Türk Dövlətləri
Təşkilatı helikopter qəzası
ilə əlaqədar Azərbaycan xalqına
başsağlığı verib
Türk Dövlətləri Təşkilatı noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik.
Bu faciəvi qəzada həlak
olanlara Allahdan rəhmət,
yaralılara şəfa diləyir, qardaş
Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə
dərin hüznlə başsağlığı veririk”.
Azərbaycan.-2021.- 1 dekabr.- S.4.