəyə təsir
göstərmək, müxtəlif beynəlxalq təşkilatların
fəaliyyətini erməni maraqlarına yönləndirmək
və digər üsullardan geniş istifadə edir.
Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq
hüququn tələbləri əsasında nizamlanmaması da
dünya erməniliyinin vəsait və əməllərinin nəticəsidir.
Cənab İlham Əliyev bu gerçəkliyi
lazımınca qiymətləndirərək dünya erməniliyinin
fəaliyyətini zərərsizləşdirmək və
önləmək üçün vaxtında, lazımi
addımlar atdı.
İlham
Əliyevin müəllifi olduğu “hücum diplomatiyası”,
beynəlxalq təşkilatlarda Azərbaycan təmsilçilərinin
fəallaşdırılması, Azərbaycan-Türkiyə
diasporunun birgə fəaliyyətinin qaydaya salınması, Azərbaycanla
əməkdaşlıq quran bütün dövlətlərin
ölkəmizin maraqlarını daim dəstəkləmələrinin
təmini, cənab İlham Əliyevin müxtəlif vaxtlarda rəhbərlik
etdiyi nüfuzlu beynəlxalq təşkilatlarda
gördüyü işlər sayəsində onların daim
ölkəmizin maraqlarından çıxış etməsi
dünya erməniliyi üzərində möhtəşəm
qələbəyə yol açdı!
Bunlar
heç də Ermənistan ordusu üzərindəki qələbədən
az əhəmiyyətli deyildir!
İlham
Əliyevin tutduğu ikinci yol Azərbaycana həqiqi dostlar
qazandırması və onların dəstəyindən məqamında
istifadə etməsidir!
Artıq
tarixə çevrilmiş bir fakt!
1992-ci ildə
Kəlbəcərin işğalı zamanı o dövrdə
Azərbaycana başçılıq edən Ə.Elçibəy
S.Dəmirəldən mülki əhalinin işğal
zonasından tələfatsız çıxarılması
üçün 1-2 vertolyot ala bilmədi...
Əvvəla,
o dövrkü Türkiyə təkbaşına qərar qəbul
etməkdə çətinlik çəkirdi...
İkincisi,
Ə.Elçibəy və S.Dəmirəl dostluğu da elə
bir səviyyədə deyildi...
Bu gün Rəcəb Tayyib Ərdoğan Türkiyəsi
öz maraqlarını daim təmin etməyə qadir qlobal
dövlətə çevrilib.
İlham Əliyevlə Rəcəb Tayyib
Ərdoğanın dostluğu isə çoxdan mehriban
qardaşlıq səviyyəsinə yüksəlib.
Hər
biri digərinə ən xoş və ürəkisidən
şəkildə - əziz dostum, qardaşım, - deyərək
müraciət edir!
Bu
dostluğun da, iki qardaş ölkə arasındakı
münasibətlərin də indiki səviyyəyə yüksəlməsində
Azərbaycan Prezidenti İlham Əliyevin böyük,
danılmaz xidmətləri vardır!
44
günlük Zəfər müharibəsində Türkiyə
Prezidenti də, dövləti də, xalqı da birmənalı
şəkildə Azərbaycanın yanında oldu, bunu dəfələrlə,
dönə-dönə bəyan etdi, hər cür kömək
göstərdi!
İlham
Əliyevin Azərbaycana dost etdiyi digər dövlətlər
də - Pakistan, İsrail, Ukrayna, İtaliya, habelə Cənub
Qaz Dəhlizinin ərazisindən keçdiyi bir çox
dövlətlər daim Azərbaycanın haqq işini dəstəkləyir,
hər yerdə və hərtərəfli köməklərini
əsirgəmirlər.
Müharibə dövründə
BMT-nin Azərbaycanın ziyanına yeni qətnamə qəbul
etməsinin qarşısını alan
İlham Əliyevin rəhbəri olduğu Qoşulmama Hərəkatındakı
dost ölkələr olmuşdur!
İlham
Əliyevin şəxsi keyfiyyətləri, dost qazanmaq və hər
zaman dosta əl tutmaq xüsusiyyəti dövləti
maraqlarının həyata keçirilməsində də
öz rolunu oynayır!
KİÇİK
MÖCÜZƏLƏRDƏN YARANAN
BÖYÜK
MÖCÜZƏ
Prezident
İlham Əliyev həm də möcüzələr
ustasıdır!
Bu, gəlişigözəl
söz deyil, konkret faktlara söykənən reallıqdır!
BMT-nin Təhlükəsizlik
Şurasının, ATƏT-in Minsk qrupunun və onun BMT-nin
üzvü olan 3 həmsədr dövlətlərinin, beynəlxalq
hüququn və beynəlxalq konvensiyaların
gücünün çatmadığı, həll edə bilmədiyi
Qarabağ problemini 44 gün ərzində uğurla həll
etdi!
Arxasında
dünya erməniliyi, ayrı-ayrı ölkələrdəki
ermənipərəst qüvvələrin dayandığı
Ermənistanı, otuz il ərzində
pulsuz silahlandırılaraq Qarabağda möhkəmlənmiş
erməni ordusunu biabırçı şəkildə məğlub
etdi, onlara diplomatiya sahəsində və informasiya müharibəsində
də üstün gəldi!
Müharibənin aparılması, hərbi əməliyyatların
bir çoxunun çəkilərək televiziya vasitəsilə
nümayiş etdirilməsi, Ermənistanın kapitulyasiya
aktına qol çəkərək Ağdam, Laçın və
Kəlbəcər kimi istehkam rayonlarını dinməz-söyləməz
geri qaytarması əsl möcüzə idi.
Müzəffər
Ali Baş Komandan İlham Əliyev bu möcüzəni
dünyanın gözü qarşısında yaratdı!
Dünya
bunu gördü və bildi!
Türk
Dövlətləri Təşkilatı qəhrəman Azərbaycan
Prezidentinin bu zəfərini özünün ən yüksək
mükafatına layiq görərək, onu Türk
Dünyasının Ali Ordeni ilə təltif etdi!
BU GÜN
İLHAM ƏLİYEV AZƏRBAYCANI:
* Tarixinin
ən qüdrətli dövrünü yaşayır;
* Cənubi
Qafqazın ən güclü dövləti və söz
sahibidir;
*
Torpaqlarını işğaldan azad edən qalib xalqdır;
*
Dünya kosmos ailəsinin üzvüdür;
* Logistika
mərkəzi, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat
dəhlizlərinin qovuşduğu məkandır;
*
Dünyada sülhməramlı əməliyyatların fəal
iştirakçısıdır;
* Beynəlxalq
idman yarışlarının həvəslə
keçirildiyi yer, idman dövlətidir;
*
Avropanın etibarlı enerji təminatçısıdır;
*
Multikultural ənənələri yaşadan tolerant ölkədir;
* Daim
inkişaf edən, beynəlxalq hüququn norma
və prinsiplərini heç zaman pozmayan, humanitar aksiyalarda fəallıq
göstərən, müstəqil, suveren dövlətdir!
Şanlı
yubileyin mübarək, qalib Azərbaycan!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 1 dekabr.- S.1-3.