Aşıq Ələsgərin
abidəsinin ucaldılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan aşıq
yaradıcılığının görkəmli nümayəndəsi,
böyük el sənətkarı
Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi
məqsədilə qərara alıram:
1.
Bakı şəhərində ustad sənətkar Aşıq
Ələsgərin abidəsi ucaldılsın.
2.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə
Aşıq Ələsgərin abidəsinin ucaldılması
ilə bağlı tədbirlərin həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll esin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 noyabr
2021-ci il
Azərbaycan.-2021.- 1 dekabr.- S.4.