Milli Məclisin
rəhbərliyi və deputatlar helikopter qəzasında həlak olanların
ailələrinə başsağlığı veriblər
Milli
Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisində
baş verən helikopter qəzasında həlak olan hərbçilərin
ailələrinə başsağlığı veriblər.
AZƏRTAC
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat
yayıb.
Məlumatda
deyilir: “Milli Məclisin rəhbərliyi və deputatlar
Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya
poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi
helikopterinin qəzaya uğraması nəticəsində heyət
üzvlərinin həlak olmasından kədərləndiklərini
bildirir, həyatlarını itirənlərin ailələrinə
və yaxınlarına dərin hüznlə
başsağlığı verirlər.
Allah rəhmət eləsin!”.
Azərbaycan.-2021.- 1 dekabr.- S.1.