“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.2-ci bəndinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

 

Müşahidə Şurasının üzvləri

 

İnam Kərimov   -   Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov -    Azərbaycan Respublikasının maliyyə naziri

Xalid Əhədov  -    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

 

2. “N.Ə.ƏmirovunAzərbaycan Sənaye KorporasiyasıAçıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2057) ləğv edilsin.

3.“Azərbaycan Sənaye KorporasiyasıAçıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 iyun tarixli 1226 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1064) ləğv edilsin.

4.“Azərbaycan Sənaye KorporasiyasıAçıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel tarixli 1989 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 4, maddə 454) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 5 dekabr.- S.2.