Yeni Azərbaycan
Partiyası Sədrinin müavini Tahir Budaqov
Qazaxıstanın müstəqilliyinin 30 illik
yubileyinə həsr olunan tədbirdə iştirak edib
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutu tərəfindən təşkil edilən “Qazaxıstan siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” Beynəlxalq Forumu noyabrın 30-da işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan forumda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tahir Budaqov forum çərçivəsində keçirilən “Siyasi partiyalar vətəndaş cəmiyyəti: regional aspekt”, “Siyasi proseslərdə qadın və gənclərin iştirakının genişləndirilməsi” və “Seçkilər və yeni zaman: dünya təcrübəsi və Qazaxıstan” mövzularında sessiyalarda iştirak edib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, həmçinin Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirə də qatılıb. Rusiya, Çin, ABŞ, Avropa, Türkiyə və Mərkəzi Asiya da daxil olmaqla, 15 ölkədən 600-dən çox xarici və yerli ekspert, siyasi partiyaların, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak etdikləri tədbirdə seçki sistemləri, müasir seçki meyilləri, ənənəvi və alternativ ideologiyaların perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Bununla da
forum işini başa çatdırıb.
Azərbaycan.-2021.- 1 dekabr.- S.5.