Qardaş Türkiyə
hər zaman Azərbaycanın kədərini
və sevincini bölüşür
Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, M. Çavuşoğlu təlim
uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin
hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar
dərin təəssüf hisslərini bölüşüb,
qəza nəticəsində həlak olanlara Allahdan rəhmət,
yaralılara şəfa diləyib.
Ceyhun
Bayramov başsağlığına görə M. Çavuşoğluna
təşəkkür edib, qardaş Türkiyənin hər
zaman Azərbaycanın kədərini və sevincini
bölüşdüyünü vurğulayıb.
Nazir
Ceyhun Bayramov öz növbəsində İstanbulda baş verən
qasırğa nəticəsində ölüm
hallarının və yaralıların olması ilə
bağlı kədərləndiyimizi həmkarının diqqətinə
çatdırıb, təbii fəlakət qurbanlarının
yaxınlarına səbir arzulayıb.
Azərbaycan.-2021.- 1 dekabr.- S.1.